Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanın mina terroru Böyük Qayıdış proqramının sürətlə reallaşmasına mane olan ciddi təhlükədir

By Vüsal Rafiqoğlu
13.09.2025 4 Min Read

Postmüharibə dövründə 213 min 178 hektar ərazi minalardan təmizlənib

Azərbaycanın işğaldan azad olunmuş torpaqları bu gün təkcə bərpa-quruculuq işləri ilə deyil, həm də ermənilər tərəfindən basdırılmış milyonlarla minaların zərərsizləşdirilməsi ilə gündəmdədir. Qarşıda duran ən böyük hədəf – minalardan və partlamamış hərbi sursatlardan ərazilərin təmizlənməsi – insan həyatının qorunması, dayanıqlı inkişafın təmin olunması və Böyük Qayıdış proqramının sürətlənməsidir. Beynəlxalq təşkilatların da etiraf etdiyi kimi, bu gün Azərbaycan  əraziləri minalarla ən çox çirkləndirilmiş ölkələrdən birincisidir. Mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb. Ona görə də Azərbaycanın işğaldan azad edilmiş bir çox əraziləri mina və partlamamış hərbi sursatlarla çirklənmiş vəziyyətdədir. Həmin torpaqlarda bərpa-quruculuq işlərinə başlanması isə minatəmizləmə fəaliyyətini aktual və strateji əhəmiyyətli işə çevirib. Bu istiqamətdə  Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) mühüm vəzifəni – ərazilərin təhlükəsizliyinin təmin olunması və bu bölgənin dinc məqsədlərlə istifadəyə yararlı hala gətirilməsi missiyasını uğurla davam etdirir.

ANAMA-nın  verdiyi məlumata görə, 2020-ci il noyabr ayının 10-dan 2025-ci il iyulun ayının 14-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilən 213 min 178 hektar ərazi təmizlənib. Üümumilikdə 201 min 265 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 141 min 793 ədədi PHS, 37 min 512 ədədi piyada əleyhinə mina (PƏM), 21 min 960 ədədi isə tank əleyhinə minadır (TƏM).

Xatırladaq ki, Ermənistan indiyədək Azərbaycana guya minalanmış ərazilərə dair səkkiz  xəritə  verib. Lakin sonradan məlum olub ki, bu xəritələr heç də dəqiq deyil və sadəcə, çaşqınlıq yaratmaq məqsədi daşıyır. Məsələn, postmüharibə dövründə  ölkə ərazisində qeydə alınan mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə olub. ANAMA isə bildirmişdi ki, həmin xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Bu isə bir daha Ermənistanın  qeyri-səmimiliyini, hələ də müharibə cinayətinin təşkilatçısı olduğunu  təsdiq edən faktdır.

Ölkəmizdə ermənilərin mina terrorundan həlak olan və yaralananların sayına baxanda bir daha əmin olursan ki, bu ölkə sözün həqiqi mənasında terrorçuluğu dövlət səviyyəsində həyata keçirir. Belə ki, 1991-ci ildən 2025-ci il iyunun 1-dək Azərbaycanda mina qurbanlarının sayı 3 min 400-dən artıqdır. Təəssüf ki, onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadındır.

İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək olan müddətdə isə mina qurbanlarının sayı 398 nəfər təşkil edir. Onlardan 70 nəfəri həlak olub, 328 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Burada insanlığa xas olmayan müharibə cinayətlərinə də rast gəlinir. Xüsusilə hərbi obyektlərdən başqa, mülki əhalinin məskunlaşa biləcəyi yerlərə- yəni  təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirilmişdir ki, bu da mina qurbanlarının sayının gündən-günə artmasına səbəb olur. Prezident İlham Əliyev çıxışlarında bu barədə deyib: « Bu gün Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.»

Bütün bunlara rəğmən demək olar ki, Ermənistan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərini, «Müharibə qurbanlarının müdafiəsi haqqında» 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasını, 10 oktyabr 1980-ci il «Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında» Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozub. Beynəlxalq konvensiyalara görə, piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır və bu, cinayət hesab edilir. Lakin bu çərçivədə müvafiq beynəlxalq təşkilatlar Ermənistanın beynəlxalq hüquqazidd davranışlarının qarşısının alınması üçün  heç bir addım atmayıblar. Nəticə etibarilə Ermənistanın hələ də  minalanmış ərazilərin xəritələrinin ölkəmizə tam təhvil verməməsi mina qurbanlarının sayını artırır. Qeyd edək ki, piyadalar əleyhinə minaları qadağan edən  «Landmine Monitor 2023» beynəlxalq təşkilatı 2023-cü ildə Cenevrədə nəşr etdirdiyi hesabatda Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına salıb. Bununla da hesabatda bir daha ölkəmizin 44 günlük müharibədən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı tələbləri öz təsdiqini tapmış olub.

Ölkəmiz beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycanın təşəbbüsü ilə «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2023-cü ildə keçirilmiş 15-ci görüşündə «Minaların mədəni irsə təsiri» ilə bağlı qətnamə qəbul edilmişdir.

Qeyd edək ki, 2024-cü ilin  mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə «Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması» mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri də olublar. Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalanıb. Bu əlamətdar hadisə Azərbaycanın bu sahədə öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə bölüşməyinə də kömək edəcəkdir.

Elçin Zaman, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paşinyanın manipulyativ açıqlamaları yalnız daxili auditoriyaya hesablanıb

Next

Dərdlərə şəfa dərmanlarımız …

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv