Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Güney Qafqaz Rusiyaya qarşı birləşsin çağırışı – Gözlənti

By Vüsal Rafiqoğlu
23.08.2025 3 Min Read

Kreml strateji mövqelərini əldən verib – üç respublika “Qafqaz evi” ideyasını gerçəkləşdirə biləcəkmi?

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri, uzun müddət Qarabağ danışıqlarına başçılıq etmiş diplomat Jirair Liparityan Azərbaycan-Ermənistan münasibətləri, Vaşinqton görüşü ilə bağlı geniş məqalə ilə çıxış edib. O, 30 bənddən ibarət mövqeyini “Aravot” qəzetində dərc etdirib.

Liparityan bildirib ki, Vaşinqton razılaşması doğru addımdır. O fikirlərinin belə ümumiləşdirib: “İndi problem Ermənistan və Azərbaycanın Gürcüstanla birlikdə işləməsi və sülhə gedən yolun hər hansı bir xarici qüvvə tərəfindən pozulmasına imkan verməməsidir. Əks halda, onlar kənardan manipulyasiya və yenidən münaqişələr dövrünə qayıdacaqlar”.

Erməni diplomat qeyd edib ki, hər üç paytaxt birlikdə hərəkət etməsə, onlara “peşka” və ərazisindən yalnız boru kəmərlərinin keçdiyi ölkələr kimi baxılacaq: “Azərbaycan və Ermənistan artıq sübut etdilər ki, onlar öz suverenliyini gücləndirəcək yolu inkişaf etdirməyə qadirdirlər. İndi onu saxlaya bilirlər. Suverenlik həm də məsuliyyət daşıyır: ilk növbədə, suverenliyin həyata keçirildiyi xalqların üzərində”.

Liparityan Qarabağın Azərbaycana aid olduğunu əvvəldən etiraf edən erməni siyasətçilərdəndir. İllərlə müsahibələrində qeyd edib ki, münaqişə həll edilməlidir və Ermənistan Rusiyanın boyunduruğundan xilas olmalıdır. Hazırda Rusiyanın Cənubi Qafqazda təsirləri azalıb. Hətta regiondan çıxarıldığı iddia olunur. Məsələn, avrasiyaçılıq ideyasının təbliğatçısı Aleksandr Duqin bu qənaətdədir ki, Rusiya yanlış siyasəti ucbatından Güney Qafqazı itirib və oradan çıxarılıb.

Ekspertlər də bu fikirdədir ki, Cənubi Qafqazda baş verən son proseslər Rusiyanın regionda tədricən etibarını və təsir imkanlarını itirdiyini göstərir. Ancaq maraqlıdır ki, Kreml və ona yaxın media orqanları bu prosesin səbəblərini aydın və obyektiv şəkildə təhlil etmək əvəzinə, məsuliyyəti birtərəfli şəkildə Qərbin üzərinə yükləməyə çalışır. Ermənistanın açıq şəkildə Qərbə yönəlməsi, Azərbaycanın öz yolunu müstəqil şəkildə müəyyən etməsi fonunda Gürcüstan da Rusiya üçün yeni narahatlıq mənbəyidir. Rusiya mediası Avropa Birliyi və Avropa Parlamentinin Tiflisə yönəlik son qərarlarını “inqilabi ssenari”nin başlanğıcı kimi təqdim edir. Cənubi Qafqaz artıq Moskvanın “arxa bağçası” deyil. Azərbaycan, Gürcüstan və Ermənistan – hər biri öz yolunu seçməkdə qərarlıdır və bu yol Kremlə yox, suverenliyə, demokratik inkişaf modelinə və regional tərəfdaşlıqlara aparır. Rusiya isə bu reallığı qəbul etmək əvəzinə, öz uğursuzluqlarını Qərbin üzərinə atmaqla məşğuldur.

Yeni Qafqaz düzəni artıq formalaşmaqdadır. Bu düzəndə hər bir ölkə öz milli maraqlarına uyğun şəkildə qlobal və regional güclərlə balanslı əməkdaşlıq qurur. Rusiya isə bu düzənin tərkib hissəsi yox, getdikcə arxaikləşən və təcrid olunan bir aktora çevrilməkdədir. Bu isə Cənubi Qafqazda yeni siyasi səhifənin açıldığını və Moskva üçün həmin səhifənin artıq bağlandığını göstərir.

Bəs Liparityanın çağırışları indiki reallıqlarda nə dərəcədə realdır? Gürcüstan da bu prosesə qoşula bilərmi?

media-81-s5rfjnqltg43bmivye7x.jpg (31 KB)

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Rusiyanın Cənubi Qafqazda heç vaxt olmadığı qədər zəif dövrüdür. Onun sözlərinə görə, “Qafqaz evi” ideyası üçün geniş imkanlar açılır və hər üç dövlət bu fürsəti dəyərləndirə bilər: “Müharibə Rusiyanın strateji mövqelərinin itirilməsinə səbəb olmaqdadır. Rusiya Qarabağdan, Qafqazdan, Suriyadan, hətta Liviyadan çıxmalı olub. Onun qayıdışı çətin olacaq, ya da illər lazım gələcək. Çünki burada söhbət təkcə Rusiyanın bizim regionda zəifləməsindən getmir, bölgədə digər güclərin varlığı nəzərə alınmalıdır. Yəni dünya nizamı dəyişir və artıq Çin belə Cənubi Qafqaza təsir edə bilir. Ona görə Rusiyanın hegemonluğu bitməkdədir və Cənubi Qafqazda dominantlığı itirib. Diqqət edin, Türkiyə, ABŞ, Avropa İttifaqı, Çin, İsrail, Britaniya Cənubi Qafqazda bu və ya digər şəkildə mövcuddur. Xüsusi vurğu ilə deməliyəm ki, Azərbaycanın güclü müttəfiqləri var. Bu baxımdan, Rusiya regionda bu qüvvələrlə hesablaşmaq məcburiyyətində qalıb”.
R.Məmmədova Ermənistan və Gürcüstanda Rusiyanın təsirlərinin tam azalmadığını fikirləşir: “Ermənistan iri addımlar atır, amma hələ də hərbi və iqtisadi cəhətdən ruslar oradadırlar. Rusiyanın oradan tamamilə çıxması real deyil, lakin kifayət qədər təsirləri minimuma endirilə bilər. Gürcüstanda isə mövcud iqtidar Moskvaya yaxındır. Yəni ictimai rəy Rusiyanı dəstəkləmir. Ona görə Qafqazda sülh prosesi, kommunikasiyaların işə düşməsi inteqrasiyanı sürətləndirəcək ki, Gürcüstana da təsiri olacaq. Tarixdə növbəti bir şans var ki, üç ölkə ”Qafqaz evi” yaratsın. İndiki halda, Bakı ilə İrəvan keçmiş erməni diplomatın təbirincə desək, bəli, birgə addımlayır, koordinasiyalı hərəkət edir. Bu da Rusiyadan uzaqlaşmayaq səbəb olur. Sanki bir sinxron siyasət var. Tiflis isə hələlik istisnadır. Lakin onun Avropa Birliyinə bu iki ölkədən daha əvvəl yaxınlaşması tezliklə yeni addımlar atmasına səbəb ola bilər. Bütün gedişat Azərbaycanla Ermənistanın addımlarından asılı olacaq. Qafqaz ölkələri Rusiyaya qarşı birləşmirlər, sadəcə, Kremlə bərabərhüquqlu yanaşma, normal iqtisadi əməkdaşlığın qurulmasını izah edirlər”.

Təhlilçi Rusiyanın bu bölgədə mövqeyinin zəifləməsini öz günahı sayır: “Moskva qonşuları ilə normal dostluq əlaqələri qurmaq istəmir, ətrafını təhdid etməklə nəzarətində saxlamaq niyyətindədir. Bu ”ənənəvi” təzyiq siyasəti isə yürümür. Dünyada və regionda yeni nizam qurulmaqdadır, ölkələr müstəqil siyasət həyata keçirmək istəyirlər. Bu səbəbdən, Rusiya da öz siyasətinə yenidən baxmaq məcburiyyətindədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu qadın “Tiktok”da vətəndaşları aldadırmış – DİN FOTOsunu yaydı

Next

Zəngəzur dəhlizi üçün hərəkətlənmə – Cəmi 6 aya…

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv