Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qloballaşan elmin yeni üfüqləri: Transmilli əməkdaşlıq nə vəd edir?

By Vüsal Rafiqoğlu
24.09.2025 2 Min Read

Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti” (THE Eurasia Universities Summit 2025) transmilli tədqiqatların və təhsilin yeni imkanlarının müzakirəsi üçün strateji platforma rolunu oynayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Ceyran Bəbirova “İki sahil”ə bildirib ki, sammitin mövzusu  olan “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” elm, təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqənin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bu sahə həm Azərbaycan, həm də Avrasiya regionu üçün prioritetlərdəndir.

Ceyran Bəbirovanın sözlərinə görə, transmilli tədqiqatların əsas mahiyyəti müxtəlif ölkələrin alim və institutlarını bir araya gətirərək bilik və resursların paylaşılmasına, fərqli yanaşmaların inteqrasiyasına və çətin qlobal problemlərin birgə həllinə imkan yaratmaqdır. Bu əməkdaşlıq yalnız yaradıcılığı və elmi innovasiyaları təşviq etmir, həm də daha geniş maliyyə mənbələrinin cəlbinə şərait yaradır. Beynəlxalq təcrübə göstərir ki, hökumətlər, universitetlər və şirkətlər transmilli layihələrə xüsusi maraq göstərirlər. Avropa İttifaqının “Horizon Europe” (2021–2027) proqramı bu baxımdan diqqətəlayiq nümunədir. Təqribən 95,5 milyard avro həcmində maliyyə vəsaitinə malik olan proqram qlobal problemlərin həllinə istiqamətlənmiş yüzlərlə elmi-tədqiqat və innovasiya layihəsini dəstəkləməklə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və biliklərin transformasiyasına əhəmiyyətli töhfə verir.  Qafqaz və Mərkəzi Asiya regionunda həyata keçirilən “CARSI” layihəsi sosial innovasiya sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir. Eyni zamanda, regionda fəaliyyət göstərən “Caucasus Research Resource Centers” şəbəkəsi sosial elmlər üzrə tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və məlumat bazasının zənginləşdirilməsinə yönəlmiş transmilli təşəbbüslərdən biri hesab olunur.

İİTKM-nin aparıcı məsləhətçisi vurğulayıb ki, transmilli əməkdaşlığın mühüm istiqamətlərindən biri də beynəlxalq filial kampuslarıdır. Hazırda bu kampusların 21%-i ABŞ-da, 24%-i Fransada, 15%-i Böyük Britaniyada yerləşir. Çin, Sinqapur, Malayziya, BƏƏ və Avstraliya isə ali təhsil sistemlərini beynəlmiləlləşdirmək məqsədilə sürətlə yeni filial kampusları açırlar. Xüsusilə, BƏƏ və Özbəkistan kimi ölkələr beynəlxalq filial kampuslarının sayını sürətlə artıraraq ali təhsilin beynəlmiləlləşməsini təşviq edirlər. Bu kampuslarda təhsil alan tələbələr həm təhsil aldıqları ölkələrin, həm də kampusu yaradan ölkələrin əmək bazarına inteqrasiya imkanları qazanır. Nümunə olaraq demək olar ki, “Transnational Education” vasitəsilə Böyük Britaniya universitetlərinin proqramlarında iştirak edən tələbələrin böyük bir hissəsi sonradan həmin ölkədə işlə təmin olunur və bu da transmilli təhsilin həm akademik, həm də iqtisadi faydalarını nümayiş etdirir.

Ceyran Bəbirova bildirib ki, “Times Higher Education” (THE) tərəfindən yayımlanan hesabatda beynəlxalq tələbələrin sayının 2024-cü ildə 6,9 milyon nəfərə çatdığı bildirilir, 2030-cu ildə isə 10 milyon nəfərə yüksələcəyi proqnozlaşdırılır. Bu tendensiyalar transmilli təhsilin qlobal əhəmiyyətini daha da gücləndirir, bilik və innovasiya axınının intensivləşməsinə, eləcə də müxtəlif ölkələr arasında mədəni, sosial və iqtisadi inteqrasiyanın dərinləşməsinə zəmin yaradır. Transmilli tədqiqat və təhsilin inkişafı universitetlərin beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasına, insan kapitalının inkişafına və qlobal çağırışların həllinə əhəmiyyətli töhfələr verə bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentlə xanımı rəsmi qəbulda – FOTOLAR

Next

Prezident İlham Əliyevin Nyu-Yorka səfərindən önəmli detallar

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv