Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda ilan təhlükəsi artır – Sürünənlərin fəallaşmasının şok səbəbi

By Vüsal Rafiqoğlu
18.08.2025 2 Min Read

İlin ilk 6 ayında 148 nəfər ilan sancması diaqnozu ilə xəstəxanaya müraciət edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Musavat.com-a verdiyi məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində qurumun tabeliyindəki tibb müəssisələrinə ilan zəhəri ilə toksik effekt diaqnozu qoyulan ümumilikdə 148 nəfər müraciət edib. TƏBİB bildirir ki, həmin dövrdə ilan sancması nəticəsində ölüm faktı qeydə alınmayıb. İlan və həşərat sancmalarının daha çox Mərkəzi Aran rayonlarında qeydə alındığı vurğulanıb. Qurumun açıqlamasında qeyd olunub ki, isti hava şəraiti ilə əlaqədar mövsümi xarakter daşıyan ilan və digər zəhərli həşəratların dişləməsinə qarşı tibb müəssisələri zərdabla təmin olunub. Zərdab təminatı müəssisələrin təqdim etdiyi tələbnamələr əsasında dövri şəkildə həyata keçirilir. Hazırda istifadə olunan zərdabların əksəriyyəti Mərkəzi Asiya ölkələrindən gətirilir ki, bu da həmin ölkələrin relyef və iqlim şəraitinin, həmçinin ilan və həşərat növlərinin Azərbaycandakı ilə oxşarlığı ilə izah olunur. Rəqəmlər göstərir ki, ilan sancmaları artıb. Bu məsələ ekoloji və sosial problem kimi aktuallaşır.

Azərbaycanda ilan sancmaları niyə artıb?

İlan sancmaları Azərbaycanda hər zaman mövsümi hadisə kimi qəbul edilsə də, son illərdə bu faktların artması diqqətdən yayınmır. Mütəxəssislər və ekoloqlar bu artımı bir neçə amillə izah edirlər. Deyirlər ki, son illərdə ölkədə müşahidə olunan isti hava şəraiti ilanların aktivliyini artırır. Uzunmüddətli quraqlıq və temperaturun 35-40 dərəcə civarında qalması ilanların yaşayış arealını genişləndirir, onları həm də yaşayış məntəqələrinə yaxınlaşdırır. Bundan başqa, yaz-yay mövsümündə Aran rayonlarında pambıq, taxıl və bostan sahələrində çalışan kəndlilər ilanlarla daha çox təmasda olurlar. Əkin sahələrinin genişləndirilməsi ilanların təbii yaşayış mühitini daraldır və insanla qarşılaşma ehtimalını artırır.

Son illər kəndlərdə və qəsəbələrdə tikinti işləri artıb. Xüsusilə meşə zolaqlarına və yarımsəhra ərazilərə yaxın məhəllələrdə insanlar ilanların təbii arealına daxil olur. Bu da təmasları çoxaldır. Təkcə ilan deyil, əqrəb və hörümçəklərin sancmaları ilə bağlı müraciətlər də artmaqdadır. Bu, ekosistemdəki tarazlığın pozulması ilə bağlıdır. Torpağın kimyəvi dərmanlardan həddindən artıq istifadəsi bəzi həşəratların azalmasına, digərlərinin isə sürətlə çoxalmasına gətirib çıxarır.

Mütəxəssislər deyirlər ki, insanların əksəriyyəti ilan sancması zamanı ilkin tibbi yardımı düzgün bilmir. Xüsusilə kənd yerlərində həkimə müraciəti gecikdirmək, “xalq üsulları”na əl atmaq ağır fəsadlara səbəb ola bilər.

İlan sancması zamanı ilk tibbi yardım necə olmalıdır?

Mütəxəssislər deyir ki, ilan sancması zamanı əsas məsələ panikaya qapılmamaqdır. Çünki həyəcan ürək döyüntüsünü sürətləndirir və zəhərin daha tez yayılmasına səbəb olur. Zədələnmiş əzanı hərəkətsiz vəziyyətdə saxlayın, sancılan ayaq və ya qolu az hərəkət etdikcə zəhərin yayılması ləngiyir. Sancılmış yerinin üstündən çox sıx olmayan sarğı bağlayın. Bu, qanın axınını yavaşladır, amma damarları tam bağlamayın.

Zəhəri ağızla sorub çıxarmağa çalışmayın, çünki bu üsul təhlükəlidir, əlavə yoluxma yarada bilər. Yaraya heç bir xalq təbabəti üsulu – yağ, sarımsaq, kəsik, yandırma və s. tətbiq etməyin. Zərərçəkəni tez bir zamanda ən yaxın tibb müəssisəsinə çatdırın. Vurulan zərdab qısa bir zamanda sancılma zamanı bədənə ötürülən zəhəri neytrallaşdırır və zərərçəkən xilas olur.

Mənzər Novruzlu,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah və birigün… – Pik nöqtə sabah olacaq

Next

Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv