Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər

By Vüsal Rafiqoğlu
23.08.2025 3 Min Read

2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər.

Qeyd edilməlidir ki, Kəlbəcərin azad edilməsindən sonra Pezident İlham Əliyev Kəlbəcərə 7 səfər edib. Avqustun 21-dəki sonuncu səfər zamanı ölkə başçısı Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin və Kəlbəcər şəhər parkının təməlinin qoyulması mərasimlərində, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim edib. Görüş zamanı dövlət başçısı çıxış edərək bildirib: “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.”Bu sözlərlə Prezident İlham Əliyev Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıdışını yüksək qiymətləndirib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb.

Səfər çərçivəsində Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış oldular.  Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını etdi.

Xatırladaq ki, Prezidentin əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir.

Dövlətimizin başçısı Kəlbəcərdə sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində həmçinin vacib mesajlar da səsləndirdi. İşğal dövründə Ermənistanın bir qarış belə torpaq qaytarmaq niyyətində olmadığını, o vaxtkı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə bütün səylərini münaqişənin dondurulmasına yönəltdiyini xatırlatdı. Cənab Prezident bir daha bəyan etdi ki, məhz həmsədrlərin qərəzli mövqeyi səbəbindən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. İşğal dövründə təcavüzkara göstərilən hərtərəfli dəstəyin əsas məqsədi həm də azərbaycanlıların öz doğma yurdlarına qayıdışına mane olmaq idi. Lakin Azərbaycan öz gücü hesabına bu məkrli planların hamısını alt-üst etdi, öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Mürəkkəb relyefə malik olan Kəlbəcərin 1 güllə atmadan qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra böyük uğuru idi. Beləliklə, Azərbaycan regionda ədaləti təmin etdi, separatizmin kökünü kəsdi. Məhz Azərbaycanın gücü, siyasi iradəsi sayəsində regionda yeni reallıqlar yaranıb. Artıq Azərbaycan-Ermənistan münasibətləri də yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakının müəllifi olduğu, bu günlərdə paraflanmış sülh müqaviləsi də Azərbaycanın maraqlarını təmin edir. Bunu dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə də qeyd etdi. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmək öhdəliyi götürüb. Cənab Prezident eyni zamanda tarixi diyarımız olan Naxçıvanla quru bağlantısının təmin olunmasına da diqqət çəkdi. “Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”, – deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul edir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə ərazilərimizdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir. Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Burada görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir.

Ölkə başçısının işğaldan azad edilən bölgələrə səfərlərin hər biri Böyük Qayıdış Proqramının icrasının uğurla başa çatacağına, soydaşlarımızın bütünlüklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyi artırır. Əsas hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

İsrafil Kərimov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan, Türkmənistan və Özbəkistan əməkdaşlığı genişləndirir

Next

Ağstafada yol qəzası – Ölən və yaralanan var

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv