Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

45 dəqiqəlik sistem köhnəlib?

By Vüsal Rafiqoğlu
01.10.2025 3 Min Read

Təhsil mütəxəssislərindən yeni təklif

Son zamanlar təhsil mütəxəssisləri və pedaqoqlar arasında ən çox müzakirə olunan məsələlərdən biri məktəblərdə dərs saatlarının müddəti və tənəffüslərin vaxtıdır. Xüsusilə ibtidai siniflərdə dərs saatlarının 45 dəqiqə yox, 30-35 dəqiqə olması, eyni zamanda tənəffüslərin 5 dəqiqə əvəzinə 10-15 dəqiqə müəyyənləşdirilməsi təklif olunur. Bu, sadəcə, nəzəri fikir deyil, həm də elmi araşdırmalarla təsdiqlənmiş bir zərurətdir.

Psixoloqların və pedaqoqların apardıqları tədqiqatlara görə, ibtidai sinif yaş qrupunda şagirdlərin diqqəti aktiv şəkildə cəmi 20-25 dəqiqə toplanmış olur. Daha uzun müddət davam edən dərslər isə şagirdlərdə yorğunluq, diqqət dağınıqlığı və öyrənmə həvəsinin azalmasına gətirib çıxarır. Hazırkı 45 dəqiqəlik dərs sistemi şagirdlərdən maksimum deyil, əksinə, minimum nəticə alır.

Mütəxəssislərin fikrincə, uşaqların uzun müddət parta arxasında hərəkətsiz oturması onların yalnız psixoloji durumuna deyil, həm də fiziki sağlamlığına mənfi təsir göstərir. Bu isə gələcəkdə həm təhsil nəticələrinə, həm də ümumi həyat keyfiyyətinə zərər verə bilər.

Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dərs müddətinin qısaldılması və tənəffüslərin artırılması təhsilin keyfiyyətinə mənfi deyil, əksinə, müsbət təsir göstərir.

Finlandiya təhsil sistemi artıq uzun illərdir dünya üzrə ən uğurlu sistemlərdən biri kimi qəbul olunur. Burada dərslərin müddəti 30-35 dəqiqədir. Hər dərsdən sonra uşaqlara 15 dəqiqəlik fasilə verilir. Günlük dərs sayı isə cəmi 3-4-dür. Burada əsas prinsip belədir: “Çox öyrətmək yox, yaxşı öyrətmək.”

Yaponiyada gündəlik dərs sayı 4-5 olmaqla yanaşı, dərslər arasında 10-15 dəqiqəlik fasilələr mövcuddur. Məktəblərdə uşaqlar yalnız akademik bilik almır, həm də sosial və emosional bacarıqlarını inkişaf etdirirlər. Şagirdlər məktəbin təmizliyində iştirak edir, bu da onlarda həm əmək vərdişlərini, həm də sosial məsuliyyət hissini gücləndirir.

İsveçdə təhsilin əsas məqsədi stressiz və yaradıcı mühitin qurulmasıdır. Burada rəqabət minimuma endirilir, uşaqlar dərsdən sonra oyun və istirahət zonalarında dincəlir, bu isə onların kreativ düşüncə və özünüifadə bacarıqlarını inkişaf etdirir.

Bu ölkələrin təcrübəsi göstərir ki, dərs saatlarının azaldılması və tənəffüslərin artırılması uşaqların akademik nəticələrinə mənfi təsir etmir, əksinə, onların intellektual və emosional inkişafını sürətləndirir.

Mütəxəssislər qeyd edir ki, Azərbaycan təhsil sistemində də bu istiqamətdə islahatların aparılması, yeni pilot layihələrin, proqramların həyata keçirilməsi vacibdir.

Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov | Modern.az

Kamran Əsədov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil mütəxəssisi Kamran Əsədov qeyd edib ki, dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən edilməsi həm şagirdlərin psixoloji durumuna, həm də ümumi öyrənmə keyfiyyətinə müsbət təsir göstərə bilər: “Uzunmüddətli tədqiqatlar göstərir ki, şagirdlərin diqqət müddəti dərs prosesində müəyyən həddən sonra zəifləməyə başlayır. Məsələn, 45 dəqiqəlik ənənəvi dərs müddətində ilk 20-25 dəqiqədə yüksək diqqət müşahidə olunur, lakin sonrakı mərhələlərdə yorğunluq və zehni dağınıqlıq qaçılmaz olur. Bu isə həm müəllimlərin izah prosesini, həm də şagirdlərin dərsi qavrama səviyyəsini zəiflədir.

Qısa, amma müntəzəm fiziki fasilələr yalnız öyrənmə prosesinə deyil, həm də sinifdəki psixoloji mühitə müsbət təsir göstərir. Belə fasilələr şagirdlərin həm diqqətini, həm də intizamını artırır, onların aktivliyini dəstəkləyir.

Azərbaycanda da dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən olunması müsbət nəticələr verə bilər. Bu, həm şagirdlərin daha çox fokuslana bilməsinə, həm sağlam sinif mühitinin formalaşmasına, həm də ümumi öyrənmə keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”.

Təhsil mütəxəssisi Elşən Qafarov da qeyd edib ki, istənilən halda tənəffüzlər 10 dəqiqə olmalıdır: “Amma ora eyni zamanda şagird sıxlığı əlavə olunmalıdır. Bu gün qanunvericiliyə görə bir sinif yerləşdiyi regiona görə 28-48kv.metrlik otaqlarda 20-24 şagird üçün nəzərdə tutulur. Bir şagirdə bir sinifdə 2-2,5kv metr düşməlidir ki o sağlam şəraitdə oxuya bilsun. Biz şagird sıxlığı məsələsini həll etmədən bu təklifin heç bir faydası olmayacaq. Bir sinifdə 30-45 şagirdin olması, məktəblərin 2 hətta 3 növbədə çalışması fonunda problemi həll etmək mümkünsüzdür”.

Hazırladı: Xalidə Gəray

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kəlbəcər və Şahdağa QAR YAĞDI

Next

Ardıcıl 4 gün iş olmayacaq

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv