Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakıda kirayə evlər niyə qəhətə çıxıb? – Dəllallar danışdı

By Vüsal Rafiqoğlu
03.09.2025 2 Min Read

Yeni tədris ilinin başlaması Bakıda kirayə mənzil bazarına ciddi təsir göstərib. Azərbaycanın müxtəlif bölgə və kəndlərindən paytaxta üz tutan tələbələr, eləcə də iş dalınca gələn insanlar mənzillərə tələbatı kəskin artırıb. Nəticədə ev qıtlığı yaranıb, qiymətlər isə son aylarda sürətlə bahalaşmaqdadır.

Artan tələbat səbəbindən münasib qiymətə, normal şəraitli mənzil tapmaq olduqca çətinləşib. Tələbələrin bir hissəsi bir neçə nəfər birləşərək eyni evdə qalmağa məcbur olur, digərləri isə yataqxanalara və tanış yanında sığınmaqla vəziyyəti yüngülləşdirir.

Musavat.com-un əməkdaşı paytaxtda bir neçə kirayə məntəqəsinə baş çəkərək maklerlərlə söhbətləşib.

Onların sözlərinə görə, telefon zəngləri sentyabrın əvvəlindən bəri kəskin artıb, evlər isə bir-iki günə sahibini tapır.

Dəllallardan biri vəziyyətin əsas səbəbini yeni tikililərin azlığı ilə izah edir:

“Əsas tikinti işləri hazırda Qarabağda aparılır. Paytaxtda yeni binalar gec hazır olur, hazır olanların da təmiri uzun çəkir. Bu səbəbdən bazara kifayət qədər yeni mənzil çıxmır. Ona görə də tələbə və işləməyə gələn insanlar münasib ev tapa bilmir”.

ac18957f-a847-451c-9494-c65a068ef230.jpeg (166 KB)

Onun sözlərinə görə, son üç ayda qiymətlər də sosial həyatda artan xərclərə paralel olaraq qalxıb:

“1 otaqlı mənzillər 350-400-450 manata verilir. Köhnə binadan 3 otaqlı evi 600 manata tapmaq mümkündür. Yeni tikililərdə isə 700-800 manata ev kirayələmək olar. Qiymət həm evin şəraitindən, həm də yerləşdiyi ərazidən asılıdır. Tələbələr çox vaxt birləşərək 2 otaqlı ev tuturlar və adambaşına 200 manat ödəyirlər”.

Ən bahalı kirayə evlərin yeni tikililərdə olduğunu deyən “makler” əlavə edir ki, xüsusən də “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Gənclik” və “28 May” metrostansiyalarının yaxınlığında evlər daha yüksək qiymətə təklif olunur. Əksinə, “Həzi Aslanov” və Razin ərazilərində, həmçinin həyət evlərində daha münasib qiymətə ev tapmaq mümkündür.

Digər dəllal isə vurğulayır ki, qiymətlər əsasən evin metro və avtobus dayanacaqlarına yaxınlığından asılıdır:

“Tələbə düşünür ki, iki avtobus dəyişəcəyimə bir avtobus dəyişərəm. Ona görə də mərkəzə yaxın ərazilərdə qiymətlər yüksək olur. Yeni tikililərdə 500 manatdan aşağı ev yoxdur. 9 mərtəbəli binalarda nisbətən ucuz olur. 350-400 manata köhnə binadan ev tapmaq mümkündür, amma onlar da ya təmirsiz, ya da əşya sarıdan kasad olur. Kondisioner, paltaryuyan kimi avadanlıqların olması qiymətə birbaşa təsir edir”.

7a5b8cffd0e61bd58a4aa9e7ba72d190.jpeg (353 KB)

Dəllalların sözlərinə görə, ev qıtlığını yaradan səbəblərdən biri də tələbəlik müddəti başa çatan gənclərin rayonlara qayıtmaması, Bakıda qalaraq işləməsidir. Bu amil də mənzil bazarında əlavə təzyiq yaradır.

“Əslində ev var, amma münasib qiymətə və normal şəraitdə tapmaq çox çətindir. Çünki Azərbaycanın yarısı Bakıda yaşayır. Həyət evlərinə isə çox adam üstünlük vermir. Halbuki NZS və Razində elə evlər tapmaq mümkündür ki, 100 manata da kirayələnə bilər”, – deyə həmsöhbətimiz bildirir.

Hazırkı vəziyyət göstərir ki, payız aylarında kirayə bazarında rəqabət daha da güclənəcək. Tələbələr və gənclər münasib ev tapmaq üçün qapı-qapı gəzməyə məcbur olacaqlar.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yeməklərdə tez-tez istifadə olunan bu ədviyyat zərərliymiş

Next

Ölkədaxili sərnişin daşımaları 20 % artıbFOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv