Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Su ilə tərbiyə

By Vüsal Rafiqoğlu
12.09.2025 5 Min Read

Su idmanı uşaqlarda özünəinam, intizam və məsuliyyət hissini gücləndirir. Bu idman növü həm sağlamlıq, həm də sosial bacarıqların formalaşması baxımından olduqca faydalıdır.

Bakı Su İdmanı Sarayının əməkdaşı Subra Nuriyeva İki sahil.Tv-yə müsahibəsində sarayın uşaqlar üçün təqdim etdiyi kurslar, məşqlərin təşkili və mərkəzin gələcək planları haqqında ətraflı məlumat verdi.

-Subra xanım, Su İdmanı Sarayında uşaqlar üçün hansı kurslar fəaliyyət göstərir?

-Hazırda Sarayımızda uşaqlar üçün müxtəlif istiqamətləri əhatə edən kurslar fəaliyyət göstərir. Bunlara üzgüçülük, su polosu, suya tullanma, trikit və sinxron üzgüçülük daxildir. Hər bir kurs xüsusi proqram əsasında, təcrübəli məşqçilər tərəfindən keçirilir. Məqsədimiz uşaqların həm fiziki, həm də texniki baxımdan düzgün inkişafını təmin etmək, eyni zamanda, onların idmana olan marağını artırmaqdır. Bu kurslar vasitəsilə uşaqlar həm sağlam həyat tərzi qazanır, həm də gələcəkdə peşəkar idmançı kimi yetişmək imkanı əldə edirlər.

-Bu kurslara qəbul üçün yaş aralığı necə müəyyən olunub?

– Kurslara qəbul zamanı əsasən 4-16 yaş arası uşaqlar nəzərdə tutulur. Bu yaş aralığı uşaqların fiziki və psixoloji inkişaf səviyyəsinə uyğun olaraq müəyyən edilib. 4 yaşdan etibarən uşaqlarda suya uyğunlaşma və ilkin motor bacarıqları formalaşmağa başlayır ki, bu da üzgüçülük və digər su idman növlərinə başlamaq üçün əlverişli dövrdür. 16 yaşa qədər isə onlar artıq texniki bilik və bacarıqlara daha dərindən yiyələnə, yarışlara hazırlaşa və idman potensiallarını inkişaf etdirə bilirlər. Əlavə olaraq, hər bir kurs üzrə uşaqların yaşı və hazırlıq səviyyəsi nəzərə alınmaqla, qruplaşdırma aparılır ki, bu da daha effektiv və təhlükəsiz məşq prosesini təmin edir.

-Məşqlər necə keçirilir? Məşqçilərin yanaşması və qrupdakı uşaq sayı barədə məlumat verə bilərsinizmi?

-Məşqlər peşəkar və təcrübəli məşqçilər tərəfindən uşaqların yaşına, fiziki hazırlıq səviyyəsinə və seçilmiş idman növünə uyğun şəkildə planlaşdırılır. Hər bir məşq proqramı əvvəlcə suya adaptasiya mərhələsindən başlayır və tədricən texniki bacarıqların formalaşdırılması ilə davam edir. Uşaqların təhlükəsizliyi və inkişafı əsas prioritetlərdəndir. Məşqçilərimizin yanaşması fərdi diqqətə əsaslanır. Onlar uşaqlara yalnız texniki biliklər öyrətmir, eyni zamanda onlarda komandada işləmək, məsuliyyət daşımaq və özlərinə inam hissini inkişaf etdirməyə çalışırlar. Məşqlərdə motivasiyaedici və dəstəkverici mühit yaradılır ki, bu da uşaqların həm idmana marağını artırır, həm də fərdi potensiallarını üzə çıxarmağa kömək edir. Qruplar adətən 6-8 nəfərdən ibarət olur. Bu say məşqçinin hər bir uşağa kifayət qədər diqqət ayırması və məşqin keyfiyyətini qoruması üçün idealdır. Eyni zamanda, balaca yaşlı uşaqlarla fərdi məşqlər və ya daha kiçik qruplar şəklində hazırlıq da tətbiq olunur. Bu yanaşma məşqlərin həm daha məhsuldar, həm də təhlükəsiz keçməsini təmin edir.

-Su İdmanı Sarayında başqa hansı xidmətlər mövcuddur?

-Su İdman Sarayı yalnız uşaqlar üçün deyil, böyüklər üçün də müxtəlif xidmətlər təqdim edir. Kurslarla yanaşı, burada fitnes və SPA bölmələri də fəaliyyət göstərir ki, bu da Sarayın idmandan əlavə sağlam həyat tərzinin təşviqi baxımından geniş imkanlar təqdim etdiyini göstərir. Fitnes mərkəzi müasir avadanlıqla təchiz olunub və həm fərdi, həm də qrup şəklində məşq etmək üçün nəzərdə tutulub. Burada peşəkar təlimçilər tərəfindən fərdi məşq proqramları tərtib olunur, sağlamlıq vəziyyəti və məqsədlər nəzərə alınmaqla məşqlər aparılır. Fitnes bölməsi həm əzələ tonusunun artırılması, həm də ümumi fiziki hazırlığın yüksəldilməsi üçün ideal məkandır.

SPA zonası isə istirahət və bərpa məqsədilə ən çox seçilən sahələrdən biridir. Burada müxtəlif masaj xidmətləri, buxar otaqları, sauna və jakuzi mövcuddur. Gərgin məşqdən sonra bədənin rahatlaması və bərpası üçün bu xidmətlər olduqca önəmlidir.

Ümumilikdə, Su İdmanı Sarayı yalnız idman deyil, eyni zamanda, sağlamlıq və rifah mərkəzi kimi fəaliyyət göstərir.

-Mərkəzdə xüsusi qruplar və ya peşəkar idmançılar varmı? Onlar hansı istiqamətdə hazırlanır?

-Su İdmanı Sarayında xüsusi qruplar və peşəkar idmançılar da fəaliyyət göstərir. Mərkəzdə perspektivli və istedadlı uşaqlardan ibarət seçmə qruplar formalaşdırılıb. Bu qruplarda məşqlər daha intensiv və məqsədyönlü şəkildə həyata keçirilir.  Peşəkar hazırlıq əsasən üzgüçülük, suya tullanma, sinxron üzgüçülük və su polosu istiqamətlərində aparılır. Bu idman növləri üzrə uşaqlar müxtəlif yaş kateqoriyalarına uyğun şəkildə yarışlara hazırlanır, həm yerli, həm də beynəlxalq səviyyədə keçirilən turnirlərdə iştirak edirlər.  Təlimlər ixtisaslaşmış, təcrübəli məşqçilər tərəfindən aparılır və hər bir idmançının fərdi potensialı nəzərə alınaraq məşq planı hazırlanır. Məqsəd yalnız fiziki hazırlığı artırmaq deyil, həm də psixoloji dayanıqlıq, komanda ruhu və yarış təcrübəsi qazandırmaqdır.

-Su İdmanı Sarayı tərəfindən təşkil olunan son tədbirlər mərkəzin idman infrastrukturuna və ölkəmizin idman mərkəzi kimi nüfuzuna necə təsir göstərib?

-Sarayımız yalnız gündəlik məşqlər və kurslarla kifayətlənmir, eyni zamanda, müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir.  31 avqust tarixində EGP Arenada keçirilən “Güc birlikdədir” adlı kişilər arasında su polosu turniri bu istiqamətdə uğurlu nümunələrdəndir. Bu yarış həm idmanın təbliği, həm də komanda ruhunun gücləndirilməsi baxımından böyük maraqla qarşılandı.

Bununla yanaşı, qum meydançasında “Fly on the Sand 2” turniri keçirildi ki, bu da çimərlik idman növlərinə marağın artdığını göstərir.

Ən önəmli tədbirlərdən biri də Air badminton üzrə Avropa çempionatı oldu. Bu yarış Avropa Oyunları Parkında təşkil olunaraq, Su İdmanı Sarayının beynəlxalq standartlara cavab verən infrastrukturunu bir daha nümayiş etdirdi.

Bütün bu tədbirlər mərkəzin çoxşaxəli fəaliyyətini, idmanın müxtəlif sahələrinin inkişafına verdiyi töhfəni və ölkəmizin idman mərkəzi kimi nüfuzunu əks etdirir. Sarayda təşkil olunan son tədbirlər istər su polosu, istər çimərlik idman növləri, istərsə də air badminton üzrə beynəlxalq yarışlar mərkəzin idman infrastrukturu baxımından yüksək səviyyədə olduğunu bir daha sübut edir. Belə tədbirlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın idman sahəsindəki potensialını və ev sahibliyi imkanlarını nümayiş etdirir.

Avropa çempionatı kimi nüfuzlu yarışların Su İdmanı Sarayında keçirilməsi bu qurumun texniki təminat, logistika və təşkilatçılıq baxımından beynəlxalq standartlara cavab verdiyini təsdiqləyir.  Eyni zamanda, bu cür tədbirlər Azərbaycanın idman mərkəzi kimi nüfuzunu möhkəmləndirir, ölkəyə idman turizmi baxımından marağı artırır və yerli gənclər arasında idmana marağı stimullaşdırır. Su İdmanı Sarayı təkcə gündəlik məşqlər və kurslarla deyil, eyni zamanda idmançıların yarış təcrübəsinin artırılması və peşəkar inkişafı istiqamətində də mühüm işlər həyata keçirir. Bu istiqamətdə qarşıdan gələn yarışlar Sarayın idman fəaliyyətində yeni mərhələnin göstəricisidir. Belə ki, 20-21 sentyabrda tarixlərində keçiriləcək Azərbaycan Birinciliyi və Respublika Çempionatında Su İdmanı Sarayı 12 istedadlı gimnastla təmsil olunacaq. Gimnastlarımız bu mötəbər yarışda öz bacarıqlarını nümayiş etdirərək, həm fərdi inkişaflarına, həm də Sarayın nüfuzuna töhfə verəcəklər. Bundan əlavə, “Gəncə Cup 2025” turniri çərçivəsində Sarayın üzgüçülük üzrə xüsusi qrupları Xaçmazda təşkil olunmuş təlim-məşq toplantısından birbaşa olaraq Gəncəyə yollanaraq, bu önəmli yarışda iştirak edəcəklər. Bu, idmançılarımızın hazırlıq səviyyəsinin artırılması və yarışa adaptasiyası baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, üzgüçülük üzrə Azərbaycan yığma komandası da “Gəncə Cup 2025” turnirində güclü heyətlə çıxış edəcək. Bütün bu iştiraklar Su İdmanı Sarayının sistemli hazırlıq modeli və ölkə idmanına verdiyi dəstəyin bariz nümunəsidir.

-Su İdmanı Sarayında yaxın zamanda hansı yeniliklər gözlənilir?

-Yaxın zamanlarda Su İdmanı Sarayında bir sıra yeniliklər planlaşdırılır ki, bunlar həm infrastrukturun təkmilləşdirilməsi, həm də idman xidmətlərinin genişləndirilməsi ilə bağlıdır. Əsas yeniliklərdən biri kimi uşaqlar üçün yeni idman kurslarının açılması nəzərdə tutulur. Bu, daha çox uşaq və yeniyetmələrin müxtəlif su idmanı növlərinə cəlb olunmasına imkan yaradacaq.  Eyni zamanda, mövcud məşq proqramlarının təkmilləşdirilməsi, məşqçilərin tədris metodikasının beynəlxalq standartlara uyğunlaşdırılması da gündəmdədir. Bu istiqamətdə beynəlxalq təcrübəli mütəxəssislərlə əməkdaşlıq planlaşdırılır. Bundan əlavə, fitnes və SPA zonasında yeni avadanlıqların quraşdırılması və xidmət çeşidinin artırılması gözlənilir. Bu, Sarayın həm idmançılar, həm də gündəlik istifadəçilər üçün daha funksional və cəlbedici məkana çevrilməsinə xidmət edəcək. Yaxın perspektivdə beynəlxalq səviyyəli yeni turnirlərin keçirilməsi və regional idman tədbirlərinə ev sahibliyinin genişləndirilməsi də Sarayın əsas hədəfləri sırasındadır. Bu tədbirlər mərkəzin yalnız məşq və kurslarla kifayətlənməyib, aktiv idman platformasına çevrilməsini daha da gücləndirəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına MƏHDUDİYYƏT QOYDU – RƏSMİ

Next

Ekspert xəbərdarlıq etdi: Qeyri-qanuni cərimələr silinməlidir

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv