Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Şəhidlər xiyabanında təkrarlanan BİABIRÇILIQ – Turistlərin rəqsi qəzəb yaratdı “…buraxılmasınlar”VİDEO

By Vüsal Rafiqoğlu
06.09.2025 4 Min Read

Tanınmış jurnalist və müharibə veteranı Roza Əliqızı bu gün Şəhidlər xiyabanında xaricilərin rəqs etməsinə etirazını bildirib.

Musavat.com-un xəbərinə görə, baş verənləri lentə alan jurnalist bildirib:

“Bu gün səhər Şəhidlər xiyabanında gördüklərim…Bir qrup turistin xiyabanda mahnı qoyub oynayarq şənlənməyi..Heyif ki, həyəcandan həmin anı çəkə bilməsəm də, qrup rəhbərinə sözümü deyə bildim”.

Qeyd edək ki, Şəhidlər xiyabanında ikinci belə hadisədir yaşanır.

Bir müddət öncə Bakıya turist kimi gələn üç ərəb vətəndaşının Şəhidlər xiyabanında yol verdiyi qeyri-etik davranış cəmiyyətdə ciddi qəzəb yaratmışdı. Hadisədən dərhal sonra həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, barələrində cinayət işi açılmışdı. Səbail Rayon Məhkəməsi tərəfindən onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ümumiyyətlə, tendensiya halını alan bu hadisələrlə bağlı hansı ciddi tədbirlər görülməlidir ki, belə hallar bir daha yaşanmasın. Şəhidlərimizin xatirəsi bu cür çirkin əməllərlə kirlənməsin.

Şəhidlər xiyabanı turistlərin üzünə qapadıla bilərmi?

aqil.jpg (72 KB)

Millət vəkili Aqil Abbas Musavat.com-a bildirib ki, turistlər bələdçi olmadan Şəhidlər xiyabanına buraxılmasın:

“Biz xiyabanın qapısını turistlərə bağlaya bilmərik. Ən yaxşı variant odur ki, turistlər bələdçi olmadan oraya buraxılmasın. Çünki xalqımızın tarixindən bixəbər olan turist xiyabanın nə qədər müqəddəs yer olduğunu bilməyəcək. Onlara nəzarət etmək və başa salmaq lazımdır”.

GULSEN.jpg (354 KB)

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun xanımı Gülşən Şadmanova saytımıza deyib ki, turistlərə müqəddəs yerlərdə davranış qaydaları izah olunmalıdır:

“Hər bir dövlətin istər dini inanclar, istərsə də vətənpərvərlik inanclarına yanaşması var. Mən Avstraliyanın Sidney şəhərində turist kimi gəzərkən bizi bir kilsəyə apardılar. Orada əvvəlcədən müəyyən qaydalar izah edildi: ayaqqabını dəyişmək, təmizliyə riayət etmək, təsbeh gətirməmək və s. Bizə bildirildi ki, həmin məkan dini ibadət yeridir, orada ayinlər keçirilir və buna hörmətlə yanaşmaq lazımdır.

Bəzi hissələrdə xüsusi nişanlar vardı – məsələn, qırmızı xəttdən o tərəfə yalnız din xadimləri buraxılırdı, turistlər isə buraxılmırdı. Biz də buna hörmətlə yanaşırdıq, şəkil çəkmək yalnız icazə verilən yerlərdə mümkün idi.

Türkiyədə də şəhid ailəsi olaraq ziyarətə aparıldığımız yerlərdə bizə xüsusi geyimlər verilirdi. Məsələn, Sultanahmet məscidinə girərkən müəyyən qaydalara əməl olunurdu. Çünki bu həm də bizim öz vətənpərvərlik inancımızdır. Bizim üçün Şəhidlər xiyabanı müqəddəs məkandır – orada vətən, torpaq uğrunda canını fəda etmiş oğullar uyuyur.

Əgər hər hansı bir ailəyə soruşsanız ki, turistlərin və ya vətəndaşların düşüncəsiz hərəkətləri xoşlarına gələrmi – əlbəttə, yox. Ona görə də mən sosial şəbəkədə də yazmışdım ki, belə yerlərin qarşısında mütləq bələdçilər olsun. Necə ki, muzeylərdə bələdçi məlumat verir, eləcə də xiyabanlarda bələdçilər həm tarixi faktları izah etsin, həm də davranış qaydalarını açıqlasın. Bunun üçün kiçik xəbərdarlıq kitabçaları hazırlanıb paylansa, çox yaxşı olar. Xarici ölkələrdə mənə belə kitabçalar verilmişdi – “nələr olar, nələr olmaz” açıq şəkildə göstərilirdi.

Ən yaxşısı odur ki, turistlər Şəhidlər xiyabanına bələdçisiz buraxılmasın. Bu, təkcə turistlərə deyil, Azərbaycan vətəndaşlarına da aiddir. Təəssüf ki, bəzən insanlar uyğun olmayan geyimdə ora daxil olurlar və şəhid ailələri buna etiraz edir. Halbuki, belə halların qarşısı öncədən alınmalıdır. Biz rəsmi tədbirə necə xüsusi geyimdə gediriksə, xiyabana da o cür hörmətlə getməliyik.

Çanaqqalada bizə bələdçilər çox geniş məlumatlar verdilər – müharibə faktları, döyüşçülərin həyatından nümunələr. Eyni şey bizdə də ola bilər: I Qarabağ müharibəsi, II Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri haqqında ətraflı məlumat verilsin, kitabçalar paylansın, hətta xatirə aksesuarları satışda olsun. Necə ki, Şəhidlər xiyabanına gedən yolda gül satanlar var, eləcə də Xarı bülbül, Şuşa simvolları və digər milli dəyərləri əks etdirən suvenir mağazaları açılsa, həm turistlər, həm də yerli ziyarətçilər üçün daha mənalı olar.

Belə təkliflər dəyərləndirilsə, həm ziyarətlər daha səmərəli olar, həm də şəhidlərimizin xatirəsinə daha böyük hörmət göstərilmiş olar”.

BALAS SON.jpg (166 KB)

Peşəkar bələdçi Balaş Maqsudbəyli saytımıza mövzunu şərh edib:

“Əslində bu məsələdə günahı turistin özündə axtarmaq düzgün deyil. Çünki bilən də, bilməyən də danışır. Halbuki, heç bir turist, heç bir qonaq özbaşına Bakı şəhərinə gəlmir. Onu mütləq hansısa bir şirkət qarşılayır.

Turist – istər ərəb olsun, istər ingilis, istər avstraliyalı – fərq etmir, qarşılandıqdan sonra ya öncədən, ya da e-mail vasitəsilə ona məlumat verilir ki, hara gedəcək, hansı qaydalar var. Bizim Şəhidlər xiyabanı sadəcə qəbiristanlıq deyil, həm də şəhərin panoramasına baxmaq üçün gözəl bir məkandır. Oradan keçən turistin davranışına görə günahı onun özündə yox, onu gətirən şirkətdə və bələdçidə axtarmaq lazımdır. Çünki hər bir turist üçün ayrıca bələdçi ayrılır. O bələdçi də izah etməlidir ki, Şəhidlər xiyabanı müqəddəs yerdir. Məscidlərə, kilsələrə necə hörmətlə gedilirsə, ora da elə. Şortiklə və ya uyğun olmayan geyimlə girmək olmaz.

Bunları demək şirkətin və bələdçinin borcudur. Turist bunu özü bilməz. Amma bəzi turizm şirkətləri məsuliyyətsiz yanaşır. Onlar sadəcə ərəb dilini bir az bilən və ya sadə ingiliscə danışa bilən adamı tapıb gündə 30-50 manata “bələdçi” kimi işlədirlər. Halbuki, normal bələdçi sertifikatlı, diplomlu, təcrübəli olmalıdır. Əgər insan vicdanlı deyilsə, vətənpərvər deyilsə, sadəcə pulunu almaq üçün aparırsa, təbii ki, turistə də düzgün izah etmir.

Bütün günah şirkətlərin və belə “yarımbələdçilərin” üzərindədir. Turistin heç bir günahı yoxdur. O, bura gəlir, qaydaları bilmir, bələdçi izah etmirsə, nə edə bilər ki? Gəncdir, bəlkə zarafat edib, bilməyib – amma bu, artıq şirkətin məsuliyyətidir”.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıdan rayona qonaq getmişdi, öldürüldü – Qayınatası tutuldu

Next

ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv