Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Rusiya, sənə ehtiyacımız var!..” – İrəvanda köhnə “hava” təzə “aranjiman”da

By Vüsal Rafiqoğlu
19.08.2025 4 Min Read

Erməni cəmiyyətində bu “ovqat” dəyişikliyi nə dərəcədə güclənə və Paşinyana təhlükə yarada bilər? – iki baxış

“Ermənistan üçün Rusiyanın real addım atmaması bizə daha ciddi təhlükə vəd edir. Çünki güclənmiş Azərbaycan Moskvanın Ukrayna ilə məşğul olmasından və xarici təhdidlərə cavab vermək məcburiyyətində olmasından istifadə edərək, qərb və şərq sərhədlərimizdə daha sərbəst hərəkət edəcək. Yəni Bakının dövlətimizə qarşı şantajı artıracaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sitat Armenianreport.com-dakı “Rusiya, sənə ehtiyacımız var!” başlıqlı redaksiya məqaləsindəndir.

Azərbaycana qarşı böhtanla dolu məqalədə Ağ Evdəki məlum anlaşmalardan sonra Moskvaya təzədən ifrat məxsusi yaltaqlıq diqqət çəkir.

Məqalədə bu fikirlər yer alır: “Ukraynada müharibənin tezliklə başa çatması təkcə Rusiyanın deyil, həm də Ermənistanı indiki hakimiyyətin gətirdiyi biabırçılıqdan hələ də xilas etməyə qadir ağıllı qüvvələrin marağındadır. Bu gün ləngliyin qiyməti çox yüksəkdir: söhbət bütöv dövlətlərin taleyindən və regional güc balansının gələcəyindən gedir. Ermənistanın Rusiyaya həmişəkindən çox ehtiyacı var. Çünki ölkəmizin Azərbaycanla biabırçı sülh müqaviləsi imzalamasına bir addım qalıb”.

Bəs nə oldu, deyirdiniz Rusiya erməni xalqına xəyanət edib? Ermənistanda bu “ovqat” dəyişikliyi nə dərəcədə güclənə və Paşinyan hakimiyyətinə təhlükə yarada bilər?

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqaz artıq yeni dövrə keçid edib və regiondakı güc balansı dəyişib: “Azərbaycanın formalaşdırdığı yeni geosiyasi konfiqurasiya Ermənistan üçün də yeni fürsətlər və perspektivlər yaradır. Lakin bu situasiya hər kəs tərəfindən birmənalı qarşılanmır, xüsusilə Kreml tərəfindən.

Armenianreport. com xəbər portalında “Rusiya sənə ehtiyacımız var” adlı məqalənin yayımlanması Ermənistan cəmiyyətində Azərbaycanla başlanan normallaşma prosesinə qarşı çaşqınlıq və ziddiyyətli ovqat yaratmağa hesablanıb. Rusiyanın Azərbaycana qarşı təzyiq vasitələri demək olar ki, yox səviyyəsində olsa da, Ermənistan üçün eyni sözləri demək hələ ki mümkün deyil. Rusiyanın Ermənistanda hərbi bazası, erməni ordusuna  yerləşdirdikləri kadrları və bütövlükdə, bir çox sferada özlərinin maraqlarına xidmət edən şəxsləri mövcuddur. Belə olduğu təqdirdə, rəsmi Moskvanın məhz Vaşinqton görüşünün nəticələrinə mane olmaq üçün həmin qüvvələri səfərbər edəcəyi istisna deyil və biz bunun şahidi oluruq. Bütün bunlara baxmayaraq, Azərbaycan öz gücünə, qətiyyətinə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir. Vətən müharibəsində əldə etdiyimiz Zəfər, 23 saatlıq antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpası, ardınca sərhədlərin delimitasiya və demarkasiyası, habelə Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamə Azərbaycanın bölgədə həlledici rolunu bir daha təsdiq etdi. Bu reallığı heç bir qüvvə dəyişdirə bilməz. Ermənistanın xilas yolu nə Moskvadan, nə də başqa paytaxtlardan keçir, yeganə yol qonşularla normal münasibətlər qurmaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaqdır. Ona görə də bu gün Ermənistanda bəzi siyasi dairələrin yenidən “Rusiyaya sarılmaq” çağırışları əslində Paşinyan hakimiyyətinə qarşı daxili təzyiq vasitəsidir. Bu təzyiqlərin Ermənistanı daha da dərin uçuruma aparacağı da şübhə altındadır. Yeni geosiyasi reallıqlar şəraitində Azərbaycan regionun əsas söz sahibidir və heç bir qüvvə xalqımızın iradəsini, dövlətimizin gücünü şübhə altına ala bilməz. Ermənistan cəmiyyətində “köhnə havanın təzə ifası” Paşinyan hökumətinə müəyyən risklər yaratsa da, bu, nəticə etibarilə Ermənistan dövlətçiliyinin zəifləməsinə xidmət edir. Azərbaycan isə öz möhkəm iradəsi ilə regionda sülhün, sabitliyin və inkişafın qarantıdır”.

Bu təşkilatlar təzyiq aləti kimi istifadə etmək üçün yaradılıb”

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, ermənilərin tarix boyu xəyanətkar və satqın olduğunu sübut etməyə ehtiyac yoxdur: “Ermənilər uzun müddət idi ki, Rusiyadan istifadə edərək Azərbaycan dövlətinə qarşı yararlanırdılar, bəhrələnirdilər. Bizim tarixi torpaqlarda Rusiyanın dəstəyi ilə özlərinin dövlətini də qura bilmişdilər. Daha sonra SSRİ zamanında bir çox ərazilərimizi, o cümlədən Zəngəzuru 1920-ci ilin noyabrında öz ərazilərinə qatmışdı. SSRİ dağıldıqdan sonra yenə də Yeltsinin və Qərbin dəstəyi ilə Azərbaycanın 20% torpaqlarını işğal etdilər. Belə bir vəziyyətdə Ermənistan qudurğanlıq edərək, Rusiyaya xəyanət etdi. Ermənilər düşünmürdülər ki, etdikləri xəyanət onlara baha başa gələ bilər. Fikirləşdilər ki, Rusiyadan aldıqlarını alıblar və bundan artığını ala bilməyəcəklər. Ona görə də Qərb və ABŞ-dən qazanmaq lazımdır və buna görə Rusiya Azərbaycanın haqlı mövqeyində bitərəf kimi qalmayacaq. Rusiya Azərbaycan dövlətinin, xüsusən İlham Əliyevin Rusiyaya qarşı ikitərəfli, bərabərhüquqlu, qarşılıqlı və etimadlı münasibəti səbəbi ilə torpaqlarımızın azad olunması və suverenliyimizin tap bərpası prosesində neytral qaldı. 1993-cü ildəki kimi öz ordusu ilə Ermənistan tərəfindən döyüşərək Azərbaycanın torpaqlarını işğal etmədi. Bakı Ermənistana qarşı heç vaxt şantaj yolunu tutmayıb. Biz yalnız beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində öz ərazimizi qorumuşuq. Ermənilər indi Rusiya ilə 1993-cü il vəziyyətinə qayıtmaq üçün hər cür saxta bəyanatlar verirlər. Ancaq unudurlar ki, bu gün Azərbaycan 1993-cü ilin Azərbaycanı deyil. Həmçinin də Putin də çox yaxşı bilir ki, xəyanətkar və satqın Ermənistana görə Rusiyanın ən yaxın müttəfiqindən biri olan Azərbaycanı itirməyə dəyməz. Azərbaycan bu gün Rusiya üçün olduqca önəmli bir dövlətdir. Həmçinin Putin də çox yaxşı bilir ki, Azərbaycanla münasibətləri pozmaq, paralel olaraq Türkiyə ilə də münasibətlərin pozulması deməkdir. Bu, Putinə heç sərf etməz. Təsadüfi deyil ki, bir neçə gün bundan qabaq Aleksey Overçukla Şahin Mustafayevin Moskvada planlaşdırılan görüşü gündəmə gəlib. Məhz Rusiya tərəfinin yaydığı məlumata görə, hökumətlərarası komissiyanın iclası keçiriləcək. Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması ilə əlaqədar Azərbaycanın haqlı tələblərini yerinə yetirməməsi, Yekaterinburqda soydaşlarımızın işgəncələrlə öldürülməsi, zorakılığa məruz qalması səbəbindən ölkələrimiz arasında müəyyən gərginlik yaşanır və sadə insanlar bundan əziyyət çəkir. Bu tipli görüşlərdə bizi narahat edən bütün məsələlər müzakirə olunmalı, gərginliyin azaldılmasına, etimadlı münasibətlərin bərpasına yol açılmalıdır. Hər şey Rusiyanın necə davranacağından asılıdır. Azərbaycan həmişə region dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edib”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Rəqsanə 520 min dollara görə tutulmayıb…” – Vəkili yeni detalları açdı

Next

Azərbaycan üçün dünyaya yeni inteqrasiya marşrutu

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv