Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Fəaliyyətsiz mexanizm tarixin arxivinə göndərilir

By Vüsal Rafiqoğlu
20.08.2025 3 Min Read

Artıq heç bir dövlət və ya təşkilat Azərbaycana qarşı təzyiq aləti kimi Minsk qrupunun adından istifadə edə bilməyəcək

Azərbaycanın ən yeni tarixi mərhələsinə daxil olduğu bir dövrdə beynəlxalq münasibətlər sistemində mühüm hadisə baş verdi. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirdiyi görüş yalnız region üçün deyil, bütövlükdə beynəlxalq hüququn işləkliyi baxımından dönüş nöqtəsi kimi yadda qaldı. Bu görüşdə uzun illərdir süni şəkildə saxlanılan və fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Minsk qrupu və onunla əlaqədar strukturların buraxılması barədə qərar qəbul olundu. Beləliklə, artıq 30 ildən çox müddət ərzində işğal faktını leqallaşdırmağa xidmət edən, ikili standartların aləti kimi çıxış edən bir mexanizmin siyasi ömrü başa çatdı.

Minsk qrupunun tarixi əslində Qarabağ münaqişəsinin tarixindən ayrı deyil. 1992-ci ildə yaradılan bu mexanizm guya münaqişəyə sülh yolu ilə son qoymaq üçün nəzərdə tutulmuşdu. Amma onun fəaliyyəti illər keçdikcə açıq şəkildə göstərdi ki, əslində məqsəd işğal faktını uzatmaq, Ermənistanın təcavüzünü gizlətmək və regionu nəzarətdə saxlamaqdan ibarət olub. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə fəaliyyət göstərən bu qrup Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində bir addım belə atmadı. Əksinə, Ermənistanın təcavüzkar siyasətini müdafiə edərək qeyri-obyektiv mövqe sərgiləməklə prosesləri dondurdu. Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyan BMT qətnamələrini icra etdirmək əvəzinə, Minsk qrupu faktiki olaraq status-kvonun qorunmasına çalışdı.

Bu mənada 8 avqust Vaşinqton görüşündə qəbul edilən qərar yalnız bir diplomatik protokol məsələ deyil, tarixi ədalətin bərpası və regionda yeni siyasi reallığın təsdiqi oldu. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla artıq hərbi-siyasi reallığı formalaşdırmışdı. Ermənistana vurulan ağır zərbə, işğalın sona çatdırılması, üçtərəfli bəyanatın imzalanması, ardınca Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə sürətli bərpa prosesinə başlaması göstərdi ki, Minsk qrupu artıq heç bir əhəmiyyət daşımır. Bununla belə, beynəlxalq hüquqi və siyasi sistemdə formal olaraq bu qurumun adının qalması Azərbaycanın mövqeyinə uyğun deyildi. Vaşinqton görüşü məhz bu məsələni birdəfəlik həll etdi.

Minsk qrupunun buraxılması ilə Azərbaycan beynəlxalq aləmdə bir daha göstərdi ki, regionun gələcəyini öz iradəsi ilə müəyyənləşdirir. Bu qərarın həm də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə qəbul olunması simvolik əhəmiyyət daşıyır. Çünki Vaşinqton uzun illər bu qrupun həmsədrlərindən biri olub və indi məhz ABŞ-ın siyasi dəstəyi ilə onun fəaliyyətinə son qoyulması göstərir ki, Azərbaycanın mövqeyi beynəlxalq miqyasda tanınır və qəbul edilir. Bu, həm də Qərb və ABŞ siyasətində Cənubi Qafqaza baxışın dəyişməsinin bariz göstəricisidir.

Azərbaycan diplomatiyası həmişə bəyan edirdi ki, Minsk qrupu öz missiyasını itirib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, artıq Qarabağ münaqişəsi yoxdur, məsələ hərbi-siyasi yolla həll olunub və yeni reallıqla barışmaq lazımdır. Ermənistan tərəfi isə uzun müddət bu qrupun mövcudluğunda maraqlı idi. Çünki bu qurumun saxlanması onlara yeni manevr imkanları verir, status məsələsini gündəmdə saxlamağa şərait yaradırdı. Ancaq Vaşinqton görüşü bu planları alt-üst etdi. Ermənistan rəhbərliyi Azərbaycanın və beynəlxalq ictimaiyyətin iradəsi qarşısında geri çəkilməyə məcbur qaldı.

Bu qərarın qəbul olunması eyni zamanda, beynəlxalq təşkilatların fəaliyyətinə də ciddi mesaj verdi. Çünki Minsk qrupu nümunəsi göstərdi ki, ədaləti bərpa etmək əvəzinə işğalçı dövlətin maraqlarına xidmət edən mexanizmlər tarix səhnəsindən silinməyə məhkumdur. Azərbaycanın siyasi iradəsi, beynəlxalq müstəvidə artan nüfuzu, tərəfdaşlıq əlaqələrinin güclənməsi bu prosesin sonunu yaxınlaşdırdı. Artıq heç bir dövlət və ya təşkilat Azərbaycana qarşı təzyiq aləti kimi Minsk qrupunun adından istifadə edə bilməyəcək.

Minsk qrupunun buraxılması ilə regionda yeni mərhələnin qapıları açılır. Bu mərhələdə əsas istiqamət sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Azərbaycan bu istiqamətdə iradəsini açıq ifadə edir və konkret addımlar atır. Ermənistan isə artıq manevr imkanlarını itirib. Çünki nə Minsk qrupu var, nə də işğal siyasətinə bəraət qazandıran mexanizm. Ermənistan rəhbərliyi sülh müqaviləsinə imza atmaqdan başqa yolunun olmadığını anlayır.

Bu tarixi qərar həm də Azərbaycan xalqının uzun illər gözlədiyi bir ədalətin bərpasıdır. Çünki 30 ildən artıq müddətdə Minsk qrupu xalqımızın yaddaşında yalnız ədalətsizliyin, ikili standartların, diplomatik fırıldaqların simvolu olub. İndi isə bu səhifə bağlanıb və Azərbaycan xalqı öz dövlətinin siyasi iradəsi ilə fəxr edə bilər. Bu, həm də gələcək nəsillərə verilən mesajdır ki, ədalətsizlik üzərində qurulan heç bir mexanizm uzunömürlü ola bilməz.

Azərbaycanın bu uğuru yalnız region üçün deyil, həm də beynəlxalq münasibətlər sistemi üçün mühüm dərsdir. Bu göstərir ki, beynəlxalq hüquqa əsaslanan mövqe, milli maraqları müdafiə edən siyasət və güclü dövlət iradəsi istənilən süni mexanizmi iflasa uğrada bilər. Azərbaycan həm hərbi, həm diplomatik müstəvidə bunu sübut etdi.

Beləliklə, 8 avqust Vaşinqton görüşündə qəbul edilən qərar – ATƏT-in Minsk qrupunun buraxılması – Azərbaycan diplomatiyasının tarixi qələbəsi kimi yadda qalır. Bu qərar regionun gələcəyinə, sülhün təmin edilməsinə və Azərbaycanın suverenliyinə yeni perspektivlər açır. Artıq Qarabağ münaqişəsi anlayışı tarixə qovuşub, Minsk qrupu isə siyasi arxivlərin səhifəsinə çevrilib. Azərbaycanın güclü iradəsi, qətiyyətli mövqeyi və beynəlxalq dəstəyi sayəsində yeni bir dövr başlanır – ədalətin, suverenliyin və dayanıqlı sülhün dövrü.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Müharibəsiz dünya naminə birləşək, silahlara “yox” deyək!

Next

Hərbi xidmətlə bağlı “mygov” platformasına yeni funksiyalar əlavə olunub

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv