Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İşğaldan azad olunmuş ərazilərdə iş imkanları genişlənir: 5300-dək şəxsin məşğulluğu təmin edilib

By Vüsal Rafiqoğlu
15.08.2025 4 Min Read

İşğaldan azad edilmiş ərazilərin yenidən məskunlaşdırılması və sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin qarşısında duran ən böyük vəzifələrdən biridir. Bu vəzifə təkcə infrastrukturun bərpasını və yeni yaşayış evlərinin tikilməsini deyil, eyni zamanda, əhalinin məşğulluğunu, gəlir imkanlarını və uzunmüddətli iqtisadi sabitliyini təmin etməyi nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzur bölgələrində dayanıqlı həyatın bərqərar olması üçün iş yerlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əmək bazarına uyğun kadr potensialının formalaşdırılması həlledici əhəmiyyətə malikdir. Ölkə Prezidenti İlham Əliyev Böyük Qayıdış proqramının əsas məqsədini açıqlayarkən bildirmişdi ki, bu proses yalnız əhalinin doğma torpaqlarına qayıdışı ilə məhdudlaşmamalıdır. İnsanların həmin yerlərdə qalması, ailə qurması, övlad böyütməsi və gələcəyini görməsi üçün lazımi şərait yaradılmalıdır. Bu şəraitin ən mühüm komponentlərindən biri isə məşğulluqdur.

Tarixi kontekst – işğaldan bərpaya

30 ilə yaxın davam edən işğal illərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi fəaliyyətini itirmiş, sənaye müəssisələri dağıdılmış, kənd təsərrüfatı infrastrukturu məhv edilmişdi. Bir vaxtlar ölkə iqtisadiyyatının mühüm hissəsini təşkil edən bu ərazilər boş qalmış, minlərlə hektar münbit torpaq becərilməmiş, yaşayış məntəqələri xarabalığa çevrilmişdi. 2020-ci ilin Vətən müharibəsində qazanılan qələbə ilə Azərbaycan ərazilərini azad etdi və dərhal genişmiqyaslı bərpa proqramı başladı. İlk mərhələdə mina təmizlənməsi, yol-nəqliyyat infrastrukturunun yaradılması, elektrik, qaz və su təchizatının bərpası kimi prioritet işlər görüldü. Paralel olaraq “ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində müasir yaşayış məntəqələri inşa olundu. Bu mərhələdən sonra əsas diqqət iqtisadi fəallığın bərpasına yönəldi. Çünki yalnız evlərin tikilməsi kifayət etmir. Burada yaşayan insanlar üçün dayanıqlı iş yerləri açılmalı, onların sosial təminatı və peşə inkişafı təmin edilməlidir.

Məşğulluqda əldə olunan nəticələr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi, Böyük Qayıdış prosesində mühüm rol oynayır. Agentliyin məlumatına görə, indiyədək işğaldan azad edilmiş ərazilərə köçürülmüş 5300-dək vətəndaşın məşğulluğu təmin olunub. Bu rəqəmin arxasında böyük bir sosial və iqtisadi dinamika dayanır. Hər bir iş yeri ailə üçün sabit gəlir, sosial rifahın yüksəlməsi, yerli bazarda istehsalın artması deməkdir. Bu həm də dövlətin bərpa proqramının nə qədər məqsədyönlü həyata keçirildiyini göstərir. Qarabağ torpaqlarının iqtisadi potensialı, xüsusilə kənd təsərrüfatında çoxdur. İşğal illərində istifadəsiz qalmış münbit torpaqlar indi yenidən əkilir, heyvandarlıq təsərrüfatları yaradılır. Bu prosesin əsas istiqamətlərindən biri də özünüməşğulluq proqramlarıdır. Artıq 415 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb. Məsələn, Ağalıda arıçılıq sahəsində ailə təsərrüfatları fəaliyyət göstərir, Füzulidə istixana layihələri reallaşdırılır, Kəlbəcərdə isə heyvandarlığın inkişafı istiqamətində layihələr icra olunur. Bu təsərrüfatlar yalnız ailəyə gəlir gətirmir, həm də yerli bazarda məhsul bolluğu yaradır. Özünüməşğulluq proqramının üstünlüyü ondadır ki, vətəndaş yalnız maaş alan işçi deyil, biznes sahibi kimi fəaliyyət göstərir. O, istehsal etdiyi məhsulu sata bilir, gəlirini artırır və təsərrüfatını böyüdə bilir. Bu isə bölgədə sahibkarlıq mədəniyyətini yenidən formalaşdırır.

Bölgədə yeni iş yerləri açılsa da, bu yerlərdə çalışa biləcək ixtisaslı kadrların yetişdirilməsi vacibdir. Bu məqsədlə 245 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə təlimlərə cəlb edilib. Təlimlər tikinti ustalığı, elektrik işi, aqrotexnika, iaşə xidməti, informasiya texnologiyaları və digər sahələri əhatə edir. Burada əsas məqsəd, kurs iştirakçılarını dərhal işə hazır vəziyyətə gətirməkdir. Təlimlərdə nəzəri biliklə yanaşı, praktiki bacarıqlara da üstünlük verilir. Məsələn, Laçında bərpa işlərinə cəlb olunmuş bir qrup gənc, peşə kurslarını bitirdikdən dərhal sonra tikinti sahəsində işə başlayıb. Bu, həm şəxsi gəlirin artmasına, həm də regionun yenidən qurulmasına töhfə verir.

Hazırda 652 nəfərin məşğulluğu təmin olunmaq üzrədir. Bu o deməkdir ki, yaxın aylarda məşğulluq göstəriciləri daha da artacaq. Burada əsas diqqət keyfiyyətli və uzunmüddətli iş yerlərinin yaradılmasına yönəlib. Yaradılan iş yerləri yalnız fiziki əmək tələb edən sahələrlə məhdudlaşmır. Turizm, logistika, təhsil, səhiyyə kimi xidmət sektorlarında da yeni vakansiyalar açılır. Məsələn, Şuşada açılan otellər və restoranlar artıq yerli əhali üçün iş imkanları yaradıb. Hər yeni iş yeri bölgədə iqtisadi canlanma yaradır. Özünüməşğulluq təsərrüfatı  məhsul istehsalı, satış, logistika zənciri deməkdir. Bu, həm yerli, həm də milli bazara müsbət təsir göstərir. Eyni zamanda, məşğulluq vergilərin artmasına, yerli icra orqanlarının sosial layihələri maliyyələşdirmək imkanlarının genişlənməsinə səbəb olur. Bu isə infrastrukturun daha sürətli inkişafına şərait yaradır.

Məşğulluq təkcə iqtisadi göstərici deyil, həm də sosial sabitliyin təminatıdır. Doğma yurduna qayıdan ailə üçün sabit iş  həm gəlir, həm də psixoloji rahatlıq deməkdir. İnsan iş yerinə sahib olduqda bölgədən köçmək barədə düşünmür, əksinə gələcəyini, burada qurur. Məsələn, Ağalıya qayıdan gənc ailə başçısı deyir ki, əvvəl Bakıda kirayədə yaşayır, gündəlik gəlirini təmin etmək üçün müxtəlif mövsümi işlərdə çalışırdı. İndi isə kəndində arıçılıq təsərrüfatı qurub, məhsullarını bazara çıxarır və gəlirini artırır.

Özəl sektorun rolu…

Azad olunmuş ərazilərdə dövlətlə yanaşı, özəl sektorun da rolu artır. Sənaye parkları, aqroparklar, turizm obyektləri inşa edilir. Dövlət bu prosesdə investorları təşviq etmək üçün vergi güzəştləri, kredit dəstəyi, torpaq sahələrinin güzəştli şərtlərlə verilməsi kimi mexanizmlər tətbiq edir. Ağdam Sənaye Parkı, Cəbrayıl rayonu Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı, Laçın Aqro-Sənaye Parkı və planlaşdırılan digər sənaye məkanları bölgədə yüzlərlə iş yeri ilə yanaşı, ixrac potensialını da gücləndirəcək. Dövlət proqramlarında yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda on minlərlə yeni iş yerinin yaradılması hədəflənir. Əsas istiqamətlər kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorları olacaq.

Əsas istiqamətlər kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorları olacaq. Xüsusilə Şuşa və Kəlbəcərin turizm potensialı yeni iş yerlərinin açılmasına mühüm təsir göstərəcək. Bölgənin bərpası davam etdikcə peşə kurslarının və özünüməşğulluq proqramlarının miqyası genişlənəcək. Bu isə həm iqtisadi sabitlik, həm də sosial inteqrasiya üçün möhkəm zəmin yaradacaq.

Nəticə etibarilə, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi Böyük Qayıdış prosesinin ən mühüm tərkib hissəsidir. Bu, yalnız iqtisadi canlanma deyil, həm də milli birliyin möhkəmlənməsi, insanların gələcəyə inamının artması deməkdir. Dövlətin bu istiqamətdə atdığı addımlar Qarabağ və Şərqi Zəngəzurun dirçəliş tarixində qızıl hərflərlə yazılacaq.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hindistanda məşhur türbə uçdu, ölənlər var

Next

Korrupsioner avroparlamentarilərin avantürizmi – ŞƏRH

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv