Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Osmanlı dövlətinin qurulduğu Biləcik – Tarixi yaradanların tarixi necə yaşadılır?

By Vüsal Rafiqoğlu
14.08.2025 5 Min Read

Bir qrup jurnalistlə birlikdə Seranit-Azərbaycan və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən Türkiyə səfərimiz zamanı Biləciyə getmək imkanımız oldu. İstanbuldan təxminən 200 km məsafədə yerləşən məkan yalnız Türkiyə deyil, dünya tarixində çox böyük yeri olan Osmanlı dövlətinin quruluş yeridir. Dövlətin əsasında dayanan Qayı obasının ilk qılınc haqqı, dövlətin ilk paytaxtı olan Söyürt də Biləcikdə yerləşir…

Səhər saatlarında İstanbuldan Biləciyə doğru hərəkət etdik. Yolboyu yaşıl və sıx meşəliklərlə örtülü dağlar, dağların qoynunda sıralanan tarlalar bir-birini əvəz edirdi. Bar-bərəkətli tarlaları gördükcə Tanrının bölgəyə bəxş etdiyi ən böyük nemət olan münbit torpaqlar üzündən Türkiyəyə saldıran düşmənlərin iştahının səbəbini anlayırsan. Eyni zamanda həmin torpaqları VƏTƏN edən, qoruyan, inkişaf etdirən türk xalqının əzmkarlığına heyran qalırsan.

Biləcik sıx meşəliklərin ağuşunda – yüksək dağlıq ərazidə yerləşir. Ora yaxınlaşdıqca, iyul ayında Bursa meşəliklərində baş verən dəhşətli yanğının acı izlərini görə bildik: yolboyu yanıb qaralmış min hektarlarla meşəliklər ürək dağlayır. Deyilənə görə, yanğınların sürətlə yayılmasının əsas səbəbi şam ağaclarıdır: onların qozaları alovlandıqda qumbara kimi partlayaraq atəşi on metr ətrafa sıçradır. İndi Türkiyə hökuməti şam ağaclarını iqlimə uyğun başqa ağaclarla əvəzləmək planı üzərində işləyir…

Qeyd etdiyimiz kimi, Biləciyin Türkiyənin dövlətçilik tarixində mühüm rolu və yeri var. Dövlətin ilk qığılcımları buradan işarıb, ilk fəthlər burada reallaşıb. Şəhərin yüksək dağların başında inşa olunması, aydındır ki, düşmən hücumlarından müdafiə olunmaq üçün əlverişli mövqelərə sahib olmaq istəyindən irəli gəlir. Təəssüf ki, 20-ci əsrin əvvəllərində bu amil Biləciyi yerlə-yeksan olmaqdan qoruya bilməyib. 1921-ci ildə Biləcik yunanlar tərəfindən işğal olunub. Yunanlar şəhəri tamamilə dağıdaraq yerlə-yeksən ediblər. Şəhər yandırılıb, əhalisinin böyük hissəsi qətlə yetirilib. Bəzi mənbələrə görə, 1920-ci illərin əvvəllərində 12 min nəfər əhalisi olan şəhərdə yunan işğalından sonra cəmi 4 minə yaxın adam qalıb. Bundan sonra şəhərin dağıdılmış mərkəzində yaşayış olmayıb, əhali yaxınlıqdakı ərazidə məskunlaşıb. Uzun illər sonra Türkiyə dövləti qədim Biləcikdə yerləşən Şeyx Ədəbalı türbə kompleksini bərpa edib. Kompleksi Osman qazinin oğlu Orxan qazi tərəfindən inşa etdirilib, daha sonra sultan İkinci Əbdülhamid tərəfindən bərpa etdirilmişdi. Yunanlar kompleksə böyük zərər vurmuşdular, lakin onu  bərpa etmək mümkün olub.

Sıldırım qayalıqların üzərində yerləşən Şeyx Ədəbalı kompleksinə Orxan Qazi məscidi, Bala Xatun və Şeyx Ədəbalı türbələri daxildir. Məlumdur ki, Şeyx Ədəbalı Osmanlı dövlətinin ideya babası, dövlətin qurucusu olan Osman qazinin qayınatası olub. Onun türbəsində özünün qəbrindən başqa yaxın əqidədaşlarının, qohumlarının mənəvi qəbirləri də yerləşir. Kompleksin ən görməli yerində Şeyx Ədəbalının çox məşhur olan, Osmanlı dövlətinin ana siyasətinə çevrilən bir deyimi yazılan lövhə yerləşdirilib: İNSANI YAŞAT Kİ, DÖVLƏT YAŞASIN…

Şeyx Ədəbalının türbəsindən az aralıda yerləşən Bala Xatun türbəsində Bala Xatunla yanaşı onun anası, Şeyx Ədəbalının xanımı Ildız Xatunun da qəbri var. Türkiyə mənbələrinə görə, Bala Xatunun 1324-cü ildə vəfatından cəmi iki il sonra Osman Qazi də dünyadan köçüb…

Hər iki türbə sıldırım və yüksək qayanın üzərində yerləşir. Onlardan bir qədər aşağıda Orxan Qazi məscidi inşa olunub. Məscid qeyri-adi memarlıq quruluşuna malikdir. Məscid Sultan II Əbdülhəmid dövründə təmir olunub və bu günümüzə həmin vəziyyətdə çatıb.

Orxan Qazinin 1322-ci ildə tikdirdiyi bu tarixi məbəd günbəzi qurğuşunla örtüldüyü üçün xalq arasında Qurğuşunlu Məscid olaraq da tanınır.

Şeyx Ədəbalı türbə kompleksindən daha aşağıda Osmanlı Padşahları Tarix Şeridi adlı park-abidə kompleksi yaradılıb. Kompleksdə divar boyu Osmanlı dövlətinin bütün hökmdarlarının şəkilləri, onların gördükləri işlər, əldə etdikləri uğurları əks etdirən məlumatla birlikdə yerləşdirilib.

Qeyd edək ki, Türkiyə dövləti Biləciyin inkişafı üçün bir sıra uğurlu addımlar atıb. Şəhərin bərpası ilə yanaşı onun yaxınlığında iki sənaye zonası yaradılıb. Birinci Biləcik Sənaye Zonası 15 iyun 1976-cı ildə yaradılıb. Zona üçün şəhər mərkəzindən 4 km aralıda 1.5 milyon kvadratmetr ərazi ayrılıb. Zəruri yaşıllıqlar, yollar və sosial obyektlər ayrıldıqdan sonra yerdə qalan 1 milyon 149 min 469 m² ərazi 45 sənaye sahəsinə salınaraq 43 şirkət verilib. 1996-cı ildə bütün ərazilər alınıb. Zona 2004-cü ilə qədər torpaq alqı-satqısı üçün tələb olunan dövlət kreditini ödəməklə Türkiyənin ilk muxtar Sənaye Zonası olub.

Sənaye Zonasının əsas sektorları mərmər, daş, keramika və hazır betondur. Bunlardan başqa, süni dəri və qalın dəri istehsalı, hazır metal məmulatlarının istehsalı, alüminium və digər qeyri-metal mineral məmulatların istehsalı, kimya sənayesi və təkər istehsalı müəssisələri də var.

İkinci Sənaye Zonası birincidən bir qədər aralıda yerləşir. Bu zona 412 hektar ərazini əhatə edir, ümumi sahəsi 2 milyon 298 min 696,22 m²-dir. Zonada 105 sənaye müəssisəsinin yerləşməsi nəzərdə tutulur. Bunun 51-də artıq rezidentlər işləyir. 2023-cü ilin iyun ayının sonuna olan məlumata görə, istehsala başlayan şirkətlərdə 3062 işçi çalışır.

İki sənaye zonasının yaradılması, çoxsaylı şirkətlərin onlara cəlb edilməsi Biləciyin sürətlə inkişafına səbəb olub, il paytaxtı olan şəhər sürətlə böyüyüb. Türkiyənin Mərmərə, Ege və İç Anadolu bölgələrinin kəsişmə nöqtəsində yerləşən ildə həm də turizmin inkişafı diqqət çəkir.

Biləcikdə tarixi yaşatmaq üçün Şeyx Ədəbalı türbə kompleksinin bərpası ilə yanaşı, şəhərdə Şeyx Ədəbalı Universiteti yaradılıb. Eyni zamanda şəhərin ən böyük parkına da Şeyx Ədəbalının adı verilib.

Türkiyə dövlətçiliyinin əsası qoyulan Biləcik bu gün müasir inkişaf yolunda olsa da, möhtəşəm tarixin izləri də qorunub saxlanır. Yəqin ki, başqa cür ola da bilməz: qürur duyulası tarixin yaşadılması xalqın yaşaması üçün hava-su kimi vacibdir…

 

Dünya SAKİT,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ali Məhkəmədən lift qərarı – məhdudiyyəti qanunsuz saydı

Next

ATƏT: Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv