Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“İlk dəfə Bakı–Ağdam yoluna 1992-ci ildə çıxmışdım…” – hərbi müxbir Riçardas Lapaitisdən Ağdam qatarı barədə ağladan yazı

By Vüsal Rafiqoğlu
31.08.2025 2 Min Read

Birinci Qarabağ müharibəsinin şahidi, həmin dövrdə hərbi reportyor kimi bölgədə fəaliyyət göstərmiş, Azərbaycanın yaxın dostu Riçardas Lapaitis Bakı–Ağdam dəmir yolunun 32 ildən sonra yenidən fəaliyyətə başlaması ilə bağlı çox təsirli bir yazı paylaşıb.

Musavat.com bildirir ki, o, illər öncə dağıdılmış relslərə baxaraq qurduğu arzuların bu gün gerçəyə çevrildiyini qeyd edib. Lapaitis bu xəbəri təkcə özü üçün deyil, bütün Azərbaycan xalqı üçün xüsusi hadisə adlandırıb.

***

Bir vaxtlar Bakı–Ağdam dəmir yolu haqqında yazmışdım. O sözlər çoxdan çəkdiyim ikinci şəkil barədə idi. Budur, həmin paylaşımımda yazdıqlarım:

WhatsApp Image 2025-08-31 at 21.56.25.jpeg (118 KB)

“Bu, Ağdam dəmir yoludur… Mən onu illərlə belə görmüşəm – keçmiş cəbhəyanı zonadakı qaçqın düşərgələrində işləyərkən. Ona baxa-baxa xəyal qurmaqdan, bir gün başqa, gözəl olacağına inanmaqdan heç vaxt vaz keçmədim… Arzulayırdım ki, yeni relslər çəkilsin və onların üzərindən müasir bir qatar keçsin! Və o qatarda insanlar oturub isti çay içsinlər. Pəncərədən baxıb qatarın işıqlı şüşəsindən dəyişən mənzərələri seyr etsinlər.

Hər dəfə sürücü mənə deyirdi: tez ol! Nə edirsən o köhnə relslərin üstündə? Orada yalnız palçıqlı gölməçələr və iti daşlar var… Həm də qum kisələri ki, güllələr keçməsin… Sürücü həmişə tələsirdi və eyni sözləri təkrar edirdi. Amma bilirsinizmi, əgər insan xəyal qurmasa, deməli, yavaş-yavaş ölür, necə ki, bir çiçək susuz və işıqsız ölər…”

Və budur, çox yaxınlarda öyrəndim ki, düz 32 ildən sonra mənim xəyalını qurduğum, doğma kimi darıxdığım o qatar həqiqətən də Ağdama yola düşüb!!! Və həmin qatar, relslər, insanlar, sevinc, işıq, fərəh və qürur – hamısı elə o ağır günlərdə təsəvvür etdiyim kimi idi, Ağdam hələ işğal altında olarkən.

İnam möcüzələri sevir! İlk dəfə Bakı–Ağdam yoluna hələ uzaq 1992-ci ildə çıxmışdım. Cəmi 371 kilometri bəzən 9, bəzən də daha çox saata qət etməli olurduq. Mən hərbi müxbir idim, işğaldan üç gün əvvəl hələ də Ağdamda idim! Mənim ən qara günüm – Xocalı faciəsi də bu dəmir yolu ilə bağlıdır.

“O zaman azərbaycanlı əsgərlər mənə yaxınlaşaraq soruşurdular: Hara gedirsən? Həmişə avtomat çiyinlərində olurdu. Mən isə sakitcə cavab verirdim: müharibəyə gedirəm… Qarabağa gedirəm, hələ Aqdama qədər yolum var…” Bilirsinizmi, belə ağır vaxtda belə heç vaxt əşyalarımı yoxlamadılar. Sadəcə deyirdilər: uğurlar! Vəssalam. Budur, insanı yarım sözdən anlamaq!

Ona görə bu xəbər mənim üçün də, hər bir azərbaycanlı üçün də çox özəldir! Bu yola ehtiram göstərin! O, xüsusi bir yoldur! Məncə, onun ruhu var!

Ümid edirəm, bir gün mənim də bəxtim gətirəcək və mən o yeni, müasir qatarda oturacağam. Pəncərədən baxaraq öz ən dərin arzularımı görəcəyəm. Mənim hələ çox xəyalım qalıb!

Sizi təbrik edirəm! Bu, çox xüsusi bir hadisədir!

WhatsApp Image 2025-08-31 at 21.55.39.jpeg (309 KB)

 Hərbi müxbir Riçardas Lapaitis

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?

Next

Misir hakimiyyəti Britaniya səfirliyini mühafizəsiz qoydu

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv