Ağrınızın əsl səbəbi elə qəbul etdiyiniz ağrıkəsici ola bilər
Gündəlik həyatda ən çox istifadə edilən dərmanlardan biri olan ağrıkəsicilər səhv istifadə edildikdə ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, diqqətsiz istifadə olunan bu dərmanlar zamanla xeyirdən çox zərər verə və hətta ağrılarınızın əsl səbəbinə çevrilə bilər.
Mütəxəssislərə görə, ən çox istifadə edilən dərman qruplarından olan ağrıkəsicilər həkim nəzarəti olmadan qəbul edildikdə təhlükəli nəticələr doğura bilər. Tez-tez baş ağrısı, diş ağrısı, əzələ və oynaq şikayətləri üçün seçilən bu dərmanlar düzgün dozada istifadə edilmədikdə faydadan çox zərər gətirir.