Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

SSRİ-yə “yas tutanların” qorxunc planı

By Vüsal Rafiqoğlu
30.09.2025 3 Min Read

Putinin “rus torpaqlarını birləşdirmək” ideyası gerçəkləşə bilərmi?

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Almaniyanın keçmiş kansleri Angela Merkeli sərt tənqid edib. Səbəb Merkelin SSRİ-nin süqutunu təqdir etməsi, bunu “həyatının ən xoşbəxt anı” sayması olub. Volodinə görə, bu cür şərhlər Qərbin Rusiyaya qarşı mənfi münasibətini nümayiş etdirir, Qərb siyasətçilərinin Rusiyanı zəif görmək, hətta yox olmaq istəyini əks etdirir.

“SSRİ-nin dağılmasından danışan prezidentimiz (Putin – red.) bunu 20-ci əsrin ən böyük fəlakəti adlandırıb. Merkel isə deyir ki, bu, onun həyatının sevincidir”, – spiker gileylənib. Angela Merkel məgər haqlı deyil? “Qırmızı imperiyanın” süqutuna niyə hamı sevinməsin? Görəsən, niyə yalnız ruslar, Kreml hələ də SSRİ-yə “yas” tutur? Bu, Moskvanın bəd niyyətlərindən xəbər vermirmi?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov "Yeni TV"-nin  canlı yayımında

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzini rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Vladimir Putin SSRİ-nin dağılmasına bir neçə dəfə münasibətini ifadə edib və müxtəlif formalarda onu faciə, fəlakət adlandırıb: “Ancaq ən səmimi fikirləri Rusiya “Ən yeni tarix” filmində deyib. Bəyan edib ki, SSRİ-nin dağılması faciə və tarixi Rusiyanın parçalanması idi. Filmdə sonra deyilir ki, tarixi Rusiya dövləti ərazisinin 40 faizini itirdi, müəssislərini itirdi, əhalisi azaldı və min il ərzində formalaşan hər şey əldən çıxdı.

Putin isə SSRİ-nin dağılmasını həm də öz faciəsi kimi qiymətləndirir, deyir ki, SSRİ-nin yenicə dağıldığı vaxtlarda taksi sürücüsü kimi işləyib ailəsini dolandırmağa məcbur qalıb. Hərçənd ki, onun Sankt-Peterburq Sobçakın köməkçisi işləyərkən kifayət qədər maliyyə imkanları qazandığı hamıya məlumdur. Putin bu məsələyə dönə-dönə qayıdıb.

Təbiidir ki, bizim hamımızın xoşbəxtliyidir ki, SSRİ deyilən imperiyanın çöküşünün şahidi olduq və müstəqil dövlətimizi qurduq. Eyni zamanda SSRİ-nin parçalanması dünyada da çox ciddi dəyişikliklərə gətirib çıxardı və müəyyən qədər Reyqanın “şər imperiyası” adlandırdığı dövlət öz gücünü itirdi. Bu səbəbdən SSRİ-nin süqutu keçmiş sovet respublikalarının hamısı üçün tarixlərinin ən böyük hadisəsidir və Rusiyadan başqa hamı bu faktı sevinclə xatırlayır. Rusiya hesab edir ki, SSRİ süqut etmədi, böyük Rusiya süqut etdi.

Təbiidir ki, bu, Moskvanın bəd niyyətlərindən xəbər verir. Bunu Vladimir Putin gizlətmir də. 9 iyun 2022-ci ildə gənc sahibkarlarla görüşəndə Putin açıq şəkildə dedi ki, Pyotr rus torpaqlarını toparladı və möhkəmləndirdi, indi həmin missiya bizim üzərimizə düşüb, rus torpaqlarını toplamaq və dövləti möhkəmləndirmək. Bundan açıq nə demək olar? Hətta bunu deməsə də davranış göstərir ki, Rusiya hakimiyyəti keçmiş imperiyanı hansısa formada bərpa eləmək istəyir”.

Siyasi şərhçi hesab edir ki, bu, keçmiş Sovet Sosialist Respublikaları İttifaqı kimi baş verməyəcək: “Bu səbəbdən imperiyanın bərpa olunmasının müxtəlif ölkələrdə, o cümlədən bizdə də olan həvəskarları deyirlər SSRİ-nin bərpa olunması qeyri-mümkündür. Ancaq rus imperiyasını hansısa formada bərpa eləmək, əraziləri geri qaytarmaq və Putinin sözləri ilə desək, rus torpaqlarını toparlamaq onların əsas arzusudur. Keçmiş SSRİ-də olan və bu gün müstəqil olan dövlətlərin vətəndaşları bunun qarşısını almaq üçün əlindən gələni etməlidir. Əslində Putinin toparlamaq istiqamətində atdığı ilk addım Ukrayna müharibəsi oldu. Ukrayna ərazisini nəzarətə götürdükdən sonra digərləri onun ardınca gəlməli idi. Ukraynanın müqaviməti bu planları müəyyən qədər pozdu. Ancaq bu müqavimət nə qədər davam eləyəcək sualı qarşıda dayanır. Ukraynanın Rusiya qarşısında dayana bilməsi üçün ona göstərilən yardımlar artırılmalıdır. 2023-2024-cü illərdə hər il Ukraynaya 80 milyard dollar yardım edilib.

Onun yarısı hərbi yardım olub. İndi ABŞ yardımı dayandırıb və bu səbəbdən Avropa ən azı 80 milyard dollar hər il Ukraynaya yardım göstərməlidir ki, Ukrayna dayana bilsin. Ukraynanın irəli getməsi üçün isə yardımlar təxminən 100 milyard dollar səviyyəsinə qalxmalıdır. Avropa isə etiraf edir ki, bizim o gücümüz yoxdur. Bu şəraitdə Ukrayna nə qədər dayana biləcək, çox ağır bir sualdır. Real kömək təəssüf ki, göstərilmir. Rusiya bundan sonra Ukrayna müharibəsində çox ciddi yaralar almasa, digər ölkələrin ərazisini işğal etmək həvəsi davam edəcək və artacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Leyla və Arzu Əliyevalardan Cabir İmanovla bağlı paylaşım – FOTOLAR

Next

Bakıdan İrəvana möhlət – Şok tarix açıqlandı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv