Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Revanşistlərə ciddi zərbə

By Vüsal Rafiqoğlu
01.10.2025 2 Min Read

İkinci Qarabağ müharibəsinin başa çatmasından beş il vaxt keçsə də Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri hələ də onların yolunu gözləyirlər. Hələ demirik ki, I Qarabağ müharibəsində də itkin düşənlərin sayı daha çox idi. Əvvəllər Ermənistan hakimiyyəti döyüşlərdə öldürülənlərin cəsədlərini morqlarda gizlədərək ictimaiyyətə təsəlliverici fikirlər söyləyir, döyüşlərdə olənləri dəfn olunmaq üçün aylarla gözləyən valideynlərinə və qohumlarına təhvil vermirdilər. İtkin düşənlər barədə yaydıqları söz-söhbətlərdə isə onların axtarılıb tapılması haqqında yalançı uydurmalar iddia olunurdu. Bu, ağır məğlubiyyətin miqyasını kiçiltmək və əhalini panikaya düşməmək və sakitləşdirmək məqsədi ilə edilirdi ki, emosiyaya qapılmış kütlə hakimiyyətə qarşı ayağa qalxmasın. Ancaq zaman keçdikcə əsl həqiqət ortaya çıxdı. Məlum oldu ki, müharibədə itkin düşənlərin də sayı az deyil. Lakin hakimiyyət orqanları onların axtarılıb tapılmasında acizdir. Bu səbəbdən cəsədi tapılmayanları da itkinlərin siyahısına yazırlar ki, öldürülənlərin sayı “azalsın”.

Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiyada müharibədə itkin düşən əsgərlərin yaxınlarından biri – Arsen Qukasyan bildirib ki, onlara düzgün məlumat verilməsə son çarəyə əl atacaqlar. Arsen Qukasyan deyib: “Xalq bizi bağışlasın, amma biz kollaps yaradacağıq, əsas yolları bağlayacağıq. Çünki bizə dəqiq vaxt deyilməyib və artıq 5 ildir gözlədiyimiz üçün vaxt itirmək istəmirik”.

Məlumdur ki, “miatsum” ideyasından əl çəkməyən, Türk xalqları ilə düşmənçiliyi qızışdıran bir qrup daşnak, revanşist və kilsə xadimi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşan, Türkiyə ilə münasibətləri qaydasına salmağa tələsən baş nazir Nikol Paşinyanı devirməklə öz məqsədlərinə çatmağı planlaşdırıblar. Onların əsl niyyəti ölkəni əvvəlki vəziyyətinə qaytarmaq, əhalini baş nazirə qarşı qaldırmaq, itaətsilik yaratmaq, rəhbərliyi ələ keçirmək və Azərbaycanla yeni işğalçı müharibəyə başlamaqdır. Nikol Paşinyan onların bu məkrli planlarını bildiyi üçün əks tədbirlər görür. Keçən müharibələrdə oğulları, qohumları həlak olanlar, bu gün də onların cənazəsini axtaranlar təbii ki, yeni müharibəyə qətiyyətlə “yox” deyirlər. Əlbəttə, sadə adamlar yeni ölüm-itimlərə razı olmazlar. Onlar dəfələrlə daşnakların və revanşistlərin müharibə çağırışlarını rədd ediblər.  Bu məqamı tutan baş nazir Nikol Paşinyan cəmiyyətə açıq mesaj verir ki, hakimiyyət də müharibə istəmir, istəyənlər isə onları yeni müsibətlərə sürükləmək niyyəti güdənlərdir. Yəni, baş nazir sadə insanları   bədbəxtliyə aparanların yırtıcı simasını hay cəmiyyətinə göstərir. Bu səbəbdən idi ki, II Qarabağ müharibəsində biabırçılıqla uduzmasına baxmayaraq Nikol Paşinyana yenidən etimad göstərib, ona səs verdilər.

Haqqında danışdığımız olay da gələnilki  parlament seçkilərində qələbə qazanmağa hesablanıb. İnam var ki, Ermənistanı müstəqil görməyə, qonşu dövlətlərlə ədavətə son qoymağa, ölkəyə rifah gətiməyə çalışan Nikol Paşinyan rəqibləri üzərində qələbə çalmağa daha şanslıdır. Siyasi oyunlar, işğalçı müharibədə oğullarını kimlərinsə iddiasına qurban vermək bir parça çörək qazanmaq istəyində olan sadə erməniləri qətiyyən maraqlandırmır və bəri başdan rədd edirlər. Üstəgəl, cəmiyyətin böyük bir hissəsi keçən müharibələrdə düçar olduğu müsibətlərin acısını bu gün də çəkməkdədir. Heç şübhəsiz ki, əzilmiş haylar fitnəyə uyub müharibə istəməzlər. Ona görə də 2026-cı il parlament seçkilərində onların Nikol Paşinyanın platformasına “hə” deyəcəkləri daha real görünür.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sərmayə varsa, inkişaf da var

Next

Gənclərdə infarkt nədən yaranır?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv