Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Alternativ hərbi xidmət gündəmdə – qanunda var, amma…

By Vüsal Rafiqoğlu
16.09.2025 2 Min Read

Hərbi ekspert: “Vətəndaşlar istənilən ekstremal vəziyyətə hazır olmalıdır”

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yenidən alternativ hərbi xidmətlə bağlı müzakirələr aparılır. Bu xidmət hərbi xidmətə qarşı dini, mənəvi və ideoloji səbəblərdən etiraz edən şəxslərə təklif olunur və onlar hərbi xidmət yerinə başqa bir ictimai xidmət göstərir. 

Xatırladaq ki, ötən il həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə bununla bağlı müraciətlər edilib. Belə ki, ölkədə 15-16 nəfərə yaxın vətəndaş alternativ hərbi xidmət üçün müraciət edib. Ancaq bu barədə qanun olmadığı üçün Azərbaycanda alternativ hərbi xidmət praktiki olaraq mümkün deyil.

Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycan gəncləri hərbi xidmət keçmək istəyirlər: “Alternativ hərbi xidmət müxtəlif ölkələrdə tətbiq olunan təcrübədir. Ancaq Azərbaycan gəncləri və onlardakı yüksək vətənpərvərlik hissiyyatı alternativ hərbi xidmətin bir zərurət olduğunu aktuallaşdırmır. Yəni hər bir Azərbaycan gənci hərbi xidmətə getmək istəyir və bu, onların haqqıdır. Biz 44 günlük müharibədə də buna şahidlik etdik. Azərbaycan gənclərinin vətənə xidmət haqqını onların əlindən almaq düzgün olmazdı”.

Deputat düşünür ki, alternativ hərbi xidmət haqda qanuna ehtiyac yoxdur: “Çünki Azərbaycan xalqı ordu-xalqdır, döyüşkəndir. Hər bir Azərbaycan gənci ordu sıralarından keçərək mətinləşmək, hərbi təcrübə qazanmaq istəyir”.

Qeyd edək ki, alternativ hərbi xidmət dedikdə arxa cəbhədə silahsız xidmət nəzərdə tutulur. Bu xidmət növü Azərbaycan Konstitusiyasında da təsbit olunub, ancaq hələlik qanun qəbul edilməyib.

Azərbaycan sülh sazişinin mətnini Ermənistanla paraflayıb. Artıq yekun sülh müqaviləsinin imzalanması gözlənilir. Bundan sonra hərbi eskalasiya riskləri minimuma endirilib. O baxımdan yanaşdıqda alternativ hərbi xidmətə keçmək zamanıdırmı?

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri  idi” Pravda.az

Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a açıqlamasında alternativ hərbi xidmətin əleyhinə olduğunu bildirdi: “Avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandıqdan sonra sərhəd xətti boyunca sakitlikdir. Bir güllə də atılmır. Digər tərəfdən, buna arxayın olub alternativ hərbi xidmətə keçid etmək, yaxud hərbi xidmət müddətini azaltmaq da doğru deyil. Bunu mərhələ-mərhələ tətbiq edib yoxlamaq lazımdır. Əgər nəticə effektiv olsa, xidmətlərdə problem yaranmır, bu məsələni gündəmə gətirmək olar. Çağırışçıları tamamilə hazırlıqsız saxlamaq da düzgün deyil. Alternativ xidmət əvəzinə, hərbi xidmətin müddətini azaltmaq olar.  Məsələn, 1 il 6 aylıq xidməti 12 aya endirmək olar. Amma 12 aylıq xidmətin müddətini azaltmaq olmaz. Fərqi yoxdur, ali təhsilli ya təhsilsiz, hər kəs üçün xidmət müddətini 12 ay etmək olar. Alternativ hərbi xidmət aşağı büdcəli şəxslər üçün də məhdudiyyət yaratmayacaq. Onlar banka gedib kredit götürəcəklər, yaxud hər hansı başqa yolla pul tapa biləcəklər. Belə olan halda orduda kim qalacaq? Bu, çox ağır nəticələr verəcək. Ona görə hesab edirəm ki, hərbi mundiri geymək lazımdır. Elə ölkələr var ki, müharibə görməyib, amma ordusu var. Vətəndaşlar istənilən ekstremal vəziyyətə hazır olmalıdırlar. Azərbaycanla həmsərhəd ölkələr Ermənistan, İran, Rusiyadır. Yəni dost ölkələrlə yanaşı, bizə xoş münasibəti olmayan ölkələrlə qonşuyuq. Buna görə də birmənalı şəkildə Azərbaycanda alternativ hərbi xidmətin əleyhinəyəm. Əgər qanun qəbul olunsa, varlıların, vəzifəlilərin övladlarına aid olacaq. Təklifləri hərtərəfli araşdırıb qərar vermək lazımdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

130 min uşaq məktəb qapısında – gülüşlərlə, göz yaşları ilə

Next

Peşə təhsilindən narazılıq – babalı nazirliklərin boynuna

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv