Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qərbin küt baltası – Alyaskada Putinə “thanks” deyən Tramp artıq “sanks…” deyir

By Vüsal Rafiqoğlu
09.09.2025 3 Min Read

Avropa İttifaqının sanksiyalar məsələləri üzrə nümayəndəsi Devid O’Sallivanın başçılıq etdiyi nümayəndə heyəti dünən Vaşinqtonda ABŞ rəsmiləri ilə danışıqlar aparıb.

Danışıqların əsas məqsədi Rusiyaya qarşı sanksiyaların tətbiqi üzrə səyləri əlaqələndirməkdir. Nümayəndə heyəti Vaşinqtona ABŞ prezidenti Donald Trampın Rusiya əleyhinə sanksiyaların “ikinci mərhələsi”nə hazır olduğunu bəyan etməsindən sonra gəlib. Trampın sözü Aİ rəhbərliyi üçün siqnal olub.

Görünür, Trampın öz bəyanatlarında nə qədər dəyişkən olduğunu xatırlayan avropalılar onu dilindən tutmaq, fürsəti qaçırmamaq qərarına gəlib və bu üzdən Vaşinqtona tələsiblər. Çünki üstündən bir həftə keçsə, Tramp fikrini, sözünü dəyişə, “alternativ yollar” barədə düşünə bilərdi.

O’Sallivanın dünən və bu gün Vaşinqtonda keçirdiyi və keçirəcəyi görüşlərin müzakirə predmeti barədə məlumat yayan xəbər agentlikləri indilikdə anonim mənbələrə istinadla bildirirlər ki, Avropa Komissiyası Trampın dövründə Aİ üçün növbəti və ABŞ ilə ilk birgə sanksiyalar paketini hazırlamağa başlayıb.

İndi “dəmiri isti-isti döymək” istəyənlərin hədəfində əsasən Hindistan var. ABŞ və Aİ bu ölkəni Rusiya neftindən imtina etməyə razı salmaq və ya məcbur etmək niyyətindədir. Çünki Hindistan Rusiya neftinin böyük alıcısıdır, necə deyərlər, 50 dövlətin qabağıdır.

168-6-2480.jpg (52 KB)

Tramp Hindistanı Rusiya neftindən imtinaya məcbur etmək üçün birinci mərhələ olaraq ABŞ-yə tədarük edilən Hindistan mallarına tariflərin artırılmasını görür. Son 3 ayda o, müxtəlif ölkələrə tətbiq etdiyi “tarif siyasəti”nin effektiv olduğunu düşünür və bunun Rusiya Federasiyasına dəstək verən Hindistan üçün cəza olacağını deyib.

Onun fikrincə, Amerika bazarından qazandığı mənfəətlə Rusiyanın neft məhsullarından əldə etdiyi gəlir arasında seçim etmək zərurəti ilə üzləşən Hindistan birincini seçəcək. Beləliklə, Rusiya mühüm satış bazarını itirəcək, büdcəsinin gəlirləri azalacaq və müvafiq olaraq Ukraynada apardığı müharibədə ordunu silah-sursatla, azuqə ilə, muzdlu əsgərlərlə təchiz etmək sahəsində sıxıntı çəkəcək.

Bu isə son nəticədə Kremlin yumşalmasına, danışıqlar masası arxasına keçmək fikrinə gəlməsinə səbəb olacaq, nəhayət, Rusiya-Ukrayna münaqişəsinin bitməsi reallaşacaq. Trampın Rusiyaya yönəlik düşüncəsi indilikdə belədir.

Əgər onun planı baş tutsa, başladığı “tarif müharibəsi”nin real məqsədinin tamamilə fərqli olduğu təsdiqlənəcək. Tramp nəinki ABŞ-nin xarici ticarətində disbalansı tarazlaşdırmaq istəyir, həm də Amerika bazarından çıxmaq təhlükəsi ilə qarşı-qarşı qoyaraq müəyyən ölkələrin siyasətinə təsir etmək yolu tutur.
Məsələn, Braziliya ABŞ-yə satdığından çox ondan mal alır, xarici ticarətdə disbalans ABŞ-nin xeyrinədir. Buna baxmayaraq, Tramp ölkənin keçmiş prezidenti Jair Bolsonaronun cinayət işi üzrə Braziliya məhkəməsinin qərarına təsir etmək niyyətində olduğunu gizlətmir və bu ölkənin mallarına 50% rüsum tətbiq edir. Halbuki elan edilmiş prinsiplərə görə Braziliya “tarif müharibəsi”ndə cəbhə olmamalıydı.

san-av.JPG (24 KB)

Aİ və ABŞ Rusiyaya yeni sanksiyalar zərfi tətbiq etmək barədə razılığa gəlsələr, anti-Rusiya sanksiyaları birinci üçün yenilik olmayacaq. Avropa İttifaqı artıq Rusiyaya qarşı 19 sanksiyalar zərfi qəbul edib. Bu dəfə Aİ Rusiyaya bu və ya digər şəkildə yardımçı olan ölkələri də işə qatmaq niyyətini sezdirir. “Röyter” agentliyi iddia edir ki, Avropa Komissiyası Mərkəzi Asiyanın iki ölkəsinin banklarına qarşı məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Bunlar Qazaxıstan və Qırğızıstandır. İddialara görə, müvafiq təkliflər sentyabrın 12-nə qədər hazırlanacaq.

Bu baş verərsə, fiziki və hüquqi şəxslərin “qara siyahısı” dolacaq. İran, İraq, Kuba, Venesuela və s ölkələrin təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, belə sanksiyaların təsiri qısamüddətli olsa da, uzaq perspektivdə dağıdıcı olur, nəticədə sanksiyaya məruz qalan ölkələr öz iqtisadiyyatlarının, o cümlədən müdafiə sənayelərinin hərtərəfli inkişafı imkanlarından məhrum olurlar.

Rusiya siyasiləri öz ölkələrinin vətəndaşlarına, eləcə də bütün dünyaya təlqin etməyə çalışırlar ki, guya Qərbin tətbiq etdiyi sanksiyalar bu ölkənin nə iqtisadiyyatına, nə müdafiə qabiliyyətinə, nə də sosial həyatına heç bir təsir göstərmir. Ancaq elə deyil.

Əgər Avropa İttifaqının sanksiyaları Rusiyanın əl-qolunu buxovlamasaydı, hərbi qüdrətinə zərbə vurmasaydı, Rusiya 2022-ci ildə Ukraynada başladığı müharibəni elə həmin ildə bitirərdi. Çünki son 20 ildə Rusiya iqtisadi və hərbi baxımdan çox güclənmişdi, hər gün ölkəyə milyardlarla dollar həcmində valyuta axırdı. Son 125 ildə Rusiyanın sərəncamında bu qədər valyuta ehtiyatı heç zaman olmamışdı.

Görünür, Rusiyanın neo-imperiya ambisiyalarını qabardan da məhz həmin böyük valyuta ehtiyatı, zəngin sərvət oldu. SSRİ-nin dağılmasından sonra ilk dəfə ölkənin dirçəldiyini görən Kreml əski zamanların əzəmətini qaytarmaq fikrinə düşdü. Hazırda isə, başbilənlər büruzə verməsələr də, ölkə çöküş mərhələsindədir. Federasiya təklənib, sosial durum ağırlaşır, hərbi-polis rejimi gün keçdikcə azğınlaşır, ehtiyatlar tükənir, genofond ağır zərbələr alır və s.

Yəni bir dövlətə tətbiq edilən sanksiyalar küt balta kimidir, tez kəsməz, amma sütunlara arası kəsilmədən dəyərsə, bir gün onu sarsıdar.

Qərb “ölməz Kaşşey”in canının harada olduğunu bilir.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Peyğəmbərlik yuxularını görən yeganə BÜRC

Next

Bakı metrosunda üz tanıma ilə ödəniş ola bilər

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv