Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əsgərliklə bağlı yeni müzakirələr – DƏYİŞİKLİK EDİLƏ BİLƏR

By Vüsal Rafiqoğlu
27.08.2025 4 Min Read

Ekspertdən çağırış: “Xidmət müddəti ya 1 ilə endirilməli, ya da 9 aya qədər azaldılmalıdır”

Azərbaycanda ictimaiyyət hərbi xidmətə çağırış qaydalarına yenidən baxılmasını, qəbul imtahanlarında yüksək bal toplayan, lakin ali məktəbə qəbul olunmayan abituriyentlərə möhlət verilməsini istəyir. 

Məlumdur ki, ali məktəblərə qəbul olunmayan həmin şəxslər 18 yaşına çatdıqdan sonra avtomatik olaraq həqiqi hərbi xidmətə çağırılırlar. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il 88756 abituriyentdən yalnız 57236 nəfəri ali məktəblərə qəbul oluna bilib. Nəticədə onlardan 31 520-si uğursuzluğa düçar olub. Onların arasında mümkün 700 baldan 500-600 bal toplayan, lakin ali məktəbə qəbul ola bilməyənlər də olub. Bu abituriyentlərin kişi hissəsi qarşıdan gələn payız çağırışında mütləq orduya gedəcək və orada bir il yarım xidmət etməli olacaqlar. Və bu müddət ərzində onların bəzi bilikləri unudulacaq və təkrar  kurslar çox vaxt və pul tələb edəcək.

Məsələn, müğənni Nura Suri ictimaiyyətə və jurnalistlərə abituriyentlərə 21 yaşa qədər möhlət verilməsi məsələsini gündəmə gətirməyi təklif edib. Xüsusilə ona görə ki, Azərbaycan artıq müharibə vəziyyətində deyil.

Təhsil eksperti Etibar Əliyev Minval.az-a açıqlamasında  abituriyentlərə möhlət verilməsi  təklifini diqqətəlayiq hesab edib:  “Bu məsələ qanunvericilikdə öz əksini tapmasa da, Elm və Təhsil Nazirliyi bu istiqamətdə mühüm addım ata bilər”. Ekspert deyib ki, Nazirlər Kabineti möhlət əvəzinə, belə abituriyentlərin qəbul oluna biləcəyi ali məktəblərdə əlavə yerlərin ayrılması barədə qərar qəbul edə bilər.

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bəzi gənclərin hərbi xidmətə marağı tədricən azalır və müəyyən hallarda onlar bundan yayınmağa çalışırlar: “Ümumiyyətlə, hesab edirəm ki, burada bir çox mühüm məqamlar var. Bu məsələlər cəmiyyətdə geniş şəkildə müzakirə olunur və ən çox hər kəs hərbi xidmətlə bağlı güzəştlər istəyir. Düzdür, bu mövzu birbaşa həmin məsələyə aid deyil, amma müşahidə edirəm ki, gənclərin hərbi xidmətə marağı tədricən azalır və bəzi hallarda onlar hərbi xidmətdən yayınmağa çalışırlar. Bu isə gələcəkdə ciddi tendensiyalara səbəb ola, müəyyən mənfi prosesləri ortaya çıxara bilər. Ona görə də ilk növbədə təbliğat aparılmalıdır ki, hər kəsin Vətən qarşısında borcu var və bu borcu hər kəs yerinə yetirməlidir”.

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov

C.Məmmədov həmçinin qeyd edib ki, başqa bir ciddi problem gənclərin ixtisas seçimi ilə bağlıdır. Onun fikrincə, abituriyentlər qəbul imtahanlarından sonra düzgün seçim etmədiklərinə görə yüksək bal toplasalar da universitetə qəbul ola bilmirlər: “Gənclər düzgün seçim etməli və qəbul zamanı ixtisas kodlarını dəqiq yazmalıdırlar. Təəssüf ki, bir çox gənc bu məsələdə səhvlərə yol verir. Məsələn, yüksək bal topladığı halda, yanlış seçim etdiyinə görə universitetə qəbul ola bilmir. Sonradan isə dövlət qurumlarından və ya başqa şəxslərdən inciməyə, narazılıq etməyə əsas görürlər. Halbuki bu məsələ birbaşa gənclərin öz məsuliyyətidir. Ona görə də gənclər ixtisas seçimində maksimum diqqətli olmalı, məsuliyyətli davranmalıdırlar ki, gələcəkdə peşmanlıq yaşamasınlar, dövlətin onlara xüsusi güzəştlər etməsini gözləməsinlər”.

Millət vəkili vurğulayıb ki, qəbul prosesində baş verən səhvlərə görə dövlətin günahlandırılması doğru yanaşma deyil: “Söhbət kifayət qədər ciddi rəqəmlərdən və çox sayda gəncin ali məktəblərə qəbul ola bilməməsindən gedir. Burada məsuliyyəti dövlət deyil, məhz gənclərin özləri daşıyır. Onlar daha məsuliyyətli və diqqətli olmalıdırlar ki, belə problemlərlə üzləşməsinlər. Bütün bunlar olduqca önəmli məsələlərdir və hər bir gənc bu məqamları nəzərə almalıdır”.

 

Hərbi ekspert Ramil Məmmədli isə hərbi xidmət müddətinə yenidən baxılmasının məqsədəuyğun olduğunu qeyd edib: “Ümumiyyətlə, bu məsələ köklü şəkildə öz həllini tapmalıdır. Mən son 3-4 ildir ki, çağırışla bağlı məsələnin fundamental şəkildə həll edilməsinin tərəfdarı kimi çıxış edirəm. Hazırkı dövrdə, yəni Azərbaycanın əsas hərbi birləşmələrinin peşəkar hərbi qulluqçulardan formalaşdırıldığı bir mərhələdə 18 yaşına çatmış və ya ali məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılan gənclərin xidmət müddətinə yenidən baxılması zəruridir. Mənim fikrimcə, bu məsələdə ayrı-seçkilik olmamalıdır. Yəni ali təhsili olmayan şəxsin 1 il 6 ay (18 ay), ali təhsilli şəxsin isə cəmi 1 il xidmət keçməsi yanaşması ədalətli deyil”.

Ekspertin fikrincə, burada ikinci mühüm məqam isə xidmətin ümumi müddətidir: “Hesab edirəm ki, hərbi xidmət dövrünün 1 il 6 ay və ya 1 il olması artıq köhnəlmiş yanaşmadır. Xidmət müddəti ya ümumilikdə 1 ilə endirilməli, ya da 9 aya qədər azaldılmalıdır. Hətta bəzi Avropa ölkələrində olduğu kimi, bu müddət 6-8 ay aralığında müəyyən edilə bilər. Çünki bir əsgər 1 il 6 ay ərzində hərb elmini dərindən öyrənə bilmir. Əksinə, biz gəncin həmin həssas yaş dövründə onun gələcək perspektivlərini formalaşdırmaq üçün lazım olan vaxtını əlindən almış oluruq. Bu səbəbdən hesab edirəm ki, müddət mütləq şəkildə yenidən nəzərdən keçirilməlidir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədlinin fikrincə, yüksək bal toplayan gənclərə müəyyən istisnalar tətbiq olunmalıdır: “Başqa bir məqam isə ali məktəbə qəbul zamanı yüksək bal toplayan, lakin müəyyən səbəblərdən tələbə ola bilməyən gənclərimizlə bağlıdır. Məncə, 600-dən yuxarı bal toplayan gənclərə müəyyən istisnalar tətbiq olunmalıdır. Bu istisnalar, məsələn, onlara təkrar imtahan vermək imkanı yaratmaqla və ya hərbi xidmət müddətini müəyyən formada tənzimləməklə həyata keçirilə bilər. Belə ki, həmin gənclər növbəti il üçün hazırlığını davam etdirib yenidən imtahan verə bilsinlər. Bir sözlə, elm arxasınca gedən gənclərə dövlətin dəstəyi vacibdir. 6-9 aylıq hərbi xidmət kifayətdir ki, əsgər qısa müddətdə əsas hərbi biliklər barədə anlayış qazansın. Onsuz da nə 1 il, nə də 1 il 6 ay ərzində əsgər xidmət etdiyi qoşun növünün texnikasına və taktiki imkanlarına nə nəzəri, nə də praktiki olaraq tam yiyələnə bilmir. Hərbi yolu seçmək istəyənlər bu müddət ərzində öz istiqamətlərini müəyyənləşdirəcək, digərləri isə qısa müddət ərzində xidmət keçib, sonra mülki həyatda ölkəsinə və dövlətinə layiqli vətəndaş kimi xidmətini davam etdirəcəklər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Tramp dəhlizi” üçün təhlükə

Next

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv