Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?

By Vüsal Rafiqoğlu
05.09.2025 3 Min Read

“Torpaq mənim deyil, mənim xalqımındır”

O gün sosial şəbəkədə qarşıma bir video çıxdı. Ərəb dilində danışan biri yana-yana və dönə-dönə Fələstinlə yanaşı 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin (1876 – 1909) adını çəkdi. Bu, məni xeyli düşündürdü. Yaddaşımın dərinliyində itib-batmış bu məsələni yenidən xatırladım. Dəqiqlik üçün II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqəni araşdırmağa qərar verdim.

Sirr deyil ki, İsrailə münasibətdə Türkiyə ilə Azərbaycan (eləcə də Qazaxıstan və Özbəkistan) arasında ziddiyyət var. Və bu ziddiyyətin kökündə dayanan amillərdən biri də bu araşdırmanın nəticəsindən qaynaqlanır. Yəni çağdaş Türkiyə Osmanlı imperiyasının varisidir. Ona görə də Fələstin məsələsini xüsusilə ağrılı qarşılayır. Və bunun kökündə tarix dayanır…

Bəs II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqə konkret olaraq nədən ibarətdir? Türk tarixçisi Dr. Mim Kamal Oke-nin “ Sionizm və Fələstin Sorunu, 1880-1914” adlı əsəri var. O əsərdə bu sualın cavabı birmənalı şəkildə verilib. Mən sadəcə, o əsərin xülasəsini təqdim edirəm.

Əsərdən bəlli olur ki, 1896-1902-ci illər arasında sionistlərin lideri kimi tanınan doktor Teodor Herzl Osmanlı Sultanı II Əbdülhəmidi yəhudilərin Fələstində məskunlaşmasına razı salmaq üçün beş dəfə İstanbula səfər edib. Onun ilk səfəri 1896-cı ilin iyununda baş tutdu. Polşa zadəganı Qraf Filip de Nyulinskinin sultan Əbdülhəmidin Avropa casuslarından biri olduğunu eşidən Herzl onu sionist davasına cəlb etdi və onu özü ilə Osmanlı liderləri arasında vasitəçi olmağa razı saldı. Onlar birlikdə İstanbula səfər etdilər və Nyulinski sionistlər adına Sultana müraciət göndərərək, Herzlin Fələstinin qarşılığında Osmanlı hökumətinə 20 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirdi və bu vəsaitin Xilafətin xilasına böyük töhfə verəcəyini vurğuladı. Yəni 20 milyon funt sterlinqə hətta zəifləyin əldən düşmüş xilafəti belə xilas etmək mümkün idi…

Nyulinski sultanla danışıqlar apararkən, Herzl bu polyak zadəganının himayəsi ilə Osmanlının böyük vəziri Xəlil Rıfat paşa ilə görüşürdü və ona planını açıqladı. Lakin böyük vəzir bu təklifi qəbul etmək istəmədi. Sultan isə Nyulinski vasitəsilə Herzlə belə bir ismarış göndərdi: “Cənab Herzl sənin dostundursa, sən də mənim dostumsan, ona de ki, bu məsələdə irəliyə doğru bir addım da atmasın. Mən torpağın cüzi bir hissəsini belə satmaq istəmirəm, çünki bu ölkə mənə aid deyil. O, mənim xalqımındır. Mənim xalqım bu vətəni qanı ilə sulayıb… Mənim Suriya və Fələstin kontingentimin adamları döyüş meydanında şəhid olub, hamısı Plevvada şəhid olub. Mən Osmanlı dövlətinin heç bir yerindən imtina etmək istəmirəm. Qoy yəhudilər milyonlarını özlərinə saxlasınlar… Mən canlı bədəndə cərrahiyyə əməliyyatına icazə verə bilmərəm”.

Sultan yəhudilərin Osmanlı ərazilərinə köçməsinə və məskunlaşmasına qarşı deyildi, lakin yəhudilərin Fələstində cəmləşməsinə qarşı çıxırdı.

Osmanlının bu mövqeyini ölkənin Vaşinqtondakı səfiri Əli Ferruh bəy 24 aprel 1899-cu il tarixdə Amerika qəzetində belə dilə gətirmişdi: “Hökumətimizin ərəb ərazilərimizdən heç birini satmaq fikri yoxdur. Ciblərimizi milyonlarla qızılla doldursalar belə, qətiyyətimizdən heç vaxt geri dönə bilmərik”.
Osmanlı dövlət xadimlərindən bəziləri yəhudilərin Fələstini ələ keçirməsini bu ərazidə yəhudi dövlətinin qurulması yolunda ilk addım olacağını bilirdilər. Məsələn, Herzllə görüşən və bütün sionist konqresləri izləyən Berlindəki Osmanlı səfiri Tevfik Paşa İstanbula bildirdi ki, Herzlin əsas məqsədi müstəqil bir yəhudi dövləti qurmaqdır. Yəhudilər təkcə Fələstinlə kifayətlənməyəcək, qonşu ölkələrə yayılacaqlar (Tevfikin 17.8.1900-cü il göndərdiyi məktub). Osmanlılar hesab edirdilər ki, Fələstin 8 milyona yaxın olan bütün dünya yəhudilərini daxil etmək üçün çox kiçikdir və onlar Fələstindən sığınacaq kimi istifadə edəcəklər. Herzlin onlarla Fələstin, eyni zamanda Kipr adası və Sinay üzərində ingilislərlə danışıqlar aparması yəhudilərin son nəticədə Yəhudi imperiyası qurmaq niyyətində olduqlarını göstərirdi. Bu, sultan Əbdülhəmidin belə deməsinə səbəb oldu: “Sionistlərin lideri Herzl məni öz fikirləri ilə inandıra bilməz. Sionistlər Fələstində hökumət qurmaq və öz siyasi nümayəndələrini seçmək istəyirlər, onlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Mən onların tamahkar ambisiyalarından xəbərdaram və mənim onları qəbul edəcəyimi düşünməkdə sadəlövhlük edirlər. Onların (yəni yəhudilərin) Fələstindəki planlarına tamamilə qarşıyam”.

Buna görə də sultan sionistlərin Fələstinə immiqrasiyasının qadağan edilməsini əmr etdi. “Bundan başqa, o, “biz yəhudilərin Fələstində məskunlaşmasına icazə verməklə dindaşlarımızın ölüm hökmünü imzalamaq istəmirik”, dedi.

Tarixə o da məlumdur ki, 113-cü İslam xəlifəsi II Əbdülhəmid yəhudilərə və onların havadarlarına belə deyib: “Mən sağ ikən Fələstin torpağının İslam Xilafətindən kəsilərək ayrıldığını görməkdənsə, ürəyimə qılınc sancmağı üstün tuturam”.

Yəni bəlli dairələr 1896-cı ildən Fələstin torpaqlarını ələ keçirmək uğrunda fəaliyyət göstərirlər. O vaxtdan başlayan Fələstin davası indi də davam edir.

Elbəyi Həsənli. Sürix

https://caliphate.co.uk/2021/05/23/sultan-abdulhamid-theodor-herzl-and-palestine/

Elbəyi HƏSƏNLİ, SÜRİX
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bir trilyonluq NATO Putin qarşısında niyə əzikdir? – Alyansın ən böyük səhvi…

Next

Naxçıvanda ailə FACİƏSİ: Nənə hadisənin şokundan vəfat etdi – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv