Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Düşənbədə Əliyev-Putin görüşü: soyuqluğun sonu, yoxsa diplomatik jest?

By Vüsal Rafiqoğlu
08.10.2025 3 Min Read

Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-10-da Tacikistanda səfərdə olacaq və bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Bu barədə Putinin köməkçisi Yuri Uşakov açıqlama yayıb.

USAKOV.jpeg (66 KB)

O qeyd edib ki, Düşənbədə keçiriləcək MDB sammiti çərçivəsində Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş də ola bilər.

“Adətən, belə tədbirlər zamanı ikitərəfli görüşlər olur. Həm əvvəlcədən hazırlanmış görüşlər, həm də qısa danışıqlar, yaxud da liderlərin sessiya zamanı razılaşdığı görüşlər olacaq”, – deyə Uşakov vurğulayıb.

Bəs Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutması ehtimal olunan görüşdən hansı nəticələr gözlənilir? Liderlər hansı əsas məsələləri müzakirə edə bilərlər? Bu görüş iki ölkə arasında son dövrlər müşahidə olunan soyuqluğu aradan qaldıra, münasibətlərdə yeni mərhələnin başlanğıcına çevrilə bilərmi? Yaxud bu təmas sadəcə diplomatik protokol xarakteri daşıyaraq, Rusiya-Azərbaycan münasibətlərindəki gərgin fonu yumşaltmağa yönəlmiş simvolik addım kimi qalacaqmı?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb.

qabil.jpg (172 KB)

Politoloq qeyd edib ki, Rusiya artıq əvvəlki güc dövrünü geridə qoyub:

“Yəni bu ölkə nə diktə edən, nə hökm verən, nə də regiona şərtlərini diktə edən əvvəlki Rusiya deyil. Moskva Azərbaycanla sona qədər qarşıdurmaya getməyəcək. Doğrudur, son zamanlar Azərbaycan tərəfi münasibətlərin isinməsi üçün kifayət qədər jestlər edib, xoşməramlı addımlar atıb, ancaq Rusiya hələ də nazlanır. Lakin düşünürəm ki, əgər Düşənbədə keçiriləcək görüşdə MDB birliyinin güclənməsindən danışılacaqsa, bu zaman Putin özü buna nümunə göstərməlidir. O, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində təşəbbüs göstərməlidir.

Mənim fikrimcə, hazırda Putinin MDB ölkələri, o cümlədən Azərbaycanla qarşıdurma vəziyyəti yaratmağa nə imkanı var, nə də həvəsi. Rusiya iqtisadi baxımdan demək olar ki, xeyli zəifləyib. Büdcə gəlirləri azalıb, hərbi sənaye kompleksi əvvəlki gücünü itirib. Tarix göstərib ki, əgər bir dövlətin arxasında real güc dayanırsa, o zaman sözünün kəsəri olur, hökmü keçərli olur. Amma bu gün MDB məkanında Rusiyadan sonra ən güclü dövlət məhz Azərbaycandır – həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan.

Azərbaycanın güclü hərbi sənaye kompleksi mövcuddur, ordunun ehtiyac duyduğu silahların böyük bir qismini ölkə özü istehsal edə bilir.

Üstəlik, Azərbaycanın Türkiyə və Pakistan kimi nüvə dövləti olan müttəfiqləri var. Bu baxımdan, Azərbaycan bölgədə, xüsusilə də Cənubi Qafqazda ən güclü və söz sahibi dövlətdir”.

Qabil Hüseynlinin fikrincə, Düşənbədə keçiriləcək görüşdə də barış və əvvəlki münasibətlərin bərpası üçün Azərbaycan öz səyini göstərəcək:

“Çünki əvvəllər, münasibətlərin normal olduğu dövrlərdə iki ölkə arasındakı ticarət dövriyyəsi 10 milyard dollara yaxın idi. Hazırda bu rəqəm cəmi 2 milyard dollardır. Deməli, münasibətlərin əvvəlki səviyyəyə qayıtması Rusiyaya daha çox lazımdır. Azərbaycan bu gün ayaqları üzərində möhkəm dayanır, amma Rusiya üçün qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq, sözün əsl mənasında, hava və su kimi vacibdir. Buna görə də düşünürəm ki, hər iki tərəf müəyyən cəhdlər göstərəcək və münasibətlər tədricən əvvəlki harmoniyasına dönəcək”.

Politoloq İlham Əliyev və Vladimir Putin arasında hansı məsələlərin müzakirə edilə biləcəyindən də söz açıb. Onun fikrincə, bu, ilk növbədə iqtisadi və ticarət məsələləridir:

“Bu müzakirələr çərçivəsində neft və qaz ticarəti məsələləri də yer ala bilər. Ola bilsin, kimlərsə desin ki, Azərbaycan nə neftə, nə də qaza ehtiyac duyur. Amma Azərbaycan Rusiyanın sanksiyalara məruz qalmış neftini və qazını alaraq üçüncü ölkələrə sata bilər. Bu üçüncü ölkələr Qərbi Avropa dövlətləri olmasa da, Asiya ölkələri və ya digər regionlar ola bilər.

Bundan əlavə, iki ölkə arasında Şimal-Cənub nəqliyyat dəhlizinin İranın Fars körfəzindəki hissəsinə çıxan dəmir yolu bağlantısının tamamlanması məsələsi də müzakirə oluna bilər. Hazırda tikintinin əsas hissəsi İran ərazisindədir və görünür, tərəflər İranı bu layihəni sürətləndirməyə sövq edəcəklər. Çünki bu yol həm də regionun ticarət-iqtisadi mühitinə ciddi təsir göstərəcək. Paralel şəkildə həm dəmir yolu, həm avtomobil magistralı üzrə işlərin yekunlaşdırılması gündəmdə olacaq.

Əlbəttə, Vladimir Putinin öz maraqları da az deyil. Putin çox istərdi ki, MDB dövlətləri Ukrayna məsələsində onun mövqeyini müdafiə edən bəyanata imza atsınlar. Lakin Azərbaycan belə bir bəyanata imza atmayacaq. Çünki Azərbaycan bu məsələdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən mövqedə dayanır və Rusiyanın diktələrinə razı olmayacaq”.

Xalidə GƏRAY
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azad Cəbrayılın beş ili…

Next

Gəncədə yeniyetmə qətlə yetirildi

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv