Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Müstəqillikdən tam suverenliyə: Azərbaycanın yüzillik yol xəritəsi

By Vüsal Rafiqoğlu
20.09.2025 5 Min Read

Dövlət üçün suverenlikdən və müstəqillikdən, vətəndaş üçünsə azadlıqdan müqəddəs heç nə yoxdur. Zəngin tarixi keçmişi olan Azərbaycan xalqı azad yaşamaq üçün həmişə mübarizə aparmışdır. Xalqımız bir gerçəkliyi heç vaxt unutmamışdır: suveren dövlət qurmadan azad yaşamaq mümkün deyildir.

Azərbaycan 1918–1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarixi nöqteyi-nəzərdən 23 ay çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.

30 il əvvəl Azərbaycanın müstəqilliyi gecmi elan edildi? - şahidlər danışır  - BBC News Azərbaycanca

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik, dünyəvi və suveren dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi.

Müstəqil, azad və suveren Azərbaycan dövlətini dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Lakin müstəqilliyimizin ilk illərində xalqımız sözün həqiqi mənasında ağır və məşəqqətli günlər yaşamağa başladı. 1988-ci ildən Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı torpaq iddiası irəli sürmüşdü. Bunun nəticəsində Ermənistandakı doğma torpaqlarından deportasiya edilmiş soydaşlarımız Azərbaycana pənah gətirmişdi. Torpaqlarımızda amansız müharibə gedirdi. Qarabağın dağlıq hissəsi və həmçinin ətrafdakı ərazilər erməni quldurları tərəfindən işğala məruz qalmışdı. Bu səbəbdən də işğal olunmuş ərazilərimizdə Azərbaycanın suverenliyi pozulmuşdu.

Azərbaycan dövlətçiliyinin başının üzərini qara buludlar aldığı bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri vacib, taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər. Belə bir ərəfədə xalqımız dövlətimizin pozulmuş suverenliyinin bərpası üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edən Heydər Əliyevə üz tutmaq məcburiyyətində qaldı.

Naxçıvan Ali Məclisinin sədri hansı halda vəzifəsini itirə bilər?.. |  Modern.az

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlməsi, əvvəl Milli Məclisin sədri seçilməsi, sonra Prezidentin səlahiyyətlərini icra etməsi və daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan dövlətini məhv olma təhlükəsindən xilas etdi və xalqımızın üzləşdiyi vətəndaş müharibəsinin qarşısını aldı.

Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Dövlətimizin suverenliyinin pozulmasının əsasını Qarabağ uğrunda gedən döyüşlər təşkil edirdi. Ulu öndər Heydər Əliyev bunu yaxşı bilirdi. Onu da bilirdi ki, o dövr üçün müasir hesab olunan silah-sursatla, hərbi texnika ilə təchiz edilmiş Ermənistan dövlətinə və Dağlıq Qarabağdakı erməni separatçılarına qarşı mütəşəkkil olmayan silahlı dəstələrlə mübarizə aparmaq çox çətin işdir. Ona görə də atəşkəs əldə edib güclü dövlət qurmaq və qüdrətli ordu yaradaraq mübarizə aparmaq lazım idi. Məhz bu prinsipləri həyata keçirməyə üstünlük verən ümummilli lider Heydər Əliyev 1994-cü ilin mayında Ermənistan Respublikası ilə atəşkəs haqqında müqavilə imzaladı. Bundan sonra Azərbaycan dövlətinin intibah dövrü başlandı. Ordu quruculuğu dövlətin əsas strategiyasını təşkil etdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Beynəlxalq əhəmiyyət daşıyan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz xətti, “Şahdəniz-2”, TANAP və TAP kimi layihələr “Əsrin müqaviləsi”nin mühüm və uğurlu nəticələridir.

Ancaq təəssüf ki, Azərbaycan dövlətinin pozulmuş suverenliyinin bərpası ümummilli lider Heydər Əliyevə nəsib olmadı. Sevindirici haldır ki, Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev suverenliyimizin bərpası istiqamətində yorulmadan çalışdı.

İlham Əliyev Azərbaycan dövlətçiliyinin keşiyində duran qüdrətli liderdir -  AZƏRTAC

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsaslanaraq Prezident İlham Əliyev 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu nəzərə alaraq hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsinə dair 19 sentyabr 2024-cü il tarixli sərəncam imzaladı.

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması təkcə yubiley xarakteri daşımır. Bu qərar dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və hüquqi dövlətin inkişafına xidmət edir.

Azərbaycanın dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biridir və bir çox ekspertlər bunu onun ən böyük xidmətlərindən hesab edirlər.

1726820946346.jpg (133 KB)

Bu fikri əsaslandırmaq üçün bir neçə mühüm məqamı vurğulamaq olar:

• 2003-cü ildən bəri müstəqilliyin möhkəmləndirilməsi İlham Əliyevin prezident kimi ölkənin müstəqil xarici və daxili siyasət xəttini davam etdirməsi ilə Azərbaycanın beynəlxalq arenada suveren qərar vermə imkanlarını genişləndirdi.

• Azərbaycanın öz enerji resurslarının idarə olunması, transmilli layihələrdə müstəqil mövqeyi suverenlik prinsipini gücləndirdi.

• Silahlı qüvvələrin modernləşdirilməsi və müdafiə sənayesinin inkişafı dövlətin öz ərazi bütövlüyünü qoruma qabiliyyətini artırdı. Bu isə suverenliyin əsas dayaqlarından biridir.

• 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazilərinin böyük hissəsinin işğaldan azad edilməsi dövlət suverenliyinin bərpasında dönüş nöqtəsi oldu. Bu proses həm siyasi, həm də hərbi baxımdan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi.

• Azərbaycan müxtəlif qlobal güclərlə balanslı əməkdaşlıq siyasəti – həm Qərb, həm də qonşu region dövlətləri ilə strateji münasibətlər – suveren qərarvermə imkanlarını qoruyub saxladı.

Prezident İlham Əliyevin fərmanı ilə 20 sentyabrın “Dövlət Suverenliyi Günü” kimi təsis olunması tarixi irsin qorunmasına və milli kimliyin gücləndirilməsinə xidmət edən addımdır. Bu səbəblərə görə, dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi İlham Əliyevin siyasi irsində əsas xidmətlərdən biri kimi qiymətləndirilir.

Azərbaycanın dövlət suverenliyi yalnız 1991-ci ildə müstəqilliyin elan edilməsi ilə deyil, sonrakı illərdə bu müstəqilliyin praktik məzmuna qovuşması ilə gerçəkləşdi. Prezident İlham Əliyevin 2003–2025-ci illər ərzində həyata keçirdiyi çoxşaxəli siyasət – iqtisadi, hərbi, diplomatik və ideoloji sahələrdə atdığı addımlar – bu prosesi tamamladı. Buna görə də müasir dövrdə dövlət suverenliyinin möhkəmləndirilməsi və qorunması onun ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir.

Vüqar Sərdarov
YAP Səbail rayon ərazi təşkilatının sədri,
Azərbaycan Respublikası Auditorlar Palatası
Beynəlxalq Əlaqələr şöbəsinin müdiri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Putinin adamı Paşinyanın reytinqinə çatır – Ermənistanda çevriliş ssenarisi

Next

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv