Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Rusiya təhdidləri davam etdirdikcə gərginliyin böyüməsi mümkündür, amma…

By Vüsal Rafiqoğlu
18.08.2025 3 Min Read

Azərbaycan-Rusiya münasibətləri son həftələrdə yeni gərginlik mərhələsinə qədəm qoyub. Kremlə bağlı təbliğat ruporlarının Bakını “xüsusi hərbi əməliyyat”la hədələməsi bu münasibətlərdə görünməmiş ritorikadır.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında bildirib. Ekspert hesab edir ki, bu, təkcə diplomatik etikadan kənar davranış deyil, həm də Moskvadan gələn mesajın sərtləşdiyini göstərir: “Rusiya siyasi dairələri görünür Bakının müstəqil davranışından ciddi “narahatdır”.

Anlamırlar ki, Rusiya dünya miqyasında Azərbaycan qədər hörmətli deyil”.

T.İsmayılov əmindir ki, bu təhdidlərin fonunda Azərbaycanın Xəzərdə hərbi təlimlər keçirməsi təsadüfi sayıla bilməz: “Təlimlərin rəsmi adı “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” olsa da, onların əslində strateji məna daşıdığı aydındır. Çünki məhz bu günlərdə Azərbaycanın enerji infrastrukturu ən çox hədəf altındadır. Odessada SOCAR-a məxsus obyektlərin vurulması bunun bariz nümunəsidir”. Siyasi ekspertin sözlərinə görə, Rusiyanın bu addımı iqtisadi deyil, siyasi mesaj kimi oxunur: “Moskva açıq göstərir ki, enerji sektorunda Azərbaycanın istənilən xarici təşəbbüsü onun hədəfinə çevrilə bilər. SOCAR-ın müəssisələrinin vurulması həm də Bakıya xəbərdarlıq xarakteri daşıyır. Çünki bu zavod yalnız iqtisadi layihə deyil, həm də Azərbaycanın beynəlxalq enerji şəbəkəsində artan rolunun göstəricisidir. Rusiya bu artımı öz maraqlarına təhdid kimi görür. Beləliklə, enerji təhlükəsizliyi artıq birbaşa geosiyasi təzyiq alətinə çevrilib. Azərbaycanın Xəzərdəki təlimləri bu təhdidlərə cavabdır. Təlimlər göstərdi ki, Bakı öz enerji infrastrukturu üçün müdafiə planlarını gücləndirir. Xüsusilə dənizdə yeni texnologiyaların – pilotsuz döyüş gəmilərinin istifadəsi diqqət çəkir. “Salvo” tipli qayığın təlimlərdə görünməsi Azərbaycanın hərbi modernləşməyə önəm verdiyini göstərir. Bu həm də Ukrayna müharibəsinin dərslərinin Azərbaycanda nəzərə alındığını sübut edir. Rusiya isə Xəzərdə hərbi təlimlər vasitəsilə güc nümayişini ənənəvi üsul sayır. Tarix göstərir ki, Moskva region ölkələrinə təzyiqi çox vaxt hərbi manevrlərlə müşayiət edir. Azərbaycanın isə bu gərgin fonda təlimlər keçirməsi balans siyasətinin davamı kimi görünür. Bakı göstərmək istəyir ki, təhdidlərə susqun qalmaq niyyətində deyil. Eyni zamanda, Azərbaycan Rusiyanın təxribatlarına açıq şəkildə cavab verməkdən çəkinmir”.

STM təmsilçisi vurğuladı ki, Bakı münasibətləri tam qoparmaq istəmir. Rusiya isə AZAL təyyarəsinə görə üzərinə düşəni etmir: “Lakin paralel olaraq Azərbaycan öz müdafiə qabiliyyətini gücləndirir daim. Bu, yalnız hərbi məsələ deyil, həm də siyasi mesajdır. Çünki hərbi hazırlıqsızlıq daha böyük təhdidlərə dəvət ola bilər. SOCAR zavoduna hücumun başqa bir tərəfi də Qərbə yönəlmiş mesajdır. Rusiya göstərmək istəyir ki, Azərbaycanla əməkdaşlıq edən hər kəs risk altındadır. Qərb Azərbaycanın yanında daha açıq dayanmağa qərar verib və Tramp bunu açıq ifadə edir. Enerji təhlükəsizliyi Qərbin də maraqlarına birbaşa toxunur. Belə bir şəraitdə Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xəzərdə pilotsuz gəmiləri məhz Türkiyədən alır. Bu fakt həm də hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Türkiyə ilə birgə layihələr Azərbaycanın müdafiə imkanlarını yeni mərhələyə çıxarır. Bu, Moskva üçün əlavə narahatlıq yarada bilər. Rusiyanın təhdidləri davam etdikcə Xəzər də yeni gərginlik ocağına çevrilə bilər. Azərbaycanın enerji infrastrukturu həm dənizdə, həm də quruda hədəfə alına bilər. Ona görə də, Azərbaycan həm diplomatik, həm də hərbi cəhətdən ehtiyatlı davranır. Diplomatiyada yumşaq güc, hərbidə isə sərt güc balansı qorunmalıdır. Bütün hallarda təmkin strateji xətdir. Azərbaycanın üstünlüyü ondadır ki, o, regional layihələrdə açar mövqedədir. Bu mövqe Bakıya əlavə imkanlar qazandırır. Rusiya isə təzyiqlərlə Azərbaycanın bu imkanlarını məhdudlaşdırmaq istəyir. Amma real siyasət göstərir ki, Azərbaycan dayanıqlı tərəfdaş kimi daha çox dəstək qazana bilər. Xəzərdəki son təlimlər həm də psixoloji mesajdır. Azərbaycan göstərdi ki, enerji infrastrukturu onun üçün strateji prioritetdir. Bu prioritetin qorunması yalnız hərbi texnika ilə deyil, həm də siyasi iradə ilə bağlıdır. Odur ki, təlimlər həm daxili auditoriyaya, həm də xarici tərəfdaşlara ünvanlanmış siqnaldır. Mesaj budur: Azərbaycan geri çəkilməyəcək”.

Ekspert risklərin çox olduğunu da xüsusi vurğuladı: “Rusiya təhdidləri davam etdirdikcə gərginliyin böyüməsi mümkündür. Amma Azərbaycanın cavabları göstərir ki, bu dəfə vəziyyət fərqlidir. Bakı nə Çeçenistan, nə də başqa bir nümunədir. Azərbaycan öz taleyini özü müəyyənləşdirəcək. SOCAR zavodunun vurulması bəlkə də sonuncu belə hadisə deyil. Lakin bu hücum Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirə bilər. Çünki Azərbaycan indi həm də enerji təhlükəsizliyi mübarizəsinin önündə dayanır. Bu mübarizə təkcə milli maraqlar üçün deyil, həm də regional sabitlik üçün vacibdir. Beləliklə, Xəzərdə baş verənlər gələcək geosiyasi oyunun mühüm hissəsinə çevrilir”.

E.Paşasoy,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paytaxtda torpaq bazarı alovlanır – Ən bahalı rayonlar – CƏDVƏL

Next

Sabah və birigün… – Pik nöqtə sabah olacaq

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv