Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türkiyə sərhəddə fiziki maneələri qaldırmağa hazırdır – siyasi qıfıllar isə qalır

By Vüsal Rafiqoğlu
12.09.2025 2 Min Read

“Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni həmkarı Ruben Rubinyan ilə tarixi Marqara sərhəd-keçid məntəqəsindəki görüşü iki ölkə arasında onilliklərdir bağlı olan sərhədlərin açılması istiqamətindəki ümidləri yenidən alovlandırıb. Kılıçın səfər zamanı verdiyi müsbət mesajlar və Ermənistan tərəfinin də məsələyə hazır olduğunu bildirməsi prosesdə müəyyən irəliləyişin olduğunu göstərsə də, bu yolun sonu birbaşa Cənubi Qafqazda daha geniş sülh prosesinə bağlıdır”.

Bu barədə Musavat.com-a açıqlamasında Türkiyədə yaşayan politoloq, professor Toğrul İsmayıl deyib.

togrul.jpg (70 KB)

Politoloq bildirib ki, Ankaranın mövqeyi aydın və prinsipialdır:

“Ermənistanla tam normallaşma yolu birbaşa Bakı ilə hərtərəfli sülhün əldə edilməsindən keçir. Bu səbəbdən sərhədlərin açılması üçün ilk və ən fundamental şərt Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını və sərhədlərin delimitasiyasını nəzərdə tutan yekun sülh müqaviləsinin imzalanmasıdır.

Sərdar Kılıçın bəyanatlarında Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusi vurğulaması bu məsələnin Ankara üçün sadəcə bir nəqliyyat xətti deyil, həm Türkiyəni birbaşa Azərbaycana və Türk dünyasına bağlayan, həm də region iqtisadiyyatını canlandıran strateji bir zərurət olduğunu göstərir. Buna görə də dəhlizin açılması normallaşma paketinin ayrılmaz tərkib hissəsi hesab olunur. Bununla yanaşı, Türkiyə Ermənistanın gələcəkdə hər hansı bir ərazi iddiasından rəsmən imtina etməsini və ikitərəfli münasibətlərə zərər vuran radikal fəaliyyətlərə son qoymasını da etimadın bərpası üçün vacib sayır. Belə bir şəraitdə, “sərhədlər sülh müqaviləsindən əvvəl açıla bilərmi” sualı gündəmdə qalır”.

Toğrul İsmayıl qeyd edib ki, mütəxəssislərin fikrincə, ticarət və vətəndaşların sərbəst gediş-gəlişi üçün tam açılış sülh sazişi imzalanmadan real görünmür:

“Lakin sülh danışıqlarında əldə olunacaq ciddi irəliləyişə paralel olaraq, etimad quruculuğu tədbiri kimi üçüncü ölkə vətəndaşları və diplomatlar üçün sərhədin açılması kimi məhdud addımlar atıla bilər.

Nəticə etibarilə, Sərdar Kılıçın diplomatik mesajları topun Ermənistanın meydanında olduğunu göstərir. Türkiyə sərhəddəki fiziki maneələri qısa müddətdə aradan qaldırmağa hazır olduğunu bəyan edərkən əslində əsas siyasi qıfılların açarının Bakı və İrəvan arasında əldə olunacaq yekun razılaşmada olduğunu vurğulayır. Bu səbəbdən Ankara-İrəvan münasibətlərinin taleyi Cənubi Qafqazda qurulacaq davamlı sülhdən asılı olaraq qalır”.

Xatırladaq ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanda səfərdədir. O, həmkarı Ruben Rubinyan ilə Ermənistan–Türkiyə sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsində görüşüb.

Kılıç bir gün əvvəl Ermənistanla təmasların davam etdiyini, müxtəlif məsələlərin araşdırıldığını və əvvəlki fəaliyyətlərin dəyərləndirildiyini açıqlamışdı. Onun sözlərinə görə, gələcəkdə iki ölkə və bütövlükdə regionun iqtisadi həyatı üçün atılacaq addımlar müzakirə olunacaq.

Diplomat həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq, bu xəttin təkcə Ermənistan və Türkiyə deyil, Orta Asiya və türk respublikaları ilə əlaqələrin genişlənməsinə də mühüm təsir göstərəcəyini bildirib.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xocalının daha iki kəndinə ilk dəfə köç olacaq

Next

Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı – FOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv