Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Nikolayın evini müsəlmanların Allahı yıxdı, bəs indiki Rusiyanın?

By Vüsal Rafiqoğlu
29.08.2025 4 Min Read

Vurulan təyyarəmiz də, Moskvanın davranışları da, indi işğaldan azad torpaqlarımızda ayaqlarımız altında partlayan minalar da “qırmızı imperiyanın” cinayətlərinin əks-sədasıdır, davamı da olacaq…

Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsinin 8 ayı tamam oldu. AZAL-ın təyyarəsinin Qroznı üzərində vurulmasından sonra Aktauda qəzaya uğradığı 25 dekabrdan hesablayanda belə alınır… Uzun illər biz Rusiya imperiyasının tərkibində olmuşuq. SSRİ-nin bayrağı Kremlin üzərindən endiriləndən – 1991-ci ilin 25 dekabrından biz indi də Rusiya adlı dövlətlə qonşuyuq. Yevtuşenkonun həmin bayrağın endirilməsinə həsr edilmiş şeiri var, “Əlvida, qırmızı bayrağımız”, qarşınıza çıxsa oxuyun, təsirlidir…

1015238825_0_0_0_0_600x0_80_0_0_02c9b1dcc413e5a29904ee40c8c5ac46.jpg (37 KB)

Rusiya elə dövlətdir ki, ta bineyi-qədimdən ətrafı ilə dürüst dolanmayıb, ərazilərinə göz dikib, müharibə edib, gah qazanıb, gah məğlub olub. Bu, dünyanın bildiyi həqiqətdir. Biz də bilirdik, amma 2022-ci ilin fevralında Ukrayna ərazilərinə hücum ən əvvəl qonşuları üçün siqnal oldu. Məsələn, ən böyük sərhədi olan Finlandiya qaçıb NATO-ya sığındı. Rusiya təhlükəsinə görə bütün qonşuların NATO-ya üzv olması mümkün deyil, demək, başqa müdafiə sxemləri də seçilməlidir. “Kim necə bacarır elə müdafiə olunsun” deyilsə, vəziyyət çətin olacaq. Hər halda, bu istiqamətdə bəzi gəlişmələr var, Rusiya ətrafında yeni birlik axtarışlarını, müzakirələri Moskva da görür, əlbəttə, narahat da olur.

1-95.jpg (107 KB)

Rusiyanın “kökünü bir az qazısaq”, məsələn, monarxiya zamanı hakimiyyətə gələnlər əsasən qan qohumları olublar, hamısı da imperiyanı işığa doğru deyil, qaranlığa doğru çəkiblər. II Nikolay idarəçiliyində Rusiya dünyanın ərazi baxımından ən böyük imperiyası idi. Dünya xəritəsində böyük yer tutan bu imperiya 1917-ci ilə qədər hələ də… aqrar ölkə idi, təhkimçilik (yarıqul) qalırdı. İnanmaq çətindir, Rusiyanın qonşuluqlarında, Avropada “gül-bülbülü çağırdı” demək olmazdı, amma XX əsrə doğru təhkimçilik nədir?

Ölkə islahatlar tələb edirdi, II Nikolay isə dəyişikliklərdən qorxurdu. “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayılın “Nikolayın evini müsəlmanların Allahı yıxdı” məşhur deyiminin mən biləni, tarixlə ciddi əlaqəsi yoxdur. Amma “Nikolayın evini pıça-pıç yıxdı” deyənlərə haqq vermək olardı. Nikolay idarəçiliyindən narazılıq ərşə çıxsa da, çar bunları eşitməzdən gəlirdi. 4 il davam edən mənasız Birinci Dünya müharibəsi isə əsas “qəhrəmanları” – Almaniya, Avstriya-Macarıstan və Rusiya üçün əsl “geosiyasi fəlakət”ə çevrildi. Amma Nikolayın taxtı birinci devrildi. Rusiya bu müharibədə zəiflədi, 2 milyonadək əsgər itirdi, xalqın hakimiyyətlə bağları qırıldı, hətta generalitet də lazımi məqamda çarın arxasında deyil, xalqın yanında oldu.

2006_Putin_in_Tomsk_105014.jpg (292 KB)

Çardan yanıqlı olan bolşeviklərin qisası ağır oldu, Romanovlar sülaləsini qıra bildikləri qədər qətl etdilər. Sanki hər şey dəyişəcəkdi. Amma devrilmiş imperiyanın xarabalıqları üzərində yeni “xalqlar həbsxanası” yaradılması yeni tarixi cinayət səhifəsi oldu. Əcəba, Rusiyanın hələ də imperialist hisslərdən vaz keçə bilməməsi bolşevik babalarının genetikasındanmı gəlir? Lavrov oxumuş adamdır, dünyanın hər yerini “gəzib-tozub”, amma dövlətinin düşdüyü ağır vəziyyəti demirəm, axirət haqda düşünərkən SSRİ-nin xiffətini çəkmək nə demək?

Rusiya çarlığının dağıdılması təkcə qisasçı və terrorçu bolşeviklərin (onu dəstəkləyənlərin) xidməti deyildi. Qərbdən, imperiyanın daima təhdid və basqınlarına məruz qalan xüsusilə Almaniya, Avstriya-Macarıstan, yenicə müharibədə uduzmuş Türkiyə, eləcə də Fransa və İngiltərə rus inqilabçılarına ən fəal dəstəyi verirdilər. Əgər deyilənlər doğrudursa, guya Lenin 1917-ci il fevral inqilabından bir neçə gün əvvəl yaxın ətrafına “təəssüf ki, biz çarın devrilməsini görməyə bilərik” deyibmiş. Lenin Nikolayın devrilməsindən sonra yaranmış müvəqqəti hökumətin əlinə keçməmək üçün Razliv gölü ətrafında gizlənəndə Finlandiya onu “qara qaşına görə” xilas etməmişdi. Lenin “xalqlara azadlıq” şüarı ilə Qərbin maddi dəstəyini qazanmaq üçün istifadə etmiş, bolşeviklər partiyasını həm maddi, həm təcrübə baxımından gücləndirmişdi. Ona görə əqidədaşları ilə daha bir şər imperiyası, xalqlar həbsxanasını yaratdılar.

Son vaxtlar prezident Putin tez-tez deyir ki, “Qərb Rusiyanı aldadıb, hətta atıb”. Lenin “böyük kombinator”, cəsarətli lider olub, amma şübhəsiz ki, o da imperiyanın sonrakı taleyi ilə bağlı vədlərində səmimi olmamış, müttəfiqlərini “atmışdı”. Ona Fanni Kaplanın (sonradan əslində yəhudi əsilli Feyqon Roytblat olduğu təsdiqləndi) sui-qəsd etməsinin sirləri hələ də tam açılmayıb, amma zəhərli güllənin səbəbini Leninin daxili və xarici müttəfiqlərini aldatması ilə izah edənlər də vardı.

1d4b391805d5c7f05f4f38dca48dc73d.jpg (40 KB)

Qurucu lider Məhəmməd Əmin Rəsulzadənin imperiyanın dağılmasından ruhlanaraq dediyi milyonları birləşdirəcək “İnsanlara hürriyyət, millətlərə azadlıq!” arzuları cəmi 23 ay sonra yeni bir imperiyanın qanlı pəncələri altında əzildi.

Azərbaycan SSRİ dağılandan sonra imperialistlərin yaratdığı erməni muxtariyyətinin – DQMV-nin 35 il bəlasını çəkdi, Ukrayna hələ ağır müharibə aparır, Gürcüstan da torpaqlarını itirib. Daha içərilərə getsən, Krım tatarlarının, Məsxəti türklərinin, daha neçə-neçə azsaylı xalqların faciəsi imperiyanın varisi SSRİ-nin qanlı tarixidir.

9cc6684476a9a25172b37ede77344794.jpg (103 KB)

Hələ də yaşananlar o imperiyanın basdırdıqları minalardır – Qarabağ da, Krım da, Abxaziya da, Donbas da, Dnestryanı da… Vurulan təyyarəmiz də, Rusiyanın davranışları da, indi işğaldan azad torpaqlarımızda ayaqlarımız altında partlayan minalar da o “qırmızı imperiyanın” cinayətlərinin əks-sədasıdır, hətta davamıdır…

 

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ukrayna Macarıstana nota verdi

Next

Qurbanov Qurbanov: Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqibdir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv