Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vasif Talıbovun mobil telefonunu “kəsmək” qərarı

By Vüsal Rafiqoğlu
03.09.2025 3 Min Read

Naxçıvan üçün ayrıca mobil operator nə məqsədlə yaradılmışdı, indi niyə bağlanır?

b“Naxtel” abunəçilərinə 2025-ci il oktyabrın 1-dən dekabrın 1-dək ölkədə fəaliyyət göstərən digər mobil operatorlarla (“Azercell”, “Bakcell”, “Nar”) əlaqə saxlamaları, mövcud nömrələrini saxlamaq və mobil rabitə xidmətlərindən istifadəni davam etdirmək tövsiyə olunur.

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlayıb. “Naxtel” Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. “Naxtel” mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edib. “Naxtel” Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış 10 milyon kredit hesabına yaradılıb. “Naxtel”i müasir və keyfiyyətli avadanlıqlarla Çin Xalq Respublikasının “Huawei” şirkəti təmin edib. “Naxtel”ə uzun illər Kamil Yusifov rəhbərlik edib.

2023-ci ilin yayından isə bu vəzifəyə Rəşad Namazov təyin olunub. Rəşad Namazov sözügedən vəzifəyə təyin olunana qədər “Araztech” MMC-yə rəhbərlik edib. Bəzi bilgilərə görə, Ali Məclisin o vaxtkı sədri Vasif Talıbovun razılığı və ya xeyir-duası olmadan Naxçıvanda bu cür şirkət yaratmaq mümkünsüz iş idi. Mediada bu bağlılığı təsdiq edən xəbərlər yoxdur, amma Ali Məclis sədrinin mobil operatoru da himayə edə biləcəyi haqda çoxsaylı faktlar var. Bəllidir ki, Talıbov Naxçıvanda qapalı rejim yaratmağa çalışıb, illərlə Bakıdan heç bir şirkətin muxtar respublikada hətta filialını, nümayəndəliyini yaratmağa imkan verməyib. Belə görünür ki, “Naxtel” də digər mobil operatorların Naxçıvana girişini yasaqlamaq üçün yaradılıb.

Bəs bu qərar Naxçıvan əhalisi-abonentləri üçün hansısa problemlər meydana gətirə bilərmi? Yoxsa elə bağlanması lazım idi? Regional mobil operatorlara ehtiyac varmı? 

Natiq Cəfərli atasını itirdi — Yenilənib

 Natiq Cəfərli 

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, “Naxtel”in fəaliyyətinin dayandırılması qərarı şirkətin əsil sahibi, onun arxasında dayanan şəxslərlə bağlıdır: “Ümumiyyətlə, Azərbaycanda mobil operatorlar bazarı çox dardır. Yəni faktiki olaraq regional operatorlar yoxdur. Bütün respublikanı əhatə mobil operatorların sayı isə cəmi üçdür. Mobil operatorların sayı az olduğu üçün də bazarda öz qiymətlərini və şərtlərini diktə etmək imkanlarına malikdirlər. Biz istehlakçı və vətəndaş kimi çox istərdik ki, Azərbaycanda üç yox, məsələn 8-9 mobil operator fəaliyyət göstərsin və bizim seçim imkanlarımız artsın. Mobil operatorlar arasında rəqabət də bu zaman güclü olar və bu da işin faydasına olardı. Amma təəssüf ki, hazırda belə deyil. Belə görünür ki, Naxçıvanda “Naxtel”in yerinə yerli yeni operatorun fəaliyyət göstərəcəyi nəzərdə tutulmur. Ən azından yayılan açıqlamada bu barədə deyilmir”.

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb” |  Modern.az

Aydın Quliyev

Əslən Naxçıvandan olan siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki,  Naxçıvanda illər öncə regional mobil rabitə şirkətinin yaradılması anormal qərar idi: “Ona görə ki, Azərbaycan kimi böyük ərazisi olmayan  ölkədə ümumrespublika əhəmiyyətli mobil rabitə operatorlarının fəaliyyəti kifayət edir. Çünki onlar ölkəni tam şəkildə əhatə edə bilirlər. Ona görə də hansısa ayrıca bölgədə mobil operatora ehtiyac qalmır. Hansısa bölgədə mobil operatorun yaradılması anormaldır. Naxçıvanda indiyə qədər “Naxtel” adında ayrıca bir mobil operatorun fəaliyyət göstərməsi də təbii ki, normal deyildi. Bunun hansı dövrdə yaradıldığı bizə bəllidir. O zaman yaradılırdı ki, Naxçıvanda az qala Xarici İşlər Nazirliyi də yaratmaq istəyirdilər ki, bu da unitar, müstəqil Azərbaycan dövlətçiliyi prinsipi baxımından olduqca yolverilməz idi. Naxçıvan Muxtar Respublikasının əlahiddə bir dövlət qurumu olduğunu nümayişkaranə şəkildə göstərmək o zaman kimlərinsə marağında idi. Bunun ifadə formalarından biri kimi də ayrılıqda mobil operator şirkətini də təsis etmişdilər. Bir anlığa fərz edək ki, təkcə Naxçıvanda yox, Azərbaycanın digər bölgələrində də əgər regional mobil operatorların təsis edilməsi reallaşsa, onda ölkədə nə baş verə bilər? Xaos kimi bir vəziyyət yaranar. Azərbaycan ərazisi nəhəng bir ölkə deyil ki, regional mobil rabitə operatorlarına zərurət olsun. Bütün ölkəni əhatə eləyən mobil operatorların praktikası və çoxluğu daha doğru olar. Ona görə də Naxçıvan Muxtar Respublikasını əhatə edən regional “Naxtel” mobil operator şirkətinin fəaliyyətinin dayandırılması düzgün qərardır. Bu, bir zamanlar verilmiş yanlış bir qərarın ortadan qaldırılmasıdır”.

A.Quliyev vurğuladı ki, Naxçıvanda “Naxtel”in abonentləri bu qərardan sonra heç bir çətinlik çəkməyəcəklər: “Çünki nömrələr saxlanmaq şərtilə onlar bütün Azərbaycanı əhatə edən mobil operatorlara qoşulacaqlar. Bu qoşulma texniki bir məsələdir və bir neçə saniyə ərzində həll ediləcək məsələdir. Buna görə də Naxçıvan camaatının heç bir panikaya düşməsinə, narahat olmasına lüzum yoxdur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda 38 dərəcə isti olacaq – PROQNOZ

Next

Azərbaycan Prezidenti Pekində İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradı izləyib

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv