Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bəzi nazirlik və qurumların ləğvinə çağırış – qənaət, yoxsa…

By Vüsal Rafiqoğlu
04.09.2025 3 Min Read

Büdcəyə yük olan dövlət strukturlarının birləşdirilməsi təklif olunur; islahatlar bu orqanlara da çata bilər – ekspertlərdən rəy

Son günlər bəzi dövlət qurumlarının və komitələrin ləğv edilməsi ilə bağlı müzakirələr gündəmdədir. Deputat Fazil Mustafa Demokrat.az-a bildirib ki, bir sıra qurumlardan, ali məktəblərdən tutmuş dövlət orqanları, publik hüquqi şəxslərə qədər bəzilərinin niyə mövcud olduğunu məntiqi cəhətdən izah etmək çətindir.

“Hər halda, dövlət qurumları məsələyə effektiv fəaliyyət baxımından yanaşmalıdır. Məntiqli izah verilməlidir, başqa ölkələrdə müqayisədə faydalı tərəfləri nədir, bu araşdırılmalıdır. Bu məsələ ətrafında, məncə, ciddi müzakirələr aparılmalıdır. Büdcə vəsaitinin daha az sərf olunması və daha effektli idarəetmə modeli üzərində düşünülməlidir”.

Tahir Rzayev: Bosniya və Herseqovina beynəlxalq tədbirlərdə Azərbaycanın  haqlı mövqeyini dəstəkləyib - AZƏRTAC

Tahir Rzayev 

Deputat Tahir Rzayev isə həmkarının fikirləri ilə razılaşmayıb. O qeyd edib ki, insanlar çox vaxt fikir söyləyəndə reallıqları, günün tələblərini nəzərə almırlar: “Deyirlər, filan qurum ləğv olunmalıdır, filan komitəyə ehtiyac yoxdur. Ancaq bütün bunlar araşdırılır. Vaxtı gələndə əgər hansısa agentlik və ya komitə öz fəaliyyətini düzgün qura bilmirsə, yaxud əhəmiyyətini itiribsə, onun birləşdirilməsi və ya ləğvi həyata keçirilir. Nazirliklərdən ayrı fəaliyyət göstərən qurumların ləğv edilməsi doğru deyil. Bəzən deyirlər ki, icra hakimiyyətləri ləğv olunsun, onların səlahiyyətləri bələdiyyələrə verilsin. Amma sual yaranır: bələdiyyələr bu funksiyaları icra edə bilərmi? Bilirsiniz, fikir söyləmək asandır, amma onun arxasında həll və yol göstərmək dayanmalıdır. Bəs bu qurumlarda çalışan insanlar? Bir tərəfdən deyirlər, iş yerləri açılmalıdır, digər tərəfdən isə qurumların ləğvi təklif olunur. O zaman bu insanların taleyi necə olacaq? Onlar harada işləməlidirlər?”

Qeyd edək ki, bir neçə il əvvəl bir sıra qurumlar ləğv edildi, struktur birləşməsi aparıldı. Son olaraq vergi xidməti İqtisadiyyat Nazirliyinə verilib. Ancaq yenə də təkliflər səslənir ki, gömrük və digər sahələr də bir qurumda birləşdirilsin. Bu da büdcə xərclərinə qənaət cəhətdən vacibdir. Dövlət qurumlarının ləğv olunması birmənalı şəkildə büdcə kəsirinin aradan qaldırılmasına yardım edə bilər. Eyni zamanda bu, korrupsiyaya qarşı mübarizənin də gücləndirilməsinə şərait yaradacaq.

Natiq Cəfərli atasını itirdi — Yenilənib

Natiq Cəfərli

Real Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli də bu günlərdə bu məsələyə diqqət çəkib. O, icra hakimiyyətləri institutunun ləğv edilməsinin tərəfdarıdır.

Ümumiyyətlə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

 Xalid Kərimli

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda dövlət sektoru böyükdür. Onun fikrincə, bunun bir neçə səbəbi var: “Səbəblərdən biri dövlətin həddən artıq güclü olması, hər şeyə müdaxilə etməsi, hər şeyi tənzimləməsi ilə bağlı düşüncədir. Bu, müstəqillikdən öncəki zamandan, yəni SSRİ dövründən qalma ənənədir. Hesab edirəm ki, bu, tamamilə səhv yanaşmadır. Dövlət kiçilməlidir, tənzimləmələr azaldılmalıdır. Dövlətin rolu məhdudlaşdırılmalıdır. Bu, özəl sektora həvalə edilməlidir. Dövlət klassik funksiyalarına yönəlməlidir. Digər yanaşmaya görə, qurumların çoxluğu məşğulluq üçün faydalıdır, lakin nəticə qeyri-effektivdir. Hətta bəzi dövlət agentlikləri əmək bazarında özəl sektorla rəqabət aparır, işçiləri “oğurlayır”. Yəni publik hüquqi şəxs olan agentliklər istədikləri əməkhaqqını tələb edə bilirlər. Publik hüquqi şəxslər əsasən monopolistlərdir. Əməkhaqları neft gəlirlərinin daxil olduğu büdcə hesabına ödənir. Bu da nəticə etibarilə qeyri-effektiv nəticə verir. Əmək bazarının strukturuna baxsaq, hər zaman dövlət qurumlarında işləyən işçilərin sayı ümumi faiz nisbətində 50 faizdən çox olub. Hazırda isə bu rəqəm 49,5-dir. Bazar iqtisadiyyatı, mülkiyyətin 80 faizi özəldir kimi məsələlərdən danışdığımız zamanda iş yerləri  dövlət və özəl sektor arasında demək olar ki, bərabər bölünüb. Bu, həm özəl sektorun zəif inkişaf etdiyini, həm də dövlət sektorunun mənasız böyük olduğunu göstərir”.

İqtisadçı hesab edir ki, dövlət sektorunun kiçilməsi işsizlik problemi yarada bilər, amma dövlət effektiv işsizlik proqramları həyata keçirməklə, uzunmüddətli müavinətlər verməklə mənfi təsirləri azalda bilər: “İnsanları görüntü üçün məşğul olmağa cəlb etmək həm onların potensialının inkişaf etməsinə imkan vermir, həm əmək bazarında yalançı tarazlıq yaradır, eyni zamanda dövlət büdcəsinin resurslarının davamlı sərf olunmasına gətirib çıxarır. Son illərdə yaradılan qurumların əməkdaşları cəmiyyət üçün ciddi fayda yaratmırlar. Neft və qaz hasilatı azaldıqca gəlirlər də azalacaq, odur ki, dövlət indidən qeyri-neft iqtisadiyyatına hazırlaşmalıdır. Özəl sektor inkişaf etməlidir, dövlət sektorunun böyük olması buna mane olur. Odur ki, əsaslı islahatlar həyata keçirilməlidir. Bizim məmurlar islahat sözünü mənasızdan uzaq formada təkrar edirlər. Mən son 10 ildə iqtisadiyyat sahəsində əhəmiyyətli islahat müşahidə etməmişəm”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ABŞ məhkəməsi Təhsil Nazirliyinin Harvardla bağlı qərarını ləğv etdi

Next

Kreml Bakı-İrəvan barışığına qarşı

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv