Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Tarixin ən böyük korrupsioner məmuru – o, bütün Avropa krallarından varlı olub

By Vüsal Rafiqoğlu
08.09.2025 4 Min Read

XVIII əsrdə Sin imperiyasının qazancı dünya ÜDM-sinin 30%-ə qədərini təşkil edib. Öz dövrünün ən zəngin ölkəsi sözün əsl mənasında hər şey istehsal edib və kənardan mallara ehtiyacı olmayıb. İmperator sarayı görünməmiş sərvətlə dolu olub. Nəticədə məmurlar hərislikdən daha çox vəsait əldə etmək istəyiblər. Odur ki, inkişafın kölgəsində yaranan korrupsiya möhtəşəm formada çiçəklənib.
Bununla belə, bir çox məşhurlar arasında adı Çində və bəlkə də dünyada korrupsiya ilə sinonimləşən bir şəxs olub. Bu, karyerası inanılmaz sürətlə yüksələn və müasirlərinin fikrincə, sərvəti dövlət xəzinəsindən çox olan nüfuzlu Sin məmuru Heşendir (1750-1799).

O, mancur zabitinin ailəsində anadan olub və erkən yaşında yetim qalıb. Kiçik qardaşı ilə birlikdə ögey anası tərəfindən çox incidilib. Müəyyən müddətdən sonra mancular üçün imtiyazlı məktəbə daxil olub, həm mancur, həm də Çin dillərini mükəmməl öyrənib. 1772-ci ildə isə imperator mühafizəçilərinin dəstəsinə seçilib və “qadağan olunmuş şəhər”in girişində dayanıb. Müasirləri Heşenin gözəl görünüşünü, hazırcavablığını və savadını qeyd ediblər. Bu keyfiyyətləri sayəsində o, tez bir zamanda imperator Aysin Qyoro Hon-linin diqqətini çəkməyi bacarıb.

qot-4.JPG (12 KB)

Heşenin karyera yüksəlişi o qədər sürətli olub ki, digər nüfuzlu şəxslər və imperatorun yaxın adamları arasında çaşqınlıq yaranıb. Hətta o, imperatorla məhəbbət macəralarında və cadugərlikdə ittiham edilib. Amma heç kim onu bu cür açıq şəkildə ittiham etməyə cəsarət göstərməyib.

İmperator sarayında işlədikdən bir il sonra Heşen 23 yaşında vergilər nazirinin müavini təyin edilib və imperator katibi vəzifəsinə yüksəlib. Adətən, yalnız ən təcrübəli məmurların daxil olduğu imperator sarayının idarəsində rəhbər vəzifəyə təyin edilib. Bu təyinatlar ona imperiyanın maliyyə və kadr qaydaları üzərində nəzarəti təmin edərək, onun mövqeyini xeyli gücləndirib.

1777-ci ildə, 27 yaşında, ona at belində “qadağan olunmuş şəhər”ə girmək hüququ verilib, bu imtiyaz yalnız sarayda sədaqətli xidməti ilə seçilən yaşlı məmurlara verilib.

Heşen 1784-cü ildə dövlət naziri, 1786-cı ildə isə birinci nazir təyin edilib. 1790-cı ildə Heşen öz mövqeyini möhkəmləndirmək üçün oğlu Fenşen İndeni imperatorun 10-cu sevimli qızı Hesyao ilə evləndirib və toy üçün şahzadəyə imperatorun digər qızları arasında ən böyük cehiz verilib. Bu hadisədən sonra Heşenin gücü sonsuz olub. Bu, xüsusilə monarxın sevimlisi ilə bağlı şikayətlərə məhəl qoymaması və tədricən dövlət işlərindən uzaqlaşaraq, onları tamamilə Heşenə həvalə etməsi fonunda daha da artıb.

qot-2.JPG (35 KB)

Heşen açıq şəkildə vəzifə və titul alveri edib, imperator və onun qohumları üçün nəzərdə tutulmuş hədiyyələri mənimsəyib, kəndli üsyanlarını yatırmaq və təbiət hadisələri zamanı əhaliyə kömək etmək üçün ayrılan vəsaitin bir hissəsini özündə saxlayıb.

Heşenin təsiri o qədər böyük olub ki, hətta 1796-cı ildə Hun Li taxtdan imtina etdikdən sonra da bütün vəzifələrini qoruyub saxlayıb. Ona görə də yeni imperator olacaq Aysin Qyoro Yun Yan atasının ölümünə qədər Heşenə dözmək məcburiyyətində qalıb. Lakin əvvəlki imperator Hun Li 1799-cu ildə vəfat edən kimi Heşen dərhal həbs olunub və onun bütün əmlakı müsadirə edilib.

O, 20 maddə ilə ittiham olunaraq, ən utancverici və ağrılı cəza növlərindən birinə məhhkum edilib. Onu uzun müddət ərzində bədənin kiçik hissələrinin kəsilməsi ilə edam etməyi düşünüblər. Lakin imperator müəyyən müddətdən sonra yumşaqlıq göstərib və cəzanı intiharla əvəz edib ki, bu da daha şərəfli sayılıb. Heşen 48 yaşında 22 fevral 1799-cu ildə imperatorun əmri ilə özünü asıb. Onun bütün əmlakı müsadirə edilib, rüşvətlə təyin etdiyi məmurlar vəzifələrindən uzaqlaşdırılıb.

qot-1.JPG (28 KB)

Müsadirə edilmiş əmlakın inventarına isə aşağıdakılar daxildir: malikanələr və mülklərdəki 3000 otaq, o cümlədən Pekindəki Qunvanfu sarayı, 32 km² torpaq sahəsi, 42 pul dəyişdiricisi, ümumi kapitalı 70 000 000 lyan olan 75 lombard. (1 lyan 37,301 qram xalis gümüşə bərabər olub).

Nağd pula gəlincə – 60.000 lyan zərli mis külçələr, 100 iri qızıl külçə (hər biri 1000 lyan), 56.600 orta gümüş külçə (hər biri 100 lyan), 9.000.000 kiçik gümüş külçə (hər biri 10 lyan), 26 kiloqram müxtəlif xarici pul, 1.500.000 mis sikkələr, 272 kiloqram ən yaxşı jenşen, 230 mirvari dənəsi (alça boyda mirvari), 10 kiçik ərik ölçüsündə mirvari, 10 böyük yaqut və 482 ədəd qızıl.

qot-5.JPG (16 KB)

Heşenin evində bütün mövsümlər üçün 7000 kostyum, 361 000 tunc əşya, 100 000 çini məmulat, qiymətli daşlarla bəzədilmiş 24 qızıl çarpayı, 460 Avropa saatı və əlavə olaraq 606 qul və 600 cariyə olub. Müxtəlif hesablamalara görə, bütün bunlar imperiyanın 8 illik, digərlərinə görə isə 10 illik gəliri ilə müqayisə olunan məbləğdə qiymətləndirilib.

Heşen adı Çin mədəniyyətində korrupsiyanın simvoluna çevrilib. Bugünkü dillə desək, onun sərvəti həqiqətən böyük olub. Tarixçilər hesab edir ki, XVIII əsrdə Sin imperiyasının dünyanın ən zəngin ölkəsi olmasını nəzərə alsaq, tarixin ən korrupsioner məmuru Heşen dünyanın zəngin adamlarından biri olub. Hətta onun sərvəti imperatorun özündən və ya hər hansı bir Avropa monarxından daha çox olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SOCAR-ın sabiq baş direktoruna hökm oxundu

Next

ARDNF-nin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv