Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azad Qarabağda erməninin iki təhlükəli “mirası”

By Vüsal Rafiqoğlu
18.09.2025 3 Min Read

İşğalçı qüvvələrin basdırdıqları silah-sursat və minalar hələ də çətinliklər yaratmaqdadır

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib. 

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Bundan əvvəl isə Xankəndidə erməniəsilli sakin gizlədiyi yerdən silah götürərək cinayətə əl atıb.

Görünən budur ki, antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah olunsa da, onlardan qalan “miras” var. İşğalçı qüvvələrin qoyduğu digər bir “iz” isə mina problemidir. Bu gün erməni silahlı dəstələri ərazilərimizdə olmasa da, onların basdırdıqları silah-sursat və minalar hələ də çətinliklər yaratmaqdadır.

Deməli, hələ uzun müddət Qarabağda təmizləmə işləri aparmaq lazım gələcək. Həmçinin bəlli olur ki, xeyli silah-sursat hələ də ərazilərimizdə qalıb. Doğrudur, hüquq-mühafizə orqanları hərtərəfli iş aparır, amma ermənilər bu coğrafiyanı yaxşı tanıyırlar, 30 ildən çox bu torpaqlara, meşələrə, dağlara nəzarət edə bilməmişik, bu da nəticədə ağıla gəlməyən yerlərdə silah-sursat gizlədilməsinə səbəb olur.

NATİQ.jpeg (75 KB)

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyb ki, azad Qarabağ torpaqlarında erməni işğalçı qüvvələrinin qoyduğu izlər – aşkar olunan külli miqdarda silah-sursat bir daha təsdiqləyir ki, işğal dönəmində basdırılmış silahlar hələ də ölkəmiz üçün real təhlükə yaradır: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu sursatların yerləşdirilməsi xüsusi olaraq seçilmiş nöqtələrdədir. İşğalçılar 30 il boyunca bu əraziləri tanıyıb və hər bir dağlıq, meşəlik sahəni öz təhlükəli arsenallarını gizlətmək üçün istifadə ediblər. Bu o deməkdir ki, aşkar edilən silahlar yalnız fiziki təhlükə yaratmır, həm də potensial terror və cinayət hadisələrinin mənbəyi ola bilər. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar isə uzunmüddətli təhlükədir. Minalanmış ərazilərin xəritəsi tam dəqiqliklə məlum deyil və bu, həm hərbi əməliyyatlar, həm də humanitar minatəmizləmə işlərini çətinləşdirir. Minatəmizləmə yalnız texniki proses deyil, strateji təhlükəsizliyin təminatıdır. Həmçinin Xankəndidə aşkar edilmiş gizli silahın cinayətə səbəb olması göstərir ki, erməni tərəfi hələ də regionun destabilizasiyasını planlaşdırır. Bu vəziyyət hüquq-mühafizə orqanlarının əməliyyatlarının davamlı və sistemli olmasının vacibliyini ortaya qoyur. Qarabağda təhlükəsizlik yalnız hərbi mövcudluğun aradan qaldırılması ilə deyil, həm də erməninin qoyduğu silah-sursat və minaların tam təmizlənməsi ilə təmin edilə bilər. Bu isə uzunmüddətli, planlı və koordinasiyalı hərbi-hüquqi fəaliyyət tələb edir. Azərbaycanın hazırkı əməliyyatları bu prosesin yalnız ilkin mərhələsidir və qarşıda hələ ciddi təhlükəsizlik çağırışları mövcuddur. Bu, təkcə antiterror əməliyyatlarının nəticəsi deyil, həm də Ermənistanın uzun illər boyu torpaqlarımızda gizlədilmiş və məqsədli şəkildə yerləşdirilmiş “mirasının” açıq göstəricisidir. Xankəndidə bir erməni sakinin gizlətdiyi silahla cinayət törətməsi isə məsələnin nə qədər həssas olduğunu ortaya qoyur. Bundan əlavə, işğalçı qüvvələrin basdırdığı minalar da hələ uzun müddət bölgədə təhlükə mənbəyi olaraq qalacaq. Bu isə təkcə təhlükəsizlik problemi deyil, həm də minatəmizləmə əməliyyatlarının nə qədər çətin və genişmiqyaslı olacağını göstərir. 30 ildən artıq işğal altında qalan bu torpaqlarda, dağlarda, meşələrdə gizlədilmiş silah və partlayıcı maddələrin tam şəkildə aşkarlanması və təmizlənməsi asan olmayacaq”.

Natiq Ələsgərov deyib ki, Qarabağda düşmənin izlərinin aradan qaldırılması uzunmüddətli və planlı bir prosesdir: “Hüquq-mühafizə orqanlarının əməliyyatları  mütəmadi davam edir, amma qarşıda həm humanitar, həm də təhlükəsizlik baxımından hələ böyük işlər durur. İşğalın ağır mirasları olan silah-sursat və minalar Azərbaycan üçün hələ uzun müddət ciddi çağırış olacaq”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nizami rayonunda ev yanır – VİDEO

Next

Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər?- Üç dəfə bəraət alıb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv