Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dərslərlə başlayan tıxaclar – çarə məktəb avtobusları…

By Vüsal Rafiqoğlu
12.09.2025 3 Min Read

Ekspert: “Əsas yollarda tıxacın azalacağını düşünmürəm”

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Mərkəzin məlumatında bildirilir ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər.

Məlumatda qeyd olunur:  “Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəssisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. 

Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə işıqforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək. Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar”.

Təhsil eksperti Kamran Əsədov Sherg.az saytına açıqlamasında qeyd edib ki, yollarda tıxacların aradan qalxması, təhsil müəssisələri önündə sıxlığın azalması üçün məktəb avtobuslarından və ictimai nəqliyyatdan istifadə əsas şərtdir. Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı”nda göstərilir ki, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil olunacaq. Məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində ciddi dəyişikliklərə səbəb olacaq bir təşəbbüsdür.

Məktəb avtobusları ilk növbədə şagirdlərin təhlükəsizliyini təmin edir. Xüsusilə ibtidai və orta məktəb şagirdləri üçün bu sistem vacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan istifadə edərkən müəyyən risklərlə qarşılaşa bilərlər.

Xatırladaq ki, bu ilin aprel ayında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq. 

Nazir qeyd edib ki, layihə sınaq mərhələsindədir: “Nəqliyyatın demək olar ki, ən sıx olduğu məktəblərdə bu layihə sınaqdan keçirilir. Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq edilən zaman məktəblərin də adları məlum olacaq”, –  deyə nazir açıqlamasında deyib.

Sentyabrın 11-də keçirilən brifinqdə nazir mövzu ilə bağlı yeni açıqlama verib: “Məktəbli avtobusları ilə bağlı layihə tədricən genişlənəcək. Hazırda bu layihə pilot olaraq mövcuddur, yeni tədris ili ərzində məktəb avtobuslarının sayı artırılacaq”.

Sürücülük təlimçisi Adil Nəbiyev | Photostock.az

 Adil Nəbiyev

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məktəbli avtobuslarının işə düşməsi tıxac problemini tam da olmasa, qismən həll edə bilər: “Bütün məktəblərə məktəbli avtobusları işləsə, bir avtobusla ən azı 50-60 şagird daşınsa, bu qədər olmasa da, ən azı yarısı qədər avtomobil azalacaq. Bununla məktəbyanı ərazilərdə sıxlıq nisbətən səngiyəcək. Əsas yollarda isə tıxacın azalacağını düşünmürəm, çünki bunun başqa səbəbləri var. Nəzərə almaq lazımdır ki, məktəblərə yaxın ərazilərdə yaşayanlar məktəbli avtobuslarından istifadəyə üstünlük verməyə bilərlər. Məsələn, işə gedənlər yolüstü olduğu üçün uşaqlarını məktəbə yenə də şəxsi avtomobillər aparacaqlar. Yəqin ki, məktəbli avtobusları ilə bağlı layihə mərhələli şəkildə həyata keçiriləcək. Ümid edək ki, layihə az da öz təsirini göstərəcək”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hərbçimiz vəfat etdi

Next

Qayınata gəlinini Bulvarda başqa şəxslə gördü – dava düşdü

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv