Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

SOCAR “Italiana Petroli” şirkətinin səhmlərini ALDI

By Vüsal Rafiqoğlu
23.09.2025 2 Min Read

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82 %-lik səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb.

Bu barədə Musavat.com-a SOCAR-dan məlumat verilib.

Əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq. Qeyd edək ki, sövdələşmə SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A” prosesinin nəticəsidir.

“Italiana Petroli” İtaliyanın ən iri inteqrə olunmuş “downstream” platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.

Şirkət peşəkar yerli idarəçi komandası, təhlükəsizlik və səmərəliliyə yönəlik fəaliyyəti ilə tanınır, müştərilər və fəaliyyət göstərdiyi icmalar arasında güclü reputasiya qazanıb. SOCAR IP-nin möhkəm bazar mövqeyini qorumaq və gücləndirmək üçün yerli komanda ilə əməkdaşlığı davam etdirməyi, müştərilərinə və tərəfdaşlarına yüksək keyfiyyətli xidmətlərin davamlı çatdırılmasını təmin etməyi planlaşdırır. Şirkət həmçinin işçi qüvvəsini ixtisar etməyəcək və ətraf mühitə hörmət prinsiplərini İtaliyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi saxlayacaq.

Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

“API Holding” isə detallı seçim prosesindən sonra SOCAR-ın institusional profili və zəngin biznes təcrübəsini nəzərə alaraq IP-dəki bütün payını satmaq qərarına gəlib. Qrup hesab edir ki, etibarlı nüfuza malik beynəlxalq sənaye şirkətinə satış IP-yə idarəetmədə mükəmməllik axtarışını davam etdirməyə, korporativ istedadların dəyərləndirilməsinə, qlobal miqyasda mövqelərin gücləndirilməsinə və Aralıq dənizində strateji mərkəz kimi rolunun möhkəmlənməsinə imkan verəcək.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, “Italiana Petroli”nin alınması Azərbaycan şirkətinin beynəlxalq səviyyədə diversifikasiyasında mühüm addımdır: “Bu, rəqabətədavamlı, innovativ və sosial məsuliyyətli biznesin inkişafına uzunmüddətli sadiqliyimizi göstərir, Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanla İtaliya arasında tərəfdaşlığı daha da gücləndirir”.

“Italiana Petroli”nin sədri Uqo Braketti Peretti isə söyləyib ki, IP yanacaq sektorunda İtaliya səviyyəsində istinad nöqtəsi olub və qalmaqda davam edir, həmçinin ölkədə mobillik və enerji təhlükəsizliyi əsas aktordur: “90 ildən artıq müddətdə İtaliyanın önəmli şirkətlərindən birinə çevrilmiş bu quruma rəhbərlik etdikdən sonra biz gələcək sahiblərə bilik, qeyri-adi peşəkarlar, zəngin təcrübə və innovasiya etməkdə müstəsna bacarıqdan ibarət möhkəm bir miras buraxmaqdan qürur duyuruq.

İdarə heyətinə və bütün əməkdaşlara səmimi təşəkkürümüzü ifadə edirik. Onların səmərəli fədakarlığı sayəsində əla nəticələrimiz reallığa çevrildi və bu şirkət bazarda əsas oyunçulardan birinə çevrilərək yüksək səviyyəli beynəlxalq qurumlardan investisiyalar cəlb etmək gücünə malik olub”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ABŞ səfiri: İrəvan və Bakı sülh sazişini imzalamalı və ratifikasiya etməlidir

Next

Növbəti peşə tanınması imtahanı keçiriləcək

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv