Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Görüşmədilər, amma…

By Vüsal Rafiqoğlu
02.09.2025 4 Min Read

Biz istənilən dövlətlə konfliktlərə psixoloji cəhətdən hazır olmalıyıq, hətta bəzən əhəmiyyət vermədən, gündəlik həyatımızın axarını pozmadan yaşamağa da alışmalıyıq

Çində Rusiya dövlət başçısının və Azərbaycan Prezidentinin ikitərəfli danışıqları olacağı barədə iddialar əvvəl gündən bir az şişirdilmiş kimi görünürdü. Çünki ötən ilin dekabrından başlamış dövlətlərarası gərginliyi yoluna qoymaq o sammit çərçivəsinə sığacaq iş deyildi.

Tiencin sammitində hər iki tərəf – həm Putin, həm Əliyev müxtəlif görüşlər keçirdilər – bu diplomatik dildə işçi təmaslar idi, belə tədbirlərdə bundan ötəsi mümkün də deyil. ŞƏT-in özünün xüsusi proqramı vardı, bura, tutaq ki, xüsusi bəyanat imzalamaq və ya bağlı qapılar arxasında saatlarla davam edən ikitərəfli görüşlər üçün nə uyğun məkan idi, nə də, necə deyərlər, bunun sırası.

d0785b968f12306b3d0927bca5787a18_2976599.jpg (158 KB)

Dekabrdan ötən müddətdə iki lider arasında iki, ya da üç dəfə telefon danışıqları olub, amma hansısa tədbirdə birgə iştirakçı olmamışdılar. Elə o səbəbdən də ŞƏT sammitində iki liderin mümkün təmasları gündəmi zəbt etmişdi. Görüşmədilər. Yəqin ki, hakimiyyətdə olduqları müddətdə ilk dəfə idi ki, iştirakçı olduqları birgə tədbirdə ünsiyyətsiz keçindilər. Bunu dünya da gördü. Düşmən sevindi, dostlar məyus oldu. Məyus olmaq üçün səbəblər tapmaq asandır, sevinmək üçün isə yox. Bunları keçək, siyasət sentimentallığı sevmir…

be415cea7c3607dd73f4926d86c6a9e5_8061512.jpg (177 KB)

Azərbaycan rəsmiləri nə sammitdən əvvəl, nə tədbir zamanı bu barədə heç bir açıqlama vermədilər. Rusiya rəsmiləri, konkret desək, Putinin köməkçisi Uşakov və mətbuat katibi Peskov bu mövzuda verilmiş çoxsaylı sualları Azərbaycanın həssaslığını nəzərə alaraq cavablandırdılar. Bu şəxslər Putinin orada bir neçə dəqiqə sonra kiminlə görüşəcəyini ən azı 24 saat əvvəldən bilirlər. Putinin iş otağına girişi olan bu iki şəxsin mümkün görüşlə bağlı sayğılı açıqlamalarından uzaqgedən nəticələr çıxarmağa da ehtiyac yoxdur. Amma “niyə Çində görüş olmadı” sualı ətrafında versiyalar irəli sürən yerli təhlilçilər üçün bu açıqlamalar da ipucu ola bilər.

Screenshot_1.png (1.16 MB)

6bbd2898-d224-3646-a2d2-45c2f034dea9_825.jpg (102 KB)

Putin Çinə gəlməzdən əvvəl Təhlükəsizlik Şurasının (TŞ) iclasını keçirmişdi, orada da bəzi MDB ölkələri ilə bağlı məsələlərin müzakirə ediləcəyini anons etmişdi. Putin Ukrayna müharibəsi daxil kritik qərarların kollektiv müzakirəsinə meyllidir, ya da cəmiyyətdə belə rəy yaradılmasında maraqlıdır. Konkret Azərbaycanla bağlı siyasətdə ona TŞ üzvləri hansı məsləhətlər verə bilərdilər – bunu “yerdə qulağın olsan da” öyrənmək çətindir. Amma belə görünür ki, Rusiya Azərbaycanla xeyli irəliləmiş gərginliklə bağlı indilikdə qərar verməkdə çətinlik çəkir. “İndilikdə” Rusiyanın daha ağır problemləri var – Tramp Ukrayna danışıqları ilə bağlı Moskvanın qərarını gözləyir, sanksiyalarla hədələyir, Avropa Birliyi yeni anti-Rusiya planlar qurur, cəbhədə vəziyyət Rusiyanın istədiyi kimi getmir və sairə. Ona görə mümkündür ki, Moskva Azərbaycanla bağlı özünün yaratdığı problemi “müharibə vəziyyəti və ya fövqəladə gərgin” kimi dəyərləndirmir, sıx gündəmə görə də “ikinci plana” keçirməyə məcbur olur.

scale_1200 (1).jpg (179 KB)

Azərbaycanın AZAL təyyarəsi ilə bağlı Rusiyadan tələbləri bəllidir. “Top” yəni çoxdan Rusiya tərəfdədir. Rusiya son 8 ayda Azərbaycanla münasibətdə ciddi “qan itirdiyinin” fərqindədir, bu davam da edir. Amma Azərbaycanla bağlı problemi Solovyov kimilərinin “Bakını xüsusi əməliyyatla ram etmək” kimi sayıqlamalarına qulaq verib, gözardı edə bilməzlər.

Azərbaycanla münasibətlər Moskva üçün önəmlidir. Putin bu münasibətlərlə bağlı yəqin o vaxt danışacaq ki, Azərbaycanla bağlı konkret qərarlar verəcək. Məsələn, Kremlin jurnalist-bloggeri Zarubinə də müsahibə verəcək və orada elan edəcək ki, Prezident Əliyevlə bu məsələdə danışıb (və ya görüşüb), anlaşdı, filan qərarlar verildi.

pRmChetSfL3zGaYLR5Zhk96fWWlUOjJ8.jpg (503 KB)

Qarşıdakı ay Düşənbədə MDB-nin sammitidir. O sammitdə bu problemi ikitərəfli, hətta saatlarla müzakirə etmək, qərarlar vermək də olar.

Bu mövzunu media olaraq təqib etmək lazımdır, çünki AZAL təyyarəsinin vurulması Azərbaycanın həm də qürur, dövlət olaraq imici məsələsidir. Prezident Əliyev bu mövzuda nə lazımdırsa deyir, hətta məncə, bir az da sərt deyir. Sözümün “mustafası” budur ki, cəmiyyəti hələ nə qədər davam edə biləcəyi bu mövzunun basqısı altında saxlamağa gərək yoxdur. Rusiya bizim qonşumuzdur, yüz minlərlə azərbaycanlı o ölkədə yaşayır, işləyir. Rusiyanın sarsaq politoloqları, bu münasibətlərin daima gərgin qalmasını istəyən şübhəli reputasiyalı xeyli adamlar var. Onlar dinc durmayacaqlar, əlbəttə, cavablarını da vermək lazımdır. Amma bu gərginliyi cəmiyyətə sanki dünyanın axırıymış kimi təqdim etmək, hətta “belə davam etsə, ölkələr arasında müharibə olacaq” kimi gerçək olmayan iddialarla qorxutmağa gərək yoxdur.

Bəli, Azərbaycan 30 il əvvəlki ölkə deyil. Ona görə biz istənilən dövlətlə bu cür konfliktlərə psixoloji cəhətdən hazır olmalıyıq, hətta bəzən əhəmiyyət vermədən, gündəlik həyatımızın axarını pozmadan yaşamağa da alışmalıyıq. Güclü dövlətdə yaşamaq belə olur…

 

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib – VİDEO

Next

Almaniyada seçkiqabağı AfD-nin altı namizədi ölüb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv