Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İki nüvə dövləti savaşdı, Azərbaycan ziyan çəkdi

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

Ekspertlərdən fərqli fikirlər: “Siyasi və hərbi hadisələr turizmə yönəlik təhlükəsizlik narahatlıqlarını artırır, bu da turist sayının azalmasına səbəb olur”

Son dövrlər beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən Hindistan-Pakistan müharibəsi, eləcə də Rusiyanın Azərbaycana qarşı atdığı addımlar Azərbaycana gələn xarici turistlərin sayına təsir edib. 

Bu barədə yazan FED.az saytında bildirilir ki, 2025-ci ilin ilk altı aylıq nəticələrinə görə, xaricdən Azərbaycana turizm məqsədilə 842 min nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər və ya təqribən 1% azdır. Azalmanın səbəbi Rusiya və Hindistandan gələn turistlərin sayındakı geriləmədir.

Yanvar-iyun aylarında Rusiyadan Azərbaycana turizm məqsədilə cəmi 240 min nəfər gəlib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 56 min nəfər və ya 19% azalmadır. Hindistandan gələnlərin sayı isə 12 min nəfər və ya 9% azalaraq 105 min nəfərə düşüb.

Hindistandan gələn turistlərin azalmasının səbəbi Hindistan-Pakistan savaşında Azərbaycanın Pakistanı dəstəkləməsi olub. Buna cavab olaraq bəzi Hindistan turizm şirkətləri Azərbaycana səyahətləri ləğv edib.

Yeri gəlmişkən, Pakistandan Azərbaycana turistlərin sayı 2% artaraq 28 min nəfərdən 29 min nəfərə yüksəlib.

Doğurdanmı, siyasi olaylar ölkəmizə turistlərin axınının azalmasına səbəb olub?

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

Vüsalə Əhmədova 

Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova mövzu ilə bağlı bunları deyib: “Təhlükəsizlik məsələləri, siyasi və iqtisadi sabitlik, müsbət ölkə imici turistlərin axını üçün kritik ünsürlərdir. Siyasi hadisələrin təsirlərini hətta bir neçə başlıq altında ümumiləşdirə bilərik. Ölkədəki təhlükəsizliyə dair turistlərdə formalaşmış düşüncə, gediləcək ölkə ilə olan diplomatik və ya dostluq əlaqələri, o cümlədən, iqtisadi və siyasi istiqrar mühüm faktorlardır. Terror hücumları, müharibələr, çevriliş cəhdləri və ya vətəndaş iğtişaşları turistlərdə təbii olaraq təhlükəsizliyə dair narahatlıq doğurur. Məsələn, 2011-ci ildə ”Ərəb baharı”ndan sonra yaranan siyasi qeyri-sabitlik və terror hücumları Misir, Liviya və Tunis kimi ölkələrdə turist sayında əhəmiyyətli dərəcədə azalmaya səbəb olmuşdu. 30 illik işğal müddətində bəzi AB ölkələrində belə bir düşüncə var idi ki, sanki Azərbaycanın hər bölgəsində, hətta Bakı şəhərində müharibə vəziyyətidir və təhlükəlidir.

2015-ci ildə Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında diplomatik böhran yaşandı. Rusiya Türkiyəyə çarter uçuşlarını və turpaketləri ləğv etdi. Nəticədə 2016-cı ildə Türkiyəyə gedən rus turistlərin sayı 76% azaldı”.

Mütəxəssis qeyd edir ki, uzun müddət davam edən iqtisadi və siyasi qeyri-sabitlik yaşayan ölkələrdə, məsələn, Əfqanıstan və Suriyada turizm sektoru, demək olar ki, inkişaf etməyib. Əksinə, İsveç və İsveçrə kimi iqtisadi və siyasi cəhətdən sabit və neytral ölkələrdə turizm sektoru daha cəlbedicidir. Yunanıstanda 2008-ci ildə baş verən iqtisadi və siyasi böhran zamanı yaşanan etiraz aksiyaları və sosial iğtişaşlar turizmə mənfi təsir göstərdi.

Ümumilikdə siyasi hadisələr ölkənin “təhlükəli” və ya “təhlükəsiz” olması barədə müəyyən imic formalaşdırır”. 

Turizm üzrə mütəxəssis Ceyhun Aşurov da deyir ki, regionda baş verən siyasi və hərbi gərginliklər – xüsusilə Rusiya-Ukrayna, Hindistan-Pakistan və İran-İsrail arasındakı münaqişələr – turistlərin səyahət planlarına birbaşa təsir göstərib. Onun sözlərinə görə, təhlükəsizliklə bağlı narahatlıq yaranan kimi insanlar ilk növbədə səyahətlərini ya ləğv edir, ya da daha sabit və təhlükəsiz bölgələrə üz tuturlar.

Aşurov qeyd edir ki, xüsusilə İran və İsraildən Azərbaycana gələn turistlərin sayı son vaxtlar artım göstərirdi. 2024-cü ildə Azərbaycana İrandan 210 min, İsraildən isə 29 min nəfər gəlmişdi və bu, əvvəlki illərlə müqayisədə müsbət dinamika nümayiş etdirirdi. Lakin bölgədəki gərginliklərə görə turistlərin sayı azaldı.

Xüsusilə İran istiqamətində daha böyük artım gözlənilirdi. İyunun 15-dən etibarən Tehran və Təbriz şəhərlərindən Bakıya birbaşa uçuşların bərpası planlaşdırılmışdı. Həftə ərzində 6-7 reysin həyata keçirilməsi nəzərdə tutulurdu ki, bu da İrandan gələn turist axınına müsbət təsir etməliydi. Lakin İsrail-İran savaşı bu proqnozlara ciddi şəkildə mənfi təsir göstərdi”.

İqtisadçı Natiq Cəfərli isə mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Rusiyadan gələn turistlərin sayının azalması təbiidir: “Rusiyanın bir çox şəhərlərindən Azərbaycana aviareyslər ləğv olunub. Təxminən bir il – ilyarım bundan qabaq Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 27-28 reys həyata keçirilirdi. Hazırda isə Şimali Qafqaza, Minvodı, Mahaçqala və digər istiqamətlər üzrə reyslərin sayı xeyli azaldılıb, bəziləri isə ümumiyyətlə ləğv olunub. Bu da Rusiya səmasının təhlükəsiz hesab edilməməsi ilə bağlıdır. Buna görə də, turist axınında azalma müşahidə olunur, amma bu, kəskin deyil və münasibətlərin gərginləşməsnini turizmə ağır zərbə vurmasını deməyə əsas vermir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nəsiminin məzarını köçürmək istəyənlər “nəbz yoxlaması” aparır – Sensasion iddia

Next

Ölkədə əhali artımı – nə Avropa, nə Afrika…

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv