Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Çəhrayı Oktyabr

By Vüsal Rafiqoğlu
08.10.2025 4 Min Read

Oktyabr-Ümumdünya Süd Vəzi  Xərçəngi ilə Mübarizə Ayıdır

Ümumdünya Süd Vəzi  Xərçəngi ilə Mübarizə Ayı hər il oktyabr ayında qeyd olunur. Bu ayın əsas məqsədi, süd vəzi  xərçəngi barədə ictimai məlumatlılığı artırmaq, erkən diaqnozun həyat qurtaran rolunu vurğulamaq və xəstəliyə qarşı qlobal həmrəylik yaratmaqdır.

Süd vəzi xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür və hər il milyonlarla insanın həyatına təsir edir. Lakin vaxtında aparılan müayinə və düzgün müalicə ilə sağalma şansı çox yüksəkdir. Buna görə də oktyabr ayı ərzində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda maarifləndirici tədbirlər, sağlamlıq aksiyaları və müayinələrə dəstək kampaniyaları keçirilir.

Bu dövrdə həm dövlət, həm də qeyri-hökumət təşkilatları və səhiyyə qurumları insanları özünü müayinə etməyə, mütəmadi tibbi nəzarətə getməyə və sağlam həyat tərzi formalaşdırmağa çağırırlar. Süd vəzi  xərçənginə qarşı mübarizənin rəmzı isə çəhrayı lentdir. Bu lent döş xərçəngi ilə bağlı maarifləndirmə və həmrəylik hərəkatının əsas rəmzidir.  Çəhrayı lent ilk dəfə 1990-cı illərdə qadınlarda süd vəzi xərçəngi barədə məlumatlılığı artırmaq məqsədilə istifadə olunmağa başlanıb. O ümidi, mübarizəni, sevgi və dəstəyi, eyni zamanda bütün dünyanın bu xəstəliyə qarşı birliyini ifadə edir. Çəhrayı lent taxmaq və ya bu simvolu paylaşmaq həm maarifləndirici, həm də mənəvi dəstək mesajı daşıyır.

Erkən diaqnoz süd vəzi xərçəngi ilə mübarizədə ən mühüm amillərdən biridir. Xəstəliyin ilkin mərhələdə aşkar olunması həm müalicənin uğurla nəticələnməsi, həm də xəstənin tam sağalma ehtimalının yüksək olması deməkdir. Çünki erkən mərhələdə aşkarlanan süd vəzi  xərçəngi adətən orqanizmə yayılmadan, yəni metastaz vermədən müalicə edilə bilir. Vaxtında aparılan mammografiya, ultrasəs müayinəsi və özünü müayinə xərçəngin kiçik və hələ simptom verməmiş ocaqlarının müəyyən edilməsinə imkan yaradır. Belə hallarda cərrahi müdaxilə daha az geniş olur, kimya və ya şüa terapiyası daha qısa müddətdə və yüngül formada həyata keçirilir. Erkən diaqnoz həm də xəstənin psixoloji vəziyyətinə müsbət təsir göstərir, insan müalicə prosesinə daha inamla yanaşır və xəstəliyə qalib gəlmək motivasiyasını qoruyur. Erkən diaqnoz süd vəzi xərçənginə qarşı ən güclü silahdır. O, müalicə imkanlarını artırır və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Süd vəzi xərçəngi yalnız qadınlara xas deyil. Kişilərdə də süd vəzi xərçəngi yaranma ehtimalı var. Nə qədər nadir hallarda rast gəlinən bir vəziyyət olsa da, müasir dövrdə kişilərdə də süd vəzilərində xərçəngin yaranma riski artmaqdadır və artıq bu diaqnozun qoyulduğu kişilərin sayı tədricən çoxalır. Kişilərdə də süd vəzi xərçənginin yaranmasına təsir edən amillər qadınlarda olduğu kimidir: irsi meyllilik,  yaşın artması, hormonal pozğunluqlar, artıq çəki, spirtli içkilərin çox istifadəsi və bəzi xroniki xəstəliklər.

Bu səbəbdən həm qadınlar, həm də kişilər sinələrində hər hansı dəyişiklik  bərklik, şişkinlik, ağrı, dəridə dartılma və ya məmə ucundan axıntı kimi əlamətlər gördükdə həkimə müraciət etməlidirlər. Erkən diaqnoz həm qadınlarda, həm də kişilərdə müalicənin uğurlu olma şansını əhəmiyyətli dərəcədə artırır.

Süd vəz xərçənginin qarşısını almaqda sağlam həyat tərzi böyük əhəmiyyət daşıyır. Mütəxəssislər qeyd edirlər ki, düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq bu xəstəliyin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. İlk növbədə sağlam və balanslı qidalanma çox vacibdir. Gündəlik rasionda təzə meyvə, tərəvəz, paxlalılar, tam taxıllar və omeqa-3 yağ turşuları ilə zəngin qidalar, məsələn, balıq, qoz, kətan toxumu kimi məhsullar yer almalıdır. Əvəzində isə qırmızı və emal olunmuş ətlər, çox yağlı və şəkərli yeməklərdən uzaq durmaq lazımdır. Belə qidalanma həm immun sistemini gücləndirir, həm də orqanizmdə artıq yağ yığılmasının qarşısını alır.

Digər mühüm amil isə spirtli içkilərdən uzaq durmaqdır. Tədqiqatlar göstərir ki, az miqdarda alkoqol belə döş xərçəngi riskini artıra bilər. Buna görə də alkoqolun qəbulunu minimuma endirmək, ən yaxşısı isə tamamilə imtina etmək tövsiyə olunur. Siqaret çəkməmək də vacib qoruyucu faktordur. Siqaret təkcə ağciyər xərçəngi deyil, süd vəzi xərçəngi də daxil olmaqla bir çox xərçəng növlərinin yaranmasına səbəb olur.

Eyni zamanda, stresin idarə olunması da sağlamlıq üçün mühümdür. Uzunmüddətli gərginlik hormon balansını pozur və immun sistemini zəiflədir. Stresin qarşısını almaq üçün meditasiya, nəfəs məşqləri, gəzintilər və sevdiyin məşğuliyyətlərlə vaxt keçirmək faydalıdır.

Bütün bu sadalanan vərdişlər yalnız süd vəzinin xərçənginin qarşısını almağa deyil, həm də ümumilikdə sağlam və uzunömürlü bir həyat tərzi qurmağa kömək edir.

Süd vəzi xərçəngi ilə mübarizəyə dəstək vermək hər bir fərdin üzərinə düşən mühüm bir sosial məsuliyyətdir. Bu dəstək yalnız xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də maarifləndirmə, profilaktika və mənəvi dayaq istiqamətində müxtəlif fəaliyyətləri əhatə edir. Məktəblərdə, iş yerlərində, ictimai yerlərdə və media vasitəsilə belə maarifləndirici kampaniyalar təşkil etmək vacibdir. Bundan başqa xeyriyyə aksiyaları və sosial layihələr vasitəsilə süd vəzi xərçəngi ilə mübarizəyə maliyyə və mənəvi dəstək göstərmək mümkündür. Bu aksiyalar zamanı toplanan vəsaitlər xəstələrin müalicəsinə, tədqiqat işlərinə və profilaktik proqramlara yönəldilə bilər. Cəmiyyətdə qəbuledilməz stereotiplərin aradan qaldırılması da önəmli məsələdir. Sosial media bu gün informasiya paylaşımı və maarifləndirmə üçün ən təsirli vasitələrdən biridir. Süd vəzi xərçəngi ilə bağlı məlumatların sosial şəbəkələrdə paylaşılması cəmiyyətin diqqətini bu vacib mövzuya yönəltmək baxımından böyük əhəmiyyət daşıyır. Belə paylaşımlar insanların xəstəliyin erkən əlamətləri, mütəmadi müayinələrin əhəmiyyəti və sağlam həyat tərzi barədə biliklərini artırır.

Maarifləndirici yazılar, videolar, xəstələrin həyat hekayələri və dəstək mesajları digərlərinə həm motivasiya verir, həm də xəstəliyin qarşısının alınmasının mümkün olduğunu göstərir. Bundan əlavə,  sosial mediada edilən hər bir paylaşım bir insanın həyatını xilas edə bilər, çünki kiminsə bu məlumat sayəsində özünü vaxtında müayinə etdirməsi erkən diaqnoz və uğurlu müalicə ilə nəticələnə bilər. Süd vəzi xərçəngi ilə mübarizə yalnız həkimlərin və xəstələrin işi deyil. Bu bütün cəmiyyətin ortaq məsuliyyətidir. Hər bir insan bu mübarizədə müəyyən rol oynaya bilər. Ən əvvəl öz sağlamlığına məsuliyyətlə yanaşmaq, mütəmadi tibbi müayinələrdən keçmək və özünü mütəmadi şəkildə yoxlamaq vacibdir. Bundan əlavə, ətrafdakı insanlara məlumat vermək, onlara mütəmadi tibbi müayinəni xatırlatmaq və maarifləndirici təşəbbüslərə qoşulmaq da mühüm addımdır. İnsanlar ailə üzvləri, dostları və iş yoldaşları ilə bu mövzuda açıq şəkildə danışaraq, həm onların məlumatlı olmasına, həm də məsuliyyət hissinin artmasına töhfə verə bilərlər. Xeyriyyə tədbirlərinə qoşulmaq, sosial mediada dəstək paylaşımları etmək, çəhrayı lent taxmaq kimi kiçik, lakin mənalı hərəkətlər də böyük təsir gücünə malikdir.

Ən əsası isə xəstəliklə mübarizə aparan insanlara mənəvi dəstək göstərmək, onları tək buraxmamaq və cəmiyyətin qayğısını hiss etdirmək çox önəmlidir. Bu, həm psixoloji dayanıqlığı artırır, həm də ümumi mübarizə ruhunu gücləndirir.

Beləliklə, hər birimizin rolu məlumatlı olmaq, paylaşmaq, dəstək göstərmək və birlik yaratmaqdır. Bu yolda atılan hər bir addım, səsləndirilən hər bir çağırış və göstərilən hər bir dəstək bir insanın həyatını xilas edə, bir ailəyə ümid bəxş edə bilər. Cəmiyyətin həmrəyliyi və birgə səyi sayəsində bu xəstəlik üzərində qələbə qazanmaq mümkündür.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir

Next

Regional gücdən qlobal gücə keçid

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv