Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Kişilərə qarşı zorakılıq niyə artır? – Ekspertdən ilginc açıqlamalar

By Vüsal Rafiqoğlu
04.09.2025 3 Min Read

Məlum olduğu kimi İsmayıllıda ailə münaqişəsi qanlı sonluqla nəticələnib. Rayon sakini Samir Ağarzayev (soyadı şərtidir) həyat yoldaşı ilə telefon üstündə mübahisə edib. Söz-söhbət davaya çevrilib və Samir arvadına şillə vurub. Evdən çıxmaq istəyərkən həyat yoldaşı Gülnar mətbəx bıçağını götürərək ərinin kürəyinə zərbə endirib. Ağır yaralanan Samir bıçağı özü çıxarıb və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Cinayət işi açılıb, lakin məhkəmədə zərərin ödənilməsi və tərəflərin barışması səbəbindən işə xitam verilib.

Bu təkcə bir fakt deyil. Son ayda ölkədə qadınların ərlərinə qarşı zorakılıq hallarının çoxalması müşahidə olunur. Nizami rayonunda yaşayan Aynur Həsənova (soyadı şərtidir) qısqanclıq zəminində ərini bıçaqlayıb. Qadın ərinə döş qəfəsi, qarın, boyun və ayaq nahiyələrindən cəmi 9 bıçaq zərbəsi vurub. Bakı Ağır Cinayətlər Məhkəməsi onun iki azyaşlı övladının olmasını nəzərə alaraq cəzanı yüngülləşdirib. Həsənova 11 il 3 ay azadlıqdan məhrum edilib.

Bir neçə gün öncə Bakıda qeydə alınan digər hadisədə qadının ərini kabellə döyməsi və başına tava ilə zərbə endirməsi barədə məlumat yayılıb.

Avqustun 5-də Xəzər rayonu, Türkan qəsəbəsində isə 39 yaşlı Nərgiz Quliyeva həyat yoldaşı, 46 yaşlı Natiqi münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən saxlanılıb.

Bəs niyə qadınların kişilərə qarşı aqressiyası artır?

Son illərdə təkcə Azərbaycanda deyil, bütün dünyada kişilərə qarşı məişət zorakılığı artan xətt üzrə davam edir. BMT-nin araşdırmalarına görə, artıq ailədaxili münaqişələrdə qurban rolunda kişilərin payı nəzərəçarpacaq dərəcədə çoxalıb.

Məlumata görə, ABŞ-da hər 15 qadına qarşı döyülmə faktına 8 kişi düşür. Qadınların mübahisə zamanı bıçağa əl atma ehtimalı kişilərlə müqayisədə 2,5 dəfə çoxdur.
Rusiyada və ABŞ-da həyat yoldaşını öldürən hər 100 kişiyə qarşı 75 qadın qeydə alınıb.

Böyük Britaniyada keçirilən sorğuda qadınların 38 faizi, kişilərin isə 24 faizi partnyoruna fiziki zorakılıq göstərdiyini etiraf edib.

Keniyada 2,1 milyon kişi qadın zorakılığına məruz qaldığını bildirib.

Bir çox ölkələrdə – Türkiyə, ABŞ, Almaniya, Niderland və Kanadada – artıq kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir.

Sosioloqlar hesab edirlər ki, xüsusən pandemiyadan sonra sosial-iqtisadi gərginlik, işsizlik və psixoloji təzyiqlər ailədaxili münasibətlərdə aqressiyanı artırıb. Əvvəllər daha çox qadınların şiddət qurbanı olması müzakirə edilirdisə, indi kişilərin də zorakılığın hədəfinə çevrildiyi açıq şəkildə görünür.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:

“Sosioloq kimi son vaxtlar dəfərlərlə müsahibələr vermişəm ki, Azərbaycanda və digər ənənəvi cəmiyyətlərdə qadınlar kişilərlə qarşıdurmaya yönəlirlər. Bu, qadın hüquqları və gender bərabərliyi adı altında gedir. Dəfələrlə müşahidə etmişəm ki, bu proses aqressiv davranışlarla müşayiət olunur. Qərb güc mərkəzləri Azərbaycana bənzər ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün ailə institutunu hədəfə alırlar və ailə institutunu deqadasiya etmək üçün bu cür qarşıdurmaları körükləyirlər”.

Sosioloqun fikrincə, artıq qadınlarda kişilərə qarşı süni aqressiya yaradılıb:

“Nəticədə kişimərkəzli, ənənəvi cəmiyyətlərdə qadın-kişi münasibətləri pozulub və ailə münaqişələri artıb. Bu da boşanmalarda və ailədaxili problemlərdə özünü göstərir.
2025-ci ilin ilk 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 302 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanlardan 35-i kişi, 286-sı qadındır. Artıq bir çoxları kişilər üçün sığınacaqların yaradılmasından danışır. Halbuki bizim cəmiyyətimizdə bu xarakterik deyildi.

Əslində cəmiyyətdə düşüncə transformasiyası gedir. Əvvəllər ənənəvi cəmiyyət var idi, qadınlar evdar idi, indi qadınlar məşğul əhaliyə çevrilirlər. Qadınlar məşğul olduqca kişilərdən iqtisadi asılılıqları azalır və qadınlar köhnə qayda ilə yaşamaq istəmirlər, kişilər də qadınları köhnə qayda ilə idarə edə bilmir.

Nəticədə kişilər qadınların sərbəst liberal yanaşmasını artıq qəbul edə bilmir və bu fonda gərginlik artır, bəzən qarşılıqlı aqressiyaya gətirib çıxarır. Bu da göstərir ki, ailəni qorumaq üçün kişilər daha çox fədakarlıq etməlidirlər, əvvəllər bu rol qadınların üzərinə düşürdü.

Cəmiyyətin qınağı da azalıb. İnsanlar indi ictimai qınaqdan qorxmurlar, daha eqosentrik tərzə meyillidirlər. Bu baxımdan belə bir vəziyyət yaranıb.

Hesab edirəm ki, bu problemin qarşısını almaq üçün münaqişəli ailələr qeydiyyata alınmalı, onlarla psixoloji və sosial iş aparılmalı, ənənəvi ailə dəyərləri qorunmalı, ağsaqqal və ağbirçəklərin institutları bərpa olunmalı, onların funksionallığı əvvəlki kimi təmin edilməlidir”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA: “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”

Next

Tələbə kreditləri bu şəxslərə VERİLMƏYƏCƏK – RƏSMİ

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv