Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda yığılan maşınların bazarı “ölüb”

By Vüsal Rafiqoğlu
19.08.2025 4 Min Read

Çin avtomobil istehsalçılarını dəvət edib birgə iş ortaya qoymaq fürsəti var – iqtisadçıdan təklif

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 2292 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 232 ədəd az (və ya  9,2% az) minik avtomobili istehsal olunub.   Marja.az 2025-ci ilin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, traktorların istehsalı 12,2% azalaraq 309 dəfə, yük avtomobillərinin istehsalı 34,5% azalaraq 190 ədədə düşüb. Qeyd edək ki, Hacıqabul Sənaye Parkında və Neftçala Sənaye Məhəlləsində minik avtomobilləri istehsal olunur. Bu sənaye zonalarında “Chevrolet”, “İsuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar”,  “JAC”, “Bestune” və s. markalı avtomobillər yığılır.  Əslində bu, istehsal deyil, yığımdır. Çünki Azərbaycanda  avtomobil istehsalı üçün detalların ən azı 25 faizi ölkədə istehsal olunmalıdır. Məhz onda avtomobil istehsalı sənayesinin yaradılması haqqında danışmaq mümkündür. Azərbaycanda isə tamamilə xaricdən gətirilmiş ehtiyat və  müxtəlif hissələrinin yığılması prosesi baş verir. Azərbaycanda yığılan avtomobillərinin əsas müştərisi dövlət və hökumət orqanlarıdır. Ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub. 

Ümumiyyətlə, Azərbaycanda uzun illərdir avtomobil istehsalı ilə bağlı müzakirələr aparılır. Bir neçə müəssisə bu fəaliyyətlə məşğul olsa da, bəzi ekspertlər hələlik ciddi nəticə əldə edilmədiyini deyir. Ancaq istehsal edilən maşınların sayı artsa da, avtomobillərin keyfiyyətində ciddi problemlər olduğu deyilir. Hazırda dünyada Çin avtomobil istehsalı üzrə ilk sıradadır.

Çin avtomobil istehsalçılarını Azərbaycana dəvət edib indiki yığım zavodlarında birgə avtomobil istehsal etmək mümkündürmü? Ümumiyyətlə, bu sahədə vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır?

Geosiyasi dəyişikliklər ticarət dövriyyəmizə birbaşa təsir edib” – Günay  Hüseynova | news365.az

İqtisadçı-ekspert Günay Hüseynova “Yeni Müsavat”a deyib ki, makroiqtisadi göstəricilər nəzərə alındıqda tələbatın düşməsi gözlənilən idi: “Azərbaycanda uzun illərdir fəaliyyətsiz qalan iri sənaye müəssisələri, xüsusilə avtomobil zavodları ölkənin iqtisadi potensialından istifadənin zəifliyini göstərən nümunələrdən biridir. Halbuki bu sahənin yenidən canlandırılması həm daxili bazarın tələbatını ödəmək, həm də ixrac imkanlarını genişləndirmək baxımından ciddi əhəmiyyət daşıya bilər.

Dünya təcrübəsi göstərir ki, avtomobil sənayesi yalnız istehsal sektoru deyil, bütövlükdə iqtisadiyyat üçün multiplikativ effektə malikdir. Bu sahə metallurgiya, plastik sənayesi, elektronika, kimya və logistikaya qədər onlarla əlavə sahəni inkişaf etdirir. Beləliklə, yeni istehsal müəssisəsinin işə salınması təkcə minlərlə iş yeri yaratmaqla kifayətlənmir, həm də digər sektorların dövriyyəsini artırır. Bu mənada Çin avtomobil istehsalçılarını Azərbaycana cəlb etmək strateji baxımdan məntiqli seçim ola bilər. Birincisi, Çin bu gün dünya avtomobil bazarında ən sürətlə böyüyən və geniş ixrac imkanlarına malik ölkədir. Çin şirkətləri Avropa bazarına çıxış yolları axtarır və Azərbaycan həm coğrafi mövqeyi, həm də regional nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə onlar üçün optimal platforma rolunu oynaya bilər. İkincisi, daxili bazar imkanları nəzərə alınmalıdır. Azərbaycanda hər il on minlərlə avtomobil idxal olunur. Yəni ölkədə kifayət qədər stabil tələb mövcuddur. Əgər yerli istehsal keyfiyyət və qiymət balansını tuta bilsə, daxili bazarın böyük hissəsini idxaldan yerli istehsala yönəltmək mümkündür. Bu isə valyuta vəsaitlərinin xaricə axınının qarşısını alar. Üçüncüsü, istehsalın lokalizasiyası dövlətin iqtisadi siyasəti baxımından önəmlidir. Avtomobil zavodlarının fəaliyyətə başlaması regionlarda məşğulluğu artırar, yeni texnologiyaların transferinə şərait yaradar və ölkənin sənaye diversifikasiyasına töhfə verər.

Bütün bunlarla yanaşı, risk faktorlarını da nəzərə almaq lazımdır. Əsas risklərdən biri odur ki, Çin şirkətləri bəzən yeni bazarlarda yalnız montaj xətləri qurmaqla kifayətlənir. Bu halda əlavə dəyər az olur. Ona görə də müqavilə və investisiya siyasəti elə hazırlanmalıdır ki, Azərbaycanda istehsal olunan avtomobillərin müəyyən hissəsi ixraca yönələ bilsin, texnoloji komponentlərin istehsalı isə mümkün qədər yerli bazaya transfer olunsun. Nəticə etibarilə, boş qalan zavodların Çindən investisiya cəlb olunmaqla dirçəldilməsi Azərbaycan üçün həm iqtisadi, həm də strateji üstünlüklər yarada bilər. Əsas məsələ bu imkanın dövlət və özəl sektor tərəfindən düzgün qiymətləndirilməsi və effektiv sənaye siyasətinin həyata keçirilməsidir”.

İqtisadçı ekspert deyib ki, hazırda ölkədəki zavodların istehsal göstəriciləri əslində dövlət sifarişlərinin rəqəmləridir: “İnsanlar bu maşınları almaq istəmir. Keyfiyyəti zəif, qiyməti yüksək, yığılan modellər isə köhnədir. Belə olanda bazar təbii ki, “ölü” qalır. ƏDV-dən azadolma da çıxış yolu deyil. Çıxış yolu real istehsalın yaradılmasıdır. Bu gün Azərbaycanda yığılan avtomobillərə vətəndaşlar inanmır. Çünki servis şəbəkəsi zəifdir, ehtiyat hissələri tapılmır, ən əsası isə keyfiyyət zəmanəti yoxdur. İnsanlar köhnəlmiş modellərə niyə pul versinlər? Ona görə də bazarda hərəkət yoxdur”.

İqtisadçı deyib ki, Azərbaycanda illərlə anons edilən avtomobil sənayesi hələ də kağız üzərindədir: “Əslində Azərbaycanda istehsal olunan maşın yoxdur. Sadəcə, yığılan modellər var. Onların da əsas müştərisi dövlətin özüdür. Azərbaycan avtomobil bazarı hazırda ölü vəziyyətdədir və dirçəlməsi üçün köklü dəyişikliklər lazımdır. Azərbaycanda bu zavodların “dirilməsi” üçün Çin avtomobil sənayesinin cəlb olunması çıxış yolu ola bilər. Çin şirkətləri artıq elektrik avtomobilləri (EV) və hibrid texnologiyasında dünyada ön sıralardadır. Azərbaycana gəlmələri yerli zavodlara müasir texnologiya gətirə bilər. Çin markaları Avropa və yapon avtomobillərinə nisbətən daha ucuzdur. Bu, Azərbaycanın yerli bazarında və qonşu ölkələrə ixracda rəqabət üstünlüyü yarada bilər. Çin şirkətlərinin iştirakı zavodlara yeni kapital qoyuluşu minlərlə yeni iş yeri deməkdir. Azərbaycan həm MDB, həm də Yaxın Şərq bazarlarına körpü ola bilər. Çin üçün bu çox sərfəlidir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məktəbli gəlinlər – qanun sərtləşir, gerçək isə…

Next

Rektorlar təhsil haqlarını qaldırır, gənclər xaricə axışır – tanınmışlardan etiraz

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv