Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İşğalın başqa adı olmur – 105 il öncə rus bolşeviklər Bakıya zirehli qatarla giriblər

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

Rusiya prezidenti Vladimir Putinin “proletariatın dahi rəhbəri” Lenini qınaması, daha dəqiqi, sitəm etməsi ilk dəfə deyil.

O bunu bu ilin fevralında amerikalı jurnalist Taker Karlsona verdiyi 3-4 saatlıq müsahibədə də ifadə etmişdi.

Belə baxanda hiss olunur ki, Putin ürəyinin dərin qatlarında Leninə sevgi bəsləyir, çünki o, I dünya müharibəsində məğlub olmuş, Avropa və Asiya qitələrindəki müstəmləkələrinin çoxunu itirmiş Rusiya imperiyasının yerində daha böyük sovet imperiyası qurub, azadlığa can atan xalqları yenidən rus hegemoniyasının altına alıb.

Amma Putinin Leninə əsas iradı ondan ibarətdir ki, nədən əsarət altına almış xalqları Rusiyanın subyektlərinə çevirməyib, onlara, kağız üzərində olsa da, geniş muxtariyyat verib, Rusiya ilə bərabər status bəxş edərək, SSRİ adlanan qırmızı imperiyada birləşdirib və bu, sonradan həmin respublikaların hüquqi aktlarla Rusiyadan ayrılmasına səbəb olub.

Putin bunu Leninə, eləcə də sovet dönəminin ilk vaxtlarında millətlərin taleyini həll edən dövlət strukturuna rəhbərlik edən Stalinə bağışlaya bilmir.

Bununla yanaşı, Putində hər iki tarixi şəxsiyyətə, rus hegemoniyasını yeni güclə davam etdirdikləri, rus dövlətini dünyanın iki qüdrətli dövlətindən birinə çevirdikləri üçün rəğbət də var. Həm rəğbət, həm qınaq. Bu, bir adamın öz liderinə sadiq tərəfdar, mürid olduğu halda, onun hansısa qüsuruna görə başını bulaya-bulaya “gərək belə etməyəydi” deməsi kimi bir şeydir.

Ancaq necə olsa da, tarixi faktları danmaq, hətta adını yanlış biçimdə qoymaq mümkün deyil. İşğal işğaldır, xalqı əsarət altına almağın, ölkəni müstəmləkəyə çevirməyin, 70 il boyunca istismar etməyin, sümürməyin başqa adı yoxdur.

Bəzən ingilislər də deyirlər ki, Hindistana mədəniyyət, hüquqi sistem, demokratiya aparıblar, amma hindistanlıların onlardan can qurtarması üçün on minlərlə insanı qurban verdiklərinin üstündən keçirlər. Bir ölkəyə mədəniyyət aparmaq, onun inkişafına səbəb olmaq, həmin ölkənin sərvətlərini on illərlə yağmalamağa, talamağa, insanlarını qırıb-çatmağa əsas vermir.

Ona qalsa, fransızlar hələ də Əlcəzair, Tunis və Mərakeş (eləcə də onlarla Afrika ölkəsinin) xalqlarını özlərinə borclu sayır, bu ölkələri itaətdə saxlamaq üçün yüz minlərlə adamı qırğına verdiklərini dilə gətirmirlər.

qirmiz.jpg (202 KB)

Rusiya bolşevikləri 1920-ci ilin 27 aprelində zirehli qatarla Yalama stansiyasını keçib, burada onlara müqavimət göstərən milli ordu hissələrini qətlə yetirib, Bakını işğal ediblər. Daha sonra onlar bu qanlı işğal kampaniyasını Gəncədə Qarabağda, Lənkəranda da həyata keçiriblər. Bu zaman onlara qarşı çıxan minlərlə adam güllələnib. Xüsusilə də Gəncədə qan su yerinə axıdılıb. Əsir götürülən müqavimətçilər çox ləngidilmədən gülləboran edilib, ailələri, uşaqları min bir zülmə məruz qoyulub.

Yerli bolşeviklərin öz gücünə qalsaydı, onlar Rəsulzadənin başçılıq etdiyi milli hökumətə qalib gələ bilməzdilər. ADR hökuməti onların milli parlamentdə təmsil olunmasına şərait yaradıb, fəaliyyətlərini yasaqlamayıb, yerli bolşeviklər isə bundan sui-istifadə ediblər. Ruhulla Axundov, Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Həmid Sultanov, Qəzənfər Musabəyov kimi bolşeviklər parlamentdə son dərəcə həyasızlıq ediblər, milli hökuməti gözdən salmaq, devirmək üçün yüz oyun çıxarıblar. Sonda onlar buna yalnız Yalama stansiyasını keçən 11-ci qırmızı ordunun və hərbi-dəniz naziri, satqın Çingiz İldırımın hərbi toplardan hökumət binasını nişan aldığı barədə hökumətə ultimatum verməsinin sayəsində nail olublar.

Daha işğal necə olur? Rusiya rəsmiləri və təbliğatçıları “Azərbaycan 1920-ci ildə Rusiya bolşevikləri tərəfindən işğal olunub” sözündən niyə cırnayırlar? Bu, tarixi gerçəkliyin bir cümlə ilə təsbitidir.

Belə olandan sonra Moskva tərəfindən inqilab komitəsinin rəhbəri təyin edilmiş Nəriman Nərimanovun işğalçı ordunun komandanı Yefremovu ordenlə təltif etməsi də məsələnin məğzini dəyişmir.

satq.jpg (94 KB)

1920-33 illərdə Azərbaycana rəhbərlik edən şəxslər

Bu, işğal deyilmi ki, 1920-ci ildən 1933-cü ilə qədər Azərbaycanda ölkəni idarə edən şəxslərin cəmi ikisi azərbaycanlı olub və onlar vəzifə başında daha az qalıblar. Əvəzində Azərbaycana ermənilər, gürcülər, ruslar, yəhudilər rəhbərlik edib. Həm də bu, o demək deyil ki, digər dözlət vəzifələrində azərbaycanlılar olub. Elə olmayıb. Yadellilər Bakını diricə öz inhisarlarına götürüb, bütün sahələrdə birinci şəxslər olublar, yerli bolşeviklər isə onların əlinin altında işləyiblər.

Bu tendensiya hətta hökmlü Mircəfər Bağırovun Azərbaycana rəhbər təyin edilməsindən sonra da davam edib. Sadəcə, Bağırov Moskvadan icazə alaraq yerli bolşeviklərə də vəzifə verib. Onun ən parlaq xidməti isə 1920-ci ildə milli hökuməti devirənlərin, demək olar ki, hamısını repressiya etdirməsi olub. Bu da ona görə baş verib ki, özlərini “Lenin qvardiyası”nın əsgərləri sayan yerli bolşeviklər Bağırov və Beriyanın Azərbaycan Demokratik Respublikasının məmurları olduqlarını biliblər. Həmin şəxslərin həm buna görə, həm də Stalinə qarşı olmaları üzündən məhv edilməsi vacib olub.

Bu hadisələrin təfərrüatını tarixçilər çox yaxşı bilirlər və saatlarla danışa bilərlər. Uzun söhbətdir.

Biz isə qısaca onu deyək ki, Rusiya siyasilərinin və təbliğatçılarının “rus işğalı” ifadəsinə qarşı çıxmaları onların beynində mürtəce planların olmasından xəbər verir. Onlar 105 il öncəki hərbi təcavüzü işğal hesab etmirlərsə, demək, nəzərləri hələ də Qafqazdadır və heç cür buradan rədd olub getmək istəmirlər.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı

Next

2026-cı ildən pensiyalarda bu qədər ARTIM OLACAQ

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv