Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“3 sentyabr tarixi sadəcə sıradan bir gün deyildi, bu, Böyük Lideri…”

By Vüsal Rafiqoğlu
03.09.2025 3 Min Read

“3 sentyabr 1991-ci il Azərbaycanın müasir dövlətçilik tarixində əlamətdar bir gündür. Bu tarix xalqımızın müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri kimi yadda qalıb. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev Ali Məclisin sədri seçildi”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

SABİNA SON.jpeg (247 KB)

Deputat xatırladıb ki, 1991-ci ilin 3 sentyabr tarixi sadəcə sıradan bir gün deyildi:

“Bu, 70 ildən artıq müddət ərzində müstəqillik arzusunda yaşayan xalqımızın özündə böyük güc taparaq Böyük Lideri ilə yeni bir mübarizəyə başladığı gün idi. Həmin gün dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Xalqın itməkdə olan ümidləri dirçəldi, gələcəyə inamı daha da gücləndi. Ulu Öndərin Ali Məclisin Sədri kimi fəaliyyəti yalnız Naxçıvanda deyil, bütün Azərbaycan üzrə ölkəmizin gələcəyinə inamı artırdı. Azərbaycanın digər bölgələrində yaşayan insanlar böyük dövlət xadiminə teleqramlar, məktublar göndərərək, qarşılaşdıqları çətinliklərin və bəlaların Onun uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını bildirirdilər. Bu proses göstərdi ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi”.

S.Salmanova vurğulayıb ki, Azərbaycan xalq əmin idi ki, ölkəni ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu Heydər Əliyevin rəhbərliyinə qayıdışıdır:

“Xalqımızın istəyi ilə Ulu Öndər Naxçıvandan Bakıya dəvət olundu və qısa müddət ərzində Azərbaycan demokratik prinsiplərə sadiq bir dövlət kimi sürətlə inkişaf etməyə başladı. Ölkəmiz beynəlxalq aləmdə tanındı və dünya birliyinə inteqrasiya yolunda böyük nailiyyətlər qazandı”.

Parlamentari söyləyib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin həm Ali Məclisin Sədri olduğu, həm də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyəti dövrü ölkədə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə yadda qalıb:

“Çətin və mürəkkəb dövrdə Ulu Öndərin yorulmaz mübarizəsi yeni bir epoxanın başlanğıcı oldu. Bu epoxa Azərbaycanın xilası, inkişafı və tərəqqisi epoxasıdır. Milli birliyimizi qorumaq, dövlətçiliyə sədaqətlə xidmət etmək və gələcək nəsillərə uğurlu örnək göstərmək hər birimizin vəzifəsidir.

Beləliklə, 3 sentyabr həm də xalqımızın böyük lideri Heydər Əliyevin uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqillik yolunda qazandığı tarixi nailiyyətlərin rəmzidir. Bu gün biz Ulu Öndərin ideyalarını yaşatmaqla, dövlətimizi daha da güclü, müstəqil və firavan bir ölkə kimi inkişaf etdirmək üçün bir daha əzmlə çalışmalıyıq”.

S.Salmanova bildirib ki, bu gün Ulu Öndərin başlatdığı uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Ölkəmiz həm milli maraqların qorunması, həm də dövlətçiliyin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli uğurlar əldə edib. Eyni zamanda iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi və strateji islahatlar ölkəmizi dayanıqlı və perspektivli bir dövlətə çevirib. Prezidentin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənir, ölkəmizin səsi və nüfuzu dünya arenasında yüksək qiymətləndirilir. Eyni zamanda, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə sadiqliyi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Bu siyasət yalnız indiki nəsillərə deyil, gələcək nəsillərə də örnəkdir və Ulu Öndərin ideyalarının yaşadılmasının təminatıdır. Azərbaycanın firavan və müstəqil gələcəyi, həmçinin torpaqlarımızın azadlığı, iqtisadi uğurlar və güclü dövlət quruculuğu Prezident tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir. Bu proses göstərir ki, xalqımızın əldə etdiyi nailiyyətlər möhkəm təməl üzərində qurulub və gələcəkdə də daha böyük inkişaf üçün zəmin yaradıb”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

3 aylıq körpəsini ağladığına görə öldürdü

Next

Ev heyvanları ilə bağlı cərimələr və qadağalar – nəyi bilməlisiniz?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv