Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qonşularımız bizə nə vaxt hücum edəcək?

By Vüsal Rafiqoğlu
13.08.2025 3 Min Read

Biz dövlət olaraq qonşu sarıdan “yarıyanlardan” deyilik, İran və Rusiya…

Dünyada qonşuları ilə illərlə müharibə vəziyyətində olan, müharibə edib ya udan, ya da uduzan çox nümunələr var. Amma hələ müasir dünya hansısa dövlətin pis qonşusuna görə köçüb başqa bir yerdə yurd qurmasına şahid deyil.

Biz dövlət olaraq qonşu sarıdan “yarıyanlardan” deyilik. Müstəqillikdən bəri, yəni öz sərhədlərimizə sahib olandan nankor qonşu Ermənistan gözümüzü açmağa imkan vermədi. 35 illik müsibətdən sonra indi sülh sazişi havasına köklənmək yaxşıdır, necə deyərlər, “pis sülh müharibədən daha yaxşıdır”. Amma sülh sənədi imzalamaq ayrı, barışıq ayrıdır. Sülh sazişi imzalayıb, uzun illər barışmayan millətlər var, biz də ən azı yaxın 20-30 ildə Ermənistanla barışığın mümkünsüz olduğunu anlamalıyıq. Ümumiyyətlə, qonşu ilə düşmənçilik pisdir, amma mütləq dostluq etmək deyə bir öhdəlik də yoxdur.

Screenshot_3.png (782 KB)

Bizim Ermənistan xaric qonşularımızla qan düşmənçiliyimiz olmayıb. Əvvəla ona görə ki, xalq olaraq dinclikdən tərəfik, başqa xalqlara münasibətdə dözümlüyük, kimsənin torpağında, yuvasında, sərvətində gözümüz olmayıb. Amma nə yazıq ki, özümüz kimi qonşular nəsibimiz olmayıb. Ermənistanın bizə etdiyi düşmənçiliyi digərləri ilə müqayisəyə gəlməz. Amma təkcə başımız onlardan çəkmədi ki…

Erməni işğalına ən yaxın qonşumuz olan İran illərlə gözümüz önündə şəriklik etdi, yurdumuzu düşmənə qoşularaq birgə yağmaladılar. Ermənistana işğalı sürdürmək üçün qışda qızınmağa qaz verdi, hər cür iqtisadi dəstəyi də gizli və ya aşkar əsirgəmədi. Bu azmış kimi işğaldakı torpaqlarımızda narkotik bitkilər becərib onun satışını da təşkil etdilər, erməniylə həm də şərikli pullar qazandılar. (Bu narkotrafiki biz deyil, beynəlxalq təşkilatlar fiksə etmişdi).

xpm9zPdjanwvnDIfspQD.jpg (86 KB)

Azərbaycanın 44 gün davam edən müharibədə parlaq qələbəsi, İranla sərhədlərdə öz nəzarətini bərpa etməsi də qonşunu məmnun etmədi, əksinə məyus oldular. Bunlar da çox yaxın tarixdir — sərhədimizdə ordularının “əzəli nümayişi”, rəsmilərinin təhdid dolu açıqlamaları, Tehrandakı Azərbaycan səfirliyinə xain terror hücumu və hələ də keçməyən Zəngəzur dəhlizi sancısı… Qırmızı yalanlar, sonra qırmızı terror, sonra da qırmızı xətt.

İran rəsmiləri Vaşinqtonda imzalanan sənədlərdən sonra da Zəngəzurla bağlı əvvəlki qırmızı xətt mövqeyində israr edirlər. Bu, dünyanın gərdişindən başı çıxmayan molla cığallığı deyil artıq, dövlət səviyyəsində gözügötürməzlik, qonşuluq kimi paxıllıqdır. İran böyük dövlətdir, təkcə bizimlə və Ermənistanla deyil, sərhədi Xəzərdən Fars və Oman körfəzinə, Türkmənistandan Əfqanıstana və Pakistana qədər uzanır. Amma yaxın qonşusu Azərbaycana münasibətdə bu cür cılız hisslərlə də yaşayır.

Müstəqillikdən üzübəri Azərbaycanda adı ən çox hallanan qonşu-dövlət şübhəsiz ki, Rusiyadır. Böyük əraziyə malik şimal qonşumuz da işğal illərində Ermənistanın dili ilə bizi təhdid edib, 366-cı alayın isə Xocalıda azərbaycanlılara qarşı soyqırımda iştirakına dair təkzibolunmaz sübutlar var. Eləcə də Azərbaycanda dövlət çevrilişi cəhdlərində adı hallanıb, düşmən ölkəni hətta pulsuz Azərbaycana qarşı silahlandırıb, Qarabağ danışıqlarında qarşımıza qəbuledilməz şərtlər də qoyub. Fürsət düşdükcə, hələ o zaman “ayaqları və dayaqları” bərkiməmiş dövlətimizin üzərinə şimaldan radikal dini cərəyanları, separatçı silahlı dəstələri də yönləndirib.

Rusiya son 30 ildə bəlkə də ilk dəfə İkinci Qarabağ savaşında loyallığı (bunu da zəruri edən səbəblər vardı) səbəbindən Azərbaycan cəmiyyətində aktivinə müsbət xallar yazdırmışdı. Cəmiyyət Rusiyanın Azərbaycanın haqq işində ilk dəfə yanında olmasa da, qarşısında durmamasına qonşuluq və müsbət jest kimi baxdı. Rusiya ilə imzalanan strateji müttəfiqlik sənədi regionda qalib ölkə Azərbaycanla münasibətlərdə yeni səhifə kimi qiymətləndirilirdi.

bakues_8b9b0ba8d1ec3a0b1c1d940f47503c61_n7u0i6qpvhxo2m985b3g.jpg (279 KB)

Ukraynadakı işğalçı müharibə cəmiyyətin əksər hissəsini Rusiyaya münasibətdə yenidən sərt mövqeyə keçirdi. Rusiya ötən ilin dekabrında AZAL-ın təyyarəsinin Qroznı səmasında vurulmasından sonra sərgilədiyi saymazyana münasibətlə isə öz ayağına “güllə sıxdı”. Moskva qəzadan keçən 7 ayda qonşusu Azərbaycanla təhdid dilində danışmaqda davam edir. Son illər ilk dəfədir ki, qonşular arasında münasibətlər bu həddə gərginlik uzun aylar davam edir.

Ukraynada yaşayan qardaş xalqı ilə düşmənçilik yolunu seçməsi Rusiya hakimiyyətinin qonşusu olan Azərbaycana bu münasibəti təəccüblü deyil. İndi tez-tez bu sual da qarşımıza çıxır: Rusiya bizə də hücum edərmi? Əminliklə “yox” deyənlər də var, birmənalı cavab verməyə çətinlik çəkənlər də. Bir neçə ay əvvələ kimi İran haqda da bu cür suallar eşidirdik. Sonda İran özü hücum hədəfi, yarıviran oldu.

Pis qonşulara görə köçüb getmək mümkün olmayacaq, ona görə qonşularımıza diqqət edək…

Nazim SABİROĞLU,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr bərpa olunur – “Bu yolun geri dönüşü yoxdur”

Next

Rusiyanın Tallindəki səfirliyinin yüksək vəzifəli diplomatı Estoniyadan qovuldu

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv