Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Xanlıqları da bu qafa ilə yaratmışdıq – bizim ümumi ümumiləşdirmə bəlamız

By Vüsal Rafiqoğlu
14.09.2025 3 Min Read

1991-ci ilin fevralında şahidi olduğum bir hadisə var, onu yeri düşdükcə danışıram, ən azı bir dəfə də yazmışam.

PAZ markalı avtobusla Mingəçevirdən Füzuliyə gedirdik. Lap arxada oturmuşduq. Avtobusun salonunda ağdamlılar və şuşalılar da vardı. Ordan-burdan söhbət edirdik. Birdən ağdamlılarla şuşalıların arasında mübahisə düşdü və söhbət böyüdü. Detallara, ritorikaya varmıram, ancaq mübahisənin əsas leytmotivi bundan ibarət idi ki, ən yaxşı, igid, mərd adamlar bu biri şəhərdə yaşayır, o biri şəhərdəkilər isə belə deyil. Mübahisə qızışdı. Söz davasına çıxanlar məndən həm yaşca, həm də cüssəcə böyük idilər. Amma sözə qarışaraq dedim ki, bu iki şəhər bir-birindən 40 kilometr aralıdır, necə ola bilər ki, yaxşı və mərd adamların hamısı bir yerə yığışıb, amma o tərəfdə yalnız o cür olmayanlar toplaşıb. Dalaşanlar bir söz demədilər, eləcə, bir-birinə nifrətlə baxmaqda və söz atmaqda davam edirdilər.

Sonra söhbətə ön cərgədə oturmuş bir bazburutlu adam da qarışdı, dedi ki, hələ görün, erməni şuşalıyla ağdamlıya fərq qoyurmu, onlar üçün biz hamımız düşmənik, ona görə də belə söhbətlərlə aranı qarışdırmayın. Tərəflər tamam susdular. Sakitlik çökdü. Ağdama yetişdik, Muradbəylidə gördük ki, artıq ermənilər yolu kəsiblər, artıq Ağdamdan Füzuliyə Xocavənddən (keçmiş Martuni) yol yoxdur və biz indi Ağcabədi və Beyləqandan dolaşıb getməliyik. Şuşalılar Şuşaya necə getdi, daha bilmədik.

Ondan sonra bu ölkədə yüz dəfələrlə mahal davası, rayon ixtilafı, hətta kənd çəkişmələri olub. İndi də davam edir. İçi cılız, milləti bütöv görə bilməyən, görmək istəməyən adamlar bu mövzuda vaxtaşırı danışır, ortalığı qarışdırmağa cəhd edirlər. 250 il əvvəl bu ölkə feodal xanlıqlara hansı təfəkkür üzündən bölünmüşdüsə, eyni düşüncədə olan minlərlə adam hələ də var və onlar yeri gəlməyəndə də bəyənmədikləri mahalın adamlarına sözlü hücum edir, beş-altı adamın hərəkətini ümumiləşdirərək bütöv bir elat haqqında mənfi təəssürat yaratmaq istəyirlər.

Ümumiyyətlə, hər şeyi ümumiləşdirmək vərdişimiz bizim ümumi bəlamızdır. Bu mərəzdən hec cür qurtula bilmirik. Neqativ hallara yol verən 100-200, hətta 2 min müəllimə görə ölkənin müəllimlər ordusunu “bir qələmlə rəzil-rüsvay” edən mülahizələr yürüdürük: “Hamısı belədir”. Sonra hər kəs istisnalar edir: “Mənim tanıdığım xeyli yaxşı müəllimlər də var”. Hamının tanıdığı yaxşı müəllimlər olduğu üçün məlum olur ki, “yaxşı müəllimlər ordusu” da mövcuddur. Bu da o anlama gəlir ki, “hamııs belədir” təsbiti yanlış imiş.

Bu, həkimlərə də aiddir. Düzdür, son vaxtlar xüsusilə də özəl klinikalarda soyğunçu həkimlərin sayı xeyli artıb, səhiyyə müəssisələrinin xeylisi “Sədərək” yarmarkasına dönüb, amma bu o demək deyil ki, hamısı belədir, yaxşı və gözütox həkimlər yoxdur.

Eyni fikir jurnalistlərə də aiddir. Reketlərin, şantajçıların, xaltura edənlərin varlığı redaksiyalarda vicdanla külüng vuran jurnalistlərin olmadığı anlamına gəlməz. Sadəcə, hər sahədə olduğu kimi, yazı yazmayan, imzası olmayanların hərəkətləri gözə görünür, təvazökarlar, özlərini gözə soxmayanlar kölgədə qalır.

Uzun sözün qısası, bütün ümumiləşdirmələr yanlış və zərərlidir. Avtomobili yaxşı idarə etməyən, adicə normal park etməyi bacarmayan qadınlara görə “Qadınlar maşın sürə bilmir” qənaəti yaratmaq yanlışdır.

200 min ağdamlının maşın alveri və təmiri ilə məşğul olanlarının sayı ölkə üzrə 2 minə çatmaz, amma çoxları ağdamlılarla mütləq “maşın, çeşka” zarafatı edir. Bəziləri isə bunu hətta ciddi planda deyir.

Elə rayonlar var ki, orada narkotik istifadəçilərinin sayı qonşu rayonda olduğundan artıq deyil, ancaq adı çıxıb deyə, birinci rayondan olanların hamısını “nəşəxor” adlandıranlar tapılır.

Birdəfəlik anlamaq lazımdır ki, Gədəbəydə heç də hamı kartof əkib-becərmir, Sabirabadda hamı qarpız-yemiş yetişdirmir, Göyçayda hamının nar plantasiyası yoxdur, Zaqatala camaatı ellikcə qoz-fındıq istehsal etmir, bütün Ordubad əhli ərik qurutmur, xarala heyva atıb saraltmır və sair və ilaxır. Bu işlərlə bir qrup, məhdud sayda insan məşğul olur, demək, bütün rayona şamil edilə bilməz.

Bir ara Azərbaycandan gedən turistlər Türkiyədə alış-veriş edəndə, ya bir lokantada yemək yeyəndə yerli əsnaflar onlardan daha çox pul qazanmaq üçün qanadlı bir ifadə işlədirdilər: “Sizdə petrol var”. Sanki Bakıdan gedən turistlərin hərəsinin həyətində özəl neft buruğu var və gecə-gündüz pompalayıb neft satır. Bu da bir növ ümumiləşdirmə idi, həm də çox yanlış.

30-33 il öncə əclafcasına dövriyyəyə buraxılmış, hələ də namərdəcsinə, düşməncəsinə işləkliyi qorunan “qoydular, qaçdılar” söhbəti də bu xanədəndir. Bunu israrla təkrarlayanlar birmənalı şəkildə əclaf adamlardır, düşməndirlər, sifarişlə və ya cahillikləri üzündən ara qarışdırırlar. Bu cür zərərli iddiaların cavabı intellektual şəxslər tərəfindən tutarlı şəkildə verilib, ancaq bu cür çıxışlar edən şəxslərin yüzlərlə, minlərlə başqaları tərəfindən müdafiə edilməsi göstərir ki, “yaxşı nədir, pis nədir” sualının dəqiq cavabını bilməyənlər hələ də çoxdur.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda yağış nə zamana qədər davam edəcək? – Proqnoz

Next

Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv