Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Bir çox “Avropaşüvən” və ya “Qərbşüvən” QHT-lər və fəallar var ki…” – SENSASİON AÇIQLAMA

By Vüsal Rafiqoğlu
16.09.2025 4 Min Read

Rusiya Qərb ölkələrindən fərqli olaraq, daha çox “sərt təsir” vasitələrinə üstünlük verir. Hədə-qorxu gəlmək, Rusiya mediasında təsir etmək istədikləri ölkəyə qarşı müxtəlif hədələyici yazılar, verlişlər vermək və sair.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a açıqlamasında bildirib.

Kremlin postsovet məkanındakı bir sıra ölkələrə, o cümlədən Azərbaycana təzyiq-təhdidlərindən bəhs edən S.Məmmədov vurğuladı ki, Rusiyanın sərt təsir yollarından biri də iqtisadi sanksilarlardır: “Məsələn, “pomidor sanksiyası” tipində. Bir ölkə ilə münasibətlərdə problem olan kimi həmin ölkədən idxal etdikləri məhsullarda “qüsur” tapılır. Həmçinin həmin ölkədən olan miqratlar və mənşə ölkəsi həmin ölkə olan vətəndaşlarına qarşı da basqılar başlayır və s. Əlbəttə, Rusiyanın “yumşaq təsir” və ya “yumşaq güc” alətləri də var və onların içərisində təsir etmək istədiyi ölkənin mediasi, qeyri-hökumət təşkilatları, sosial media fəalları da olur”. Hüquqşünasın sözlərinə görə, böyük dövlətlər, o cümlədən Rusiya çalışır ki, dövlət qurumlarının içərisinə də nüfuz etsin və orada ən azı onlara loyal olan vəzifəli şəxslər də olsun. QHT-lərə gəlincə, Liqa sədri bildirdi ki, Azərbaycanda Rusiyanı açıq dəstəkləyən QHT tanımır: “Amma bir çox “Avropaşüvən” və ya “Qərbşüvən” QHT-lər və fəallar var ki, guya “Avropapərəst” və “Qərbpərəst” mövqeyindədirlər, əslində isə “Şimal”ın maraqlarına xidmət edirlər. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq müzakirələri apardığı illərdə belə QHT-lər əlindən gələni edirdi ki, bu əməkdaşlıq pozulsun. Ona görə də açığı “kimin-kim olmasını” müəyyən etmək də o qədər asan deyil”.

S.Məmmədov digər məqamlara da xüsusi diqqət çəkdi: “Əlbəttə, hər bir ölkənin legitim sayılan təsir vasitələri də olur. Məsələn, Rusiya dünyada, xüsusən keçmiş Sovet respublikalarında rus dilinin qorunub – saxlanılması və inkişafı ilə bağlı səylər göstərir. Bunu Böyük Britaniya, Fransa və s. dövlətlər də edir. Ədəbiyyat, incəsənət, kinematoqrafiya, idman və s. sahələr vasitəsi ilə təsir yaratmaq əslində normal qarşılanmalıdır, əgər bunun da arxasında məkrli planlar yoxdursa. Sosial media, süni intellekt və s. yeni kütləvi alətlər əlbəttə, ayrı-ayrı ölkələrə digər dövlətlərə təsirlərini artırmaq imkanı verir. Unutmayaq ki, Sovet İttifaqının dağılmasında qısa dalğalada “xırıltılı səslə” yayımlanan ant-sovet təbliğatı əhəmiyyətli rol oynayıb”.

Qeyd edək ki, mətbuatda Rusiya prezidenti Vladimir Putinin cari ilin avqustun 29-da xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv etməsinin pərdəarxası barədə sensasion məlumatlar tirajlanıb. Bildirilir ki, məqsəd Prezident Administrasiyasının işini optimallaşdırmaq olub. Əvəzində aparatda strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə idarə yaradılıb. “Bakı-Xəbər” “The Insider” araşdırma nəşrinə istinadən yazıb ki, Kreml keçmiş SSRİ ölkələrində “yumşaq güc”ü irəlilətməyə nail olmayıb və bu da təəccüblü deyil: Ayrılan pullar əməkdaşların qonşularının və qohumlarının yeməyə getdiyi mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib. “Sözügedən idarə 2005-ci ildə Ukraynada “narıncı inqilab”dan bir il sonra yaradılıb: “Həmin hadisələr Putini çox qorxutdu və o, Prezident Administrasiyasında qonşu ölkələrdə “məxməri inqilablar”ın yaranmasının qarşısını ala biləcək, Kremlə sadiq siyasətçilərin və siyasi partiyaların təbliğatını apara biləcək şöbənin yaradılması barədə göstəriş verdi. Departamentin əməliyyat maraqlarına Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr və qondarma Abxaziya və Cənubi Osetiya respublikaları daxil olub”, məqalədə vurğulanır. Məxfi sənədlərdən o da aydın olur ki, Azərbaycanla bağlı fəaliyyətlərə Xarici Kəşfiyyat Ximətinin zabiti Valeri Çernışov rəhbərlik edib: “Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbçilər və ictimai xadimlər barədə məlumatlar gəlirdi. Xarici Kəşfiyyat Ximətinin digər zabiti Dmitri Avanesov isə Ermənistandakı vəziyyəti izləyib. “The İnsider”-in ixtiyarında Ermənistan hökumətindəki “köstəbək”dən xəbərlər var, o, Avanesova Baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verib”. Məqalədə daha sonra bildirilir: “O da qeyd olunur ki, xarici ölkələrlə mədəni əlaqələr departamenti Rusiya Prezident Administrasiyası başçısının müavini Dmitri Kozak üçün qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi. Dmitri Kozaka “Azərbaycan” şöbəsinin məruzəsində deyilirdi ki, Azərbaycanda Rusiya QHT-lərini gücləndirmək məqsədəuyğundur. “Azərbaycan” departamentinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik: “Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün “yumşaq güc” alətinin yaradılmasına kömək edərdi. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, kütləvi informasiya vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır… Emissarlar Azərbaycana tez-tez gəlməyə başladı, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu…” Yazının sensasion digər hissəsi də diqqət çəkir: “Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The İnsider”ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: “Mənim hesablamalarıma görə, Azərbaycanla “dostluğa” yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də çox şey formal qeyd üçün və ya “balalayka diplomatiyası” ruhunda edildi. Və onlar həmişə içdilər, içdilər və içdilər…”

Görünən budur ki, şimal qonşumuz “daş”ı ətəyindən töküb, normal münasibətlər, qarşılıqlı hörmət əsasında əlaqələr qurmaqda maraqlı deyil. Dövlət başçımızın Azərbaycanla təhdid dilində danışan hər kəsə və böyük-kiçikliyindən asılı olmayaraq, hər bir dövlətə ünvanlı xəbərdarlığı burada yerinə düşür: “Peşman olacaqlar!” Eyni zamanda hüquqşünas ekspertimizin xatırlatdığı “bir çox “Avropaşüvən” və ya “Qərbşüvən” QHT-lər və fəallar” – “Şimal”ın maraqlarına xidmət edənlər də bu xəbərdarlığı unutmasınlar!

E.Paşasoy,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar

Next

Piştaxtalarda zay məhsullar – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv