Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Konstitusiya islahatları sülhə və sabitliyə aparacaq yeganə yoldur

By Vüsal Rafiqoğlu
27.08.2025 3 Min Read

Baş nazir Nikol Paşinyan diqqətə çatdırıb ki, Sovet hökumətinin təqdim etdiyi vətənpərvərlik modeli əsasında Müstəqillik Bəyannaməsinin qəbulunda yanlışlığa yol verilib və bu da Ermənistanın indiki problemlərlə üzləşməsinin əsasında dayanan əsas faktorlardandır

Ermənistanın bu günü və gələcəyi hazırda yaşananlardan dərs çıxarmasından və geosiyasi reallıqları dərk etməsindən asılıdır. Cənubi Qafqazda sülhün bərqərar olması ölkələrin beynəlxalq hüququn prinsiplərinə sadiqliyini, qonşuluq münasibətlərini normallaşdırmaq istəklərini və bu istiqamətdə qəti addımlar atmalarını tələb edir. Bu baxımdan, Ermənistan öz ölkəsinin konstitusiyasında fundamental dəyişikliklər etmək məcburiyyətindədir. İllər boyu Ermənistanın konstitusiyasında öz əksini tapan qeyri-real iddialar regionda gərginliyi artırmaqdan başqa bir nəticə verməmişdir. Hələ də erməni siyasi elitası öz konstitusiyasında “Dağlıq Qarabağı” Ermənistanın bir hissəsi kimi bəyan edən maddələr saxlayaraq reallıqlara tamamilə zidd bir yanaşma nümayiş etdirir. Ancaq bu, qovluqda qalacaq bir iddiadan başqa bir şey deyildir.

İkinci Qarabağ müharibəsi erməni separatizmi bəlasına son qoydu və regionda yeni siyasi reallıq formalaşdırdı. Bu yeni reallıqları qəbul etmək, qonşularla normal çərçivədə münasibətlər qurmaq Ermənistanın iqtisadiyyatını, cəmiyyətini və ümumilikdə ölkənin bütün strukturunu sabitliyə doğru aparacaq yeganə yoldur. Lakin bunun ünvanı konstitusiya islahatlarından başlayır. Ermənistanın mövcud konstitusiyası, onun beynəlxalq öhdəlikləri və qonşu ölkələrlə olan münasibətləri üçün uyğun deyil. Konstitusiya islahatları, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla və bu istiqamətdə qeyri-real maddələri ləğv etməklə başlanmalıdır. Həmçinin Ermənistan bölgədə sülhün davam etməsi üçün bütün dövlət siyasətinin şəffaf və beynəlxalq prinsiplərə uyğun olduğuna təminat verməlidir. Ermənistan baş naziri Nikol Paşinyan avqustun 23-də ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümünə həsr olunmuş bəyanatla çıxış edərək bildirib ki, Ermənistanın Qarabağa iddialarını özündə əks etdirən bu sənəd Sovet hökumətinin təqdim etdiyi vətənpərvərlik modelinə əsaslanıb. Onun sözlərinə görə, Ermənistan yalnız indi, Azərbaycanla sülh razılaşması əldə etdikdən və Qarabağa iddialardan əl çəkəndən sonra həqiqi müstəqilliyinə nail olub. Başqa sözlə, Sovet hökumətinin təqdim etdiyi vətənpərvərlik modeli əsasında Müstəqillik Bəyannaməsinin qəbulunda yanlışlığa yol verilib və bu da Ermənistanın indiki problemlərlə üzləşməsinin əsasında dayanan əsas faktorlardan biri olub.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəddə SSRİ-nin tərkibində olmuş respublikanın adı dəyişdirilərək Ermənistan Respublikası adlandırılır, müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi elan edilir. Bununla belə, mətndə Ermənistanın SSRİ-dən çıxması qeyd olunmur, ölkə 1991-ci ilin dekabrında onun dağılması ilə əlaqədar İttifaqı tərk edib. Bəyannamədə həmçinin Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsindən bəhs edilir. Paşinyanın sözlərinə görə, bəyannamənin müddəaları qəbul edilərkən Ermənistanda o vaxtkı siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib. Baş nazir artıq dərk etdiyi reallığı xalqa çatdırır, işarə edir ki, Ermənistanın təcrid vəziyyətindən çıxmaq, layihələrə qoşulmaq, can verən iqtisadiyyatını dirçəltmək üçün yeganə yolu Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə razılıq vermək, kommunikasiyaları açmaqdır. Bu həm də sərhədlərin demarkasiya və delimitasiyası prosesinin sürətlənməsi deməkdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Nikol Paşinyan dəfələrlə Tavuş istiqamətində demarkasiya edilən sərhəd xəttini ən təhlükəsiz ərazi adlandırıb. Artıq digər ərazilərin də dəqiqləşdirilməsi Ermənistan üçün daha vacibdir. Bununla yanaşı, hökumət başçısı etiraf edib ki, Azərbaycanın bir sıra əraziləri də demarkasiya və delimitasiya yolu ilə əsl sahiblərinə qaytarılacaq. Bu, rəsmi Bakının haqlı tələblərindən biri idi və artıq İrəvan reallığı dərk və qəbul edərək, ilk addımı atmaq üzrədir. Xatırladaq ki, Azərbaycanın dörd anklavı – Yuxarı Əskipara, Sofulu, Barxudarlı, bir də Naxçıvan tərəfdə Kərki kəndi hazırda Ermənistanın nəzarətindədir. Ermənistan tərəfi Kərkidəki 180 nəfər də daxil, ümumilikdə bu ərazilərdə 400 sakinin olduğunu deyir. Ötən onilliklərdə Başkənddə daimi məskunlaşma olmasa da, əhali örüş sahələri kimi istifadə edir. Nikol Paşinyan avqustun 21-də iki ölkənin bir-birinə ərazi qaytarma mümkünlüyündən danışıb. O, ərazilərin mübadiləsi variantını da istisna etməyib.

Xatırladaq ki, 1995-ci ildə qəbul edilən Ermənistan konstitusiyasında qeyd olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən müstəqillik bəyannaməsinin tələblərini yerinə yetirməkdir”. 12 bənddən ibarət olan müstəqillik bəyannaməsi isə Qarabağın Ermənistana “birləşməsini” – qondarma “miatsum” qərarının yerinə yetirilməsini özündə əks etdirir. Ermənistanın mövcud konstitusiyası Qarabağın işğalını dövlət qarşısında “vəzifə” olaraq müəyyənləşdirir. Paşinyan hakimiyyəti zaman-zaman mövcud konstitusiyanın sülh sazişinə mane olmadığını iddia etsə də, Azərbaycana qarşı ərazi iddiasının Ermənistanın ana qanununda yer aldığı müddətdə, müqaviləni imzalamaq regiona davamlı sülhü gətirməyəcək. Birincisi, mövcud hakimiyyətin gələcəkdə konstitusiyanı əsas götürərək, Azərbaycana qarşı ərazi iddiasını yenidən irəli sürməyəcəyinə heç kim zəmanət vermir; İkincisi, Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən sonra yeni qüvvələrin yenə konstitusiyaya istinadən Qarabağa iddia etməyəcəyinə heç kim zəmanət verə bilməz; Bu baxımdan, Azərbaycanın yekun sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi bu ölkənin daxili işlərinə qarışmaq yox, bölgədə davamlı sülhün əldə edilməsi məqsədi daşıyır.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əgər işğalçı dövlət vaxtında cəzalandırılsaydı…

Next

Birinci sinfə gedəcək uşaqların VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ! Necə adaptasiya ola bilərlər?

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv