Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Oktyabr inqilabı anonsu – Tiflisdə bu gün nələr olacaq?

By Vüsal Rafiqoğlu
04.10.2025 4 Min Read

Qonşu ölkə müxalifətinin yenə də dəqiq fəaliyyət planı yoxdur, onlar daxili qüvvələrin fəallığına deyil, xaricdən dəstəyə ümid edirlər…

Bu gün-oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə xüsusi diqqətin səbəbi qutudan kimin qalib, kimin məğlub çıxacağı deyil. Gürcüstandakı hazırkı vəziyyəti, hadisələrin mümkün inkişafını Bakıda oturub qiymətləndirmək çətindir, amma xəbərlər təsdiq edir ki, həm müxalifət, həm Qərb yerli seçkilərdən istifadə edərək, ölkədə gərginliyi artırmağa cəhd edəcək.

Screenshot_2.png (763 KB)

Belə seçkilərdə adətən, fəal olan Avropa Birliyinin indi daha ciddi gündəmi və qayğıları var. Bəs Amerika? ABŞ bu seçkilərdə revanş almaq, “Gürcü Arzusu”nun hakimiyyətini yıxmaq istəyindədirmi? ABŞ aylardır Gürcüstana səfirin təyinatını yubadır. İlk prezidentliyi dövründə də Gürcüstan hökumətinin siyasi kursuna kifayət qədər dözümlü yanaşan Donald Tramp görünür ki, yenə bu kursu davam etdirir. Onun Ağ Evə qayıtdıqdan sonra Gürcüstan haqda hansısa açıqlama verdiyini xatırlamaq çətindir.

290656101_0_0_3068_1727_1920x0_80_0_0_4885d4fea6e49229afef6daa8a841abb.jpg (328 KB)

Məlumdur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) bugünkü seçkilərə “dəvət gec olub” bəhanəsi ilə müşahidə missiyası göndərməkdən imtina edib. Bu artıq parlament seçkiləri kimi yerli seçkilərin də “tanınmayacağı” anlamına gəlir…

Seçkilərdə iştirakdan imtina edən bir çox müxalifət partiyaları bu gün genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. Müxalifət hesab edir ki, hakim “Gürcü Arzusu”nu ancaq küçə etirazları ilə məğlub etmək olar. Xeyli sayda müxalifətçinin həbsinin bu aksiyaların kütləviliyinə hansı təsirləri olacağı bəlli deyil. Əsas müxalifət fiqurlarından biri Levan Xabeişvili sentyabrın ortalarında hökumətin devrilməsinə çağırışlarda ittiham olunaraq həbs edilib. Ondan başqa dörd müxalifət lideri də həbsdədir.

Screenshot_1.png (719 KB)

Gürcüstanın baş naziri İrakli Kobaxidze keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətində olduğunu bəyan edib. Parlament komissiyası da “Qızılgül inqilabı”nı dövlət çevrilişi adlandırıb və Saakaşvilinin partiyasını qadağan etməyə hazırlaşır. Saakaşvili isə həbsdən tərəfdarlarını etiraz aksiyalarında fəal iştirak etməyə çağırıb. Saakaşvili hesab edir ki, oktyabrın 4-ü Gürcüstan üçün son şansdır. “Hər kəsdən xahiş edirəm, gəlib sona qədər möhkəm dayansın! Azadlıq ya indidir, ya da heç vaxt!” – sabiq prezident deyib.

“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili müxalifəti seçki günü dövlət çevrilişi hazırlığında ittiham edib. “Oktyabrın 4-də bizi daha bir sınaq gözləyir – birliyimizin müdafiəsi. Daxili və xarici düşmənlər seçkiləri dövlət çevrilişi etmək üçün növbəti fürsət kimi görürlər”, – İvanişvili yazıb.

scale_1200.png (993 KB)

Bəs inqilab gözləntisi gerçəkləşə bilərmi? Son aylar Nepalda “Z nəsli”nin sosial şəbəkələrdəki fəallığı nəticəsində baş vermiş hökumət dəyişikliyi Gürcüstanda da təkrarlana bilərmi? Yəqin ki, Gürcüstanda inqilab arzusu o vaxt gerçəkləşə bilər ki, ən əvvəl hökumət daxilində parçalanma olsun. İvanişvilinin müraciətində müxalifəti “qabaqlayıb” hakimiyyətə birlik çağırışı etməsinin əsas səbəbi bu təhlükədir. Seçki ərəfəsi hakim partiya daxilində intriqalar, parçalanmalar, bəzi biznes dairələrinin isə hakimiyyət dəyişikliyinə dəstək verə biləcəyi haqda iddialar var. Lakin gürcü ekspertlərinin dediyinə inansaq, bu iddiaların təsdiq yoxdur. Əksinə, müxalifətdəki parçalanmanın seçki ərəfəsi dərinləşməsi isə yenə də daxilidəki mənbələrə əsaslanaraq demək olar ki, həqiqətdir. Buna misal olaraq müxalif “Lelo” və “Gürcüstan naminə” partiyalarının seçkilərə qatılması, hətta ortaq namizədlər irəli sürməsi göstərilir.

scale_1200.jpg (355 KB)

Bunu dəfələrlə yazmışıq ki, Gürcüstan müxalifətinin problemləri Azərbaycandakı ənənəvi müxalifətlə çox oxşardır. Məsələn, onlar da opponentlərindən daha çox düşərgədəki müttəfiqləri ilə dartışır, bir-birlərinə az qala nifrət edirlər. Onların da Azərbaycan müxalifəti kimi seçkilərdə heç vaxt dəqiq fəaliyyət planı olmayıb, yenə də yoxdur. Onlar da adətən, daxili qüvvələrin fəallığına deyil, xaricdən dəstəyə ümid edirlər. (Azərbaycanda müxalifət institutu yenidən dizayn edilib və bunun yaxşı, yoxsa pis olması haqda onlar qərar verə bilər). Mövzumuza qayıtsaq, ötən ilin oktyabrındakı parlament seçkilərindən sonra gürcü müxalifəti Avropa Birliyinə və Ağ Evin təzyiqinə ümid edirdilər. Amma müxalifət irimiqyaslı saxtakarlığa dair real sübutlar təqdim edə bilmədilər, xalq seçki qutularından səslərinin həqiqətən də oğurlandığına inanmadı. Avropa Şurası və Avropa Birliyinə bağlı qurumlar seçkilərin nəticələrinin şübhə altına aldı, buna cavab olaraq gürcü deputatlar AŞ PA-da fəaliyyətini dayandırdı.

Müxalifət seçiciləri hakimiyyət dəyişikliyə inandırmaq üçün alternativ kimi özünü təklif edə bilmir. Əksinə, aksiyalara qoşulmayanları, parlament binasına hücum etmək, çadır şəhərciklərində yatmaq, iş yerlərinə getməmək kimi qeyri-müəyyən tələblərə etiraz edənləri “Kremlin agentləri” elan etməklə kifayətlənirlər.

ef154ee3ef46db137d02c2c9a9e62c80.jpg (71 KB)

“Oktyabrın 4-də keçiriləcək seçkilərdə “Gürcü Arzusu” qalib gələcək. İnqilab və ya dövlət çevrilişi olmayacaq. Qanunu pozmağa cəhd edən hər kəsin qanun çərçivəsində cəzalandırılacaq”. “Gürcü Arzusu” rəsmilərinin son günlər verdikləri bəyanatları belə ümumiləşdirmək olar.
Azərbaycanın Cənubi Qafqazda ən müxtəlif sahələri əhatə edən əlaqələr qurduğu ölkə Gürcüstandır. Azərbaycan hər zaman Gürcüstanda rifahın və sabitliyin tərəfdarıdır. Ölkəmiz Gürcüstan iqtisadiyyatına təqribən 3,6 milyard dollar investisiya qoyub, üstəlik bu ölkədə yüz minlərlə soydaşımız yaşayır. Ona görə Gürcüstanda sabitlik Azərbaycanın maraqları daxilindədir. Ümid edək ki, gürcü xalqı bu sınaqdan da ölkəsinin mənafeyinə uyğun çıxacaq…

 

Nazim SABİROĞLU,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Cəbrayıl Şəhəri Günü ilə bağlı paylaşım edib – VİDEO

Next

Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv