Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Avropa əhalisi qocalır – Azərbaycanın çıxarmalı olduğu dərs

By Vüsal Rafiqoğlu
04.09.2025 4 Min Read

Sosioloq: “Bu, əslində bizim üçün SOS siqnalıdır”

“Avropada doğum səviyyəsi artmasa, qitə demoqrafik böhranla üzləşəcək”.  Bu barədə amerikalı sahibkar və milyarder İlon Mask X sosial şəbəkəsində xəbərdarlıq edib.

Mask senator Mayk Linin Şotlandiya üzrə statistik məlumatlarına belə reaksiya verib: “Bu ilin yanvar-iyul aylarında ölkədə 26,3 min insan doğulub, 35,2 min nəfər ölüb. Əgər doğum səviyyəsi heç olmasa əhalinin yenilənməsi səviyyəsinə qayıtmasa, Avropa məhv olacaq”.

Bəs Azərbaycanda demoqrafik durum, ölüm-doğum nisbəti necədir, genofondumuza təhlükə varmı? Əhalinin azalmaması üçün ailədə ən azı neçə uşaq olmalıdır? Avropadakı təhlükə bizi də gözləyə bilərmi? Belə çıxır ki, əhali artımı əslində heç güzərana da birbaşa bağlı deyil?    

Qeyd edək ki, hazırda dünyanın üzləşdiyi əsas problemlərdən biri də demoqrafiya göstəriciləri ilə bağlıdır. Son illər bir sıra ölkələrdə əhalinin artım tempinin aşağı düşdüyü müşahidə olunur. Məsələn, 2023-cü il ərzində ABŞ əhalisinin artım tempi 0,53 faiz təşkil edib ki, bu da dünya sürətinin demək olar ki, yarısıdır. 2020-ci illər ABŞ tarixində əhalinin artımı baxımından ən yavaş dövr ola bilər. Artım 10 il ərzində 4 faizdən azdır. Əvvəllər ABŞ-də əhalinin ən yavaş artımı 1930-cu illərin Böyük Depressiyasından sonra qeydə alınıb, o zaman artım tempi 7,3 faiz təşkil edib.

Eləcə də son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşüb, əhali sayının azalması müşahidə olunur.

Azərbaycana gəldikdə isə məlumdur ki, 2018-ci ildə ölkə əhalisinin sayı 10 milyonu ötüb. Hazırda isə bu göstərici 10 milyon 200 min nəfərdir. Doğrudur, son illər Azərbaycan əhalisinin sayında artım müşahidə olunsa da, demoqrafik artım tempi ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Mütəxəssislər bunu son vaxtlar ölkədə boşanmaların sayının artması, nikahların və yeni doğulan körpələrin sayının azalması ilə əlaqələndirir. Belə ki, rəsmi statistikaya əsasən bu ilin ilk 8 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınıb. Bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Eləcə də bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 45 min 616 doğulan körpə qeydə alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9-a düşüb.

Rusiyadakı bir sorğunun ilginc nəticəsi - Azərbaycanla düşmənçiliyə davam?

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a qeyd edib ki, ümumiyyətlə, demoqrafik məsələ dünyada ölkələri düşündürən əsas problemlərdən biridir: “Xüsusilə də Avropa ölkələrində əhalinin qocalması prosesi sürətlə gedir. Təbii artımda geriləmə müşahidə olunur və bu, xüsusən də Avropa dövlətləri üçün ciddi təhdidə çevrilib. Çünki ahılların sayı artır, yeni gənc nəsil isə kifayət qədər formalaşmır. Bu isə dövlətin maliyyə yükünü artırır, ümumi əhalinin keyfiyyət göstəricilərini aşağı salır və nəticədə ölkələr miqrant axınına, yəni mexaniki artıma ehtiyac duyurlar.

Avropada miqrasiya problemi də məhz buradan qaynaqlanır. Almaniya, Fransa, İngiltərə və digər ölkələrdə miqrant məsələsi ən ciddi problemlərdən birinə çevrilib. Çünki orada düşünürlər ki, miqrantlar yerli əhaliyə təsir göstərir, onların mədəniyyətinə və ən əsası genofond təhlükəsizliyinə zərbə vurur. Avropa dövlətlərinin öz dilləri ilə desək, “təmiz irq” anlayışı miqrantların hesabına dəyişir və bu, narahatlıq doğurur.

Əslində əhalinin artımında ləngimə və geriləmə təkcə Avropada deyil, dünyanın digər qitələrində də müşahidə olunur”.

Azərbaycana gəldikdə isə  sosioloq bildirir ki, dövlətin sosial xidmətlər haqqında proqramında qeyd olunub ki, son 22 ildə ölkə əhalisinin sayı təxminən 26,4 faiz artıb. Ancaq eyni dövrdə ahılların sayı 99,4 faiz yüksəlib: “Bu, əslində Azərbaycan üçün SOS siqnalıdır. Yəni ölkəmizdə demoqrafik artımda ləngimə müşahidə olunur və əhalinin qocalması ehtimalı yüksəlir. Statistikaya görə, əgər ahılların (65 yaşdan yuxarı) sayı ümumi əhalinin 8 faizindən çoxdursa, həmin ölkə “qocalmış əhali” kateqoriyasına daxil edilir. Hazırda Azərbaycanda bu göstərici təxminən 11 faizdir.

Doğum və ölüm nisbətinə nəzər salsaq, son illərdə doğum səviyyəsinin aşağı düşdüyünü görürük. İl ərzində orta hesabla 73 min abort qeydə alınır ki, bu da birbaşa təbii artıma mənfi təsir göstərir. Eyni zamanda nikahların sayında da azalma var. Məsələn, 2024-cü ilin statistikası göstərir ki, ölkədə 49 500 nikah bağlanıb. Ötən illərlə müqayisədə bu, ciddi eniş deməkdir. Son 5 ildə ümumi əhali sayı 38 min nəfər azalıb ki, bu da olduqca ciddi rəqəmdir və təbii artımda ləngiməni təsdiqləyir.

Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan hələ də təbii artıma görə ön sıradadır. Lakin 30-40 il əvvəlki göstəricilərlə müqayisədə aydın olur ki, ölkədə demoqrafik artım əvvəlki dinamikanı saxlamır, əksinə, geriləmə var”.

Üzeyir Şəfiyev bunun əsas səbəblərini açıqlayb: “İlk növbədə ailə planlaşdırılmasında insanların düşüncə tərzinin dəyişməsi rol oynayır. Əvvəllər çoxuşaqlı ailələr üstünlük təşkil edirdisə, indi bir və ya iki uşaqla kifayətlənmək meyli güclənib. Ən yaxşı halda ailələr üç uşaq dünyaya gətirməyi planlaşdırır. Bununla yanaşı, regionlardan paytaxta miqrasiya da təbii artıma mənfi təsir göstərir. Çünki təbii artım ən çox regionlarda yüksək olurdu. Əhali regionlardan Bakıya köçdükcə bölgələrdə də demoqrafik vəziyyət dəyişir.

Bütün bunların qarşısını almaq üçün düşünürəm ki, regionlara qayıdışı stimullaşdırmaq, bölgələrdə iş və sosial şərait yaratmaq lazımdır. Ümumiyyətlə, insanların mədəni və təhsil səviyyəsi artdıqca, çoxuşaqlı ailə modeli arxa plana keçir. Valideynlər az uşağı daha keyfiyyətli böyütmək, yaxşı təhsil vermək, karyera və mənzillə təmin etmək barədə düşünürlər.

Digər tərəfdən, Azərbaycanda uşaqpulu sistemi 2006-cı ildən dayandırılıb. Hazırda ünvanlı sosial yardım mövcuddur, lakin bu, bütün uşaqları əhatə etmir. Ona görə də çoxuşaqlı ailələri təşviq edən əlavə sosial dəstək mexanizmlərinə ehtiyac var. Əgər hökumət demoqrafik artımın ləngiməsini ciddi təhlükə hesab edərsə, əlavə stimullaşdırıcı addımlar ata bilər.

Məsələn, Türkiyədə 2025-ci ildən demoqrafik artımı dəstəkləmək üçün müxtəlif mexanizmlər nəzərdə tutulub. Gənc ailələrə güzəştli mənzil kreditlərinin verilməsi, regionlarda məşğulluq imkanlarının artırılması, torpaq sahələrinin ayrılması, məşğulluq marafonlarının təşkili və digər addımlar buna misaldır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan-ŞƏT əlaqələri: Qlobal əməkdaşlıqda etibarlı tərəfdaş

Next

MəhkəmədənABŞ texnologiya nəhənginə daha bir zərbə: Bu dəfə 425,7 milyon dollar…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv