Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Zəngəzur dəhlizi yeni nəqliyyat arteriyasıdır

By Vüsal Rafiqoğlu
08.10.2025 3 Min Read

Zəngəzur dəhlizi mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə ölkəmizin və Ermənistan liderləri arasında keçirilən görüşdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin, həm də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) layihəsi Azərbaycanı beynəlxalq tranzit yolları üzərində mühüm bir halqa halına gətirəcək. Bu dəhliz vasitəsilə yük daşımalarının sürətinin artırılması, ticarət əlaqələrinin möhkəmləndirilməsi və iqtisadi mübadilələrin genişlənməsi mümkün olacaqdır. Dəhlizin açılması, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat bağlantısı yaratmasına imkan verəcək.

Böyük geosiyasi çəkisi və strateji hədəfləri olan bu dəhliz Ermənistanın Zəngəzur bölgəsindən keçməklə, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya arasında sıx əlaqələr qurmağa imkan verəcək və bu üç ölkə arasında logistik əlaqələrin daha da möhkəmlənməsini təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması, həmçinin Azərbaycanın Qafqazdakı mövqeyini gücləndirərək, bölgənin nəqliyyat, enerji və iqtisadi inteqrasiyasını sürətləndirəcək. Qırx iki kilometrlik “Tramp sülh yolu” avtomobil və dəmir yolunun hərəkəti ilə yanaşı, enerji və kommunikasiya xətlərinin reallaşmasına əlverişli şərait yaradacaq, regionda davamlı sülhün təmin edilməsinə, etimad mühitinin, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verəcək. Eksperetlərin hesablamalarına görə, TRIPP-ın Orta Dəhlizə birləşməsi ölkəmizin ərazisindən ildə 35 milyon ton yükün daşınmasına şərait yaradacaq.

Prezident İlham Əliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışında bildirib ki, Zəngəzur dəhlizi yeni nəqliyyat arteriyası kimi mühüm əhəmiyyət daşıyır: “2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”.

Tarixi və böyük strateji əhəmiyyət kəsb edən bu dəhliz dövlətimizin başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlara Böyük Qayıdışa əhəmiyyətli töhfələr verəcək, eləcə də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Şübhəsiz, bu unikal layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək.

Bu gün dünyanın ayrı-ayrı güc mərkəzlərinin diqqətini çəkən Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə əlaqələndirəcək sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq. Dəhliz həm də Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmiryol şəbəkəsini genişləndirəcək ki, bu da regional ticarətə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.  Ölkəmizin başçısı beynəlxalq tədbirlərin mötəbər kürsülərindən bunları dəfələrlə bəyan edib. Ona görə də Zəngəzur dəhlizi reallaşdıqdan sonra regionun mənzərəsini dəyişəcək, Asiyadan Avropaya qədər geniş bir bir əraziyə rifah, inkişaf gətirəcək Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür və dəstəkləyirlər.

Zəngəzur dəhlizinin region ölkələrinə təqdim etdiyi bütün imkanlar deməyə əsas verir ki, bu dəhlizin işə düşməsi regional nəqliyyat şəbəkələrinin genişlənməsinə əlverişli şərait yaradacaq, region ölkələri arasında qarşılıqlı iqtisadi münasibətləri daha da dərinləşdirəcək. Beləliklə, dayanıqlı iqtisadi inkişaf, sülh, əməkdaşlıq, təhlükəsizlik, öz növbəsində, gələcəkdə yeni münaqişələrin yaranmasının qarşısını alacaq. Bu dəhliz regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün Türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu dəhliz təkcə Azərbaycan və Ermənistan deyil, bütövlükdə region ölkələri üçün ciddi strateji üstünlüklər yaradacaq, Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirəcək, regionun Avropa ilə Asiya arasında mühüm logistika qovşağına çevrilməsinə imkan verəcək.

Zahid Rza, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diktə edən tərəf…

Next

Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv