Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ağrıdağdan sonra növbədə Göyçə! İrəvanda panika

By Vüsal Rafiqoğlu
25.09.2025 3 Min Read

Erməni müxalifəti Paşinyana qarşı ağılasığmaz iddialar irəli sürür 

Ermənistan hökumətinin noyabrın 1-dən etibarən sərhəd-keçid möhürlərindən Ağrıdağın təsvirini çıxarmaq barədə qəbul etdiyi qərar erməni ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müxalif qüvvələr Paşinyan hakimiyyətini Ermənistanın maraqlarını Azərbaycan və Türkiyəyə “satmaqda” ittiham edirlər. Publika.az xəbər verir ki, bu müzakirələrdə “Sputnik Ermənistan”ın köşə yazarı Sergey Bablumyanın “Ararat (Ağrı) hissi” itəndə: dağın arxasınca Sevandan (Göyçədən) imtina gələcəkmi?” sərlövhəli məqaləsi diqqət çəkir. 

Bablumyan iddia edir ki, hökumət Ermənistanın daxili siyasəti ilə bağlı qərarlar qəbul edərkən, Bakı və Ankaranın tələblərini nəzərə alır: “Rəsmi İrəvan artıq ermənilər üçün vacib olan atributlardan üz döndərməyə başlayıb. Araratla bağlı qərar bu ilin 11 sentyabrında – Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana gəlməsindən bir-iki gün əvvəl verilib. Bu, Türkiyəyə edilən hədiyyədir. Aydındır ki, hökumətin qərarı hər şeyi bir gecədə yaddaşdan silə bilməyəcək, lakin bu, zaman məsələsidir. Bundan sonra ermənilərə Araratı Ağrıdağ adlandırmaq öyrədilsə, gələcək nəsil üçün bu, adi toponimə çevriləcək”. 

Erməni yazar Paşinyanın ordunu da ixtisar etməsinə diqqət çəkir. “Araratdan sonra növbə Sevana, Azərbaycanın təbirincə desək, Göyçəyə çatacaq”, – o bildirib. 

Erməni mediasında bu qorxu və panika nə ilə bağlıdır? Göyçə gölünə nəzarət Azərbaycan Orudusuna keçə bilərmi? 

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb” |  Modern.az

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan böyük cinayətkar revanşistlər ordusu ilə üz-üzə qalıb: “Azərbaycandan qisas almaq istəyənlər də ona qarşıdır, Rusiyanın qisasını almaq istəyənlər də ona qarşıdır. Son vaxtlar Rusiyanın Ermənistanda himayə etdiyi media Paşinyana qarşı daha da fəallaşıb. Özləri də yaxşı bilir ki, Paşinyan həqiqətən “real bir Ermənistan” qurmaq istəyir. Ancaq onlara real Ermənistan lazım deyil, revanşçılara  “dağların dalında görünməyən, mənasız uydurma hədəflərdən başı gicəllənən  və qonşularla vuruşan Ermənistan” lazımdır. Revanşçılar hətta ən ağlasığmaz ittihamları belə Paşinyana yağdırırlar. Bu zaman fərqinə varmırlar ki, cəmiyyət buna inanacaq, ya yox. Məqsəd odur ki, təki cəmiyyətin hansısa hissəsinin “sarı simlərinə” kiçik də olsa toxuna bilsinlər. Azərbaycanın Göyçə gölünü ələ keçirməsi təhlükəsinin olduğu kimi yazılar, açıqlamalar da ağlasığmaz bir uydurmadır. Paşinyan revanşçılara elə bir od qoyub ki, onlar hələ çox absurdlar uyduracaqlar. Ancaq Paşinyan çox böyük çətinliklə Ermənistan üçün həqiqi dövlətə xas inkişaf yoluna çıxa bilib. Paşinyan “xarabalıq bayquşlarına” uymadan öz siyasətini Azərbaycan və Türkiyə reallıqları ilə uzlaşdırmaqda davam etməlidir”. 

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

Siyasi şərhçi Əli Orucov isə dedi ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik pik həddə çatacaq və proses artıq sürət götürüb: “Əsasən revanşistlərdən ibarət müxalifət cinahı isterik vəziyyətdədir. Onlar özləri də yaxşı fərqindədirlər ki, xalq onlara inanmır, onların arxasınca getmir. Növbəti seçkilərdə də xalqın onlara dəstək verməyəcəyini hiss edirlər. Buna görə də bütün gücləri ilə özlərinə düşmən bildikləri Nikol Paşinyanı qaralamaq, gözdən salmaq, şərləmək kampaniyası aparırlar. Nikol Paşinyan Ermənistanın heç də qədim olmayan tarixində ilk erməni liderdir ki, qonşularla, xüsusən Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin ölkəsinin gələcəyinin təminatı olduğunu düşünür və bu düşüncəyə uyğun siyasi xətti yürütməyə çalışır. Revanşistlər isə bunu Paşinyanın satqınlığı, Azərbaycanın və Türkiyənin diktəsi ilə fəaliyyət göstərdiyi kimi qələmə verirlər. Revanşistlər Ermənistana sülh, yaxşı gələcəyin yolunu göstərən Paşinyanı bu şəkildə hədəfə alsalar da özləri alternativ təqdim edə bilmirlər. Onlar 35 il bundan öncə necə idilərsə, hansı xəttin tərəfdarı idilərsə indi də elə qalıblar. Bu xətt isə tarix göstərdi ki, Ermənistanı dalan dövlətinə, acınacaqlı vəziyyətə düşən dövlətə, erməni xalqını isə hazırkı acınacaqlı duruma gətirib çıxardı. Deməli, revanşist müxalifət Paşinyanı yıxıb Ermənistanı yenidən bəlalarla üz-üzə qoymaq, yenidən müharibəyə başlayıb erməni gənclərinin məhvini davam etdirmək yolunu təqdim edirlər. Elə buna görə də erməni xalqının artıq böyük hissəsi həmin revanşistlərə dəstək vermir və verməyəcək. Nikol Paşinyanın bu mənada bəxti gətirib ki, bu cür müxalifəti var”. 

O ki qaldı Ermənistanın müxalifətə bağlı mediasında guya Paşinyanın Göyçəni Azərbaycana verəcəyi, növbənin Göyçəyə çatacağı barədə iddialarına, ekspert dedi ki, bu da Paşinyana qarşı növbəti uydurma qara piardır: “Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası aparılır və proses davam edəcək. Göyçənin Azərbaycana veriləcəyi mövzusunun gündəmdə olduğu haqda bu günə qədər heç bir rəsmi informasiya olmayıb. Azərbaycanın heç bir ölkənin BMT tərəfindən tanınan ərazilərində gözü yoxdur. Göyçə tarixən azərbaycanlıların torpağı olub. Azərbaycan istəsəydi, İkinci Qarabağ müharibəsi zamanı Göyçəni güc yolu ilə alardı. Lakin Azərbaycan bunu etmədi. Çünki belə bir niyyəti yox idi. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, azərbaycanlılar tarixi ata-baba yurdlarına, doğma torpaqlarına dinc şəraitdə qayıtsınlar, Ermənistan dövləti buna şərait yaratsın. Bu mövqe Ermənistanın ərazi bütövlüyünə qarşı mövqe deyil”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaslardakı kimi toylarda da qadağa olacaq

Next

Zəfərə aparan yolun 5 ili – Azərbaycanın yeni hədəfi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv