Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistandan Gəncəyə atılan raketin bədəli… – təzminat tələbi

By Vüsal Rafiqoğlu
09.10.2025 4 Min Read

Bakı həbsxanasındakı separatçılar hər şeyi etiraf ediblər; Azərbaycan haqqı üçün beynəlxalq məhkəməyə çıxır…

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib.

Tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, raketlərin çoxu 275 km uzaqlıqdan, Ermənistanın Vardenis yaşayış məntəqəsindən Gəncəyə atılıb.

Bu tip raketlər strateji silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur. Təqsirləndirilən David Manukyan da məhkəməyə müraciət edərək nümayiş olunan raket qurğularının və onların tətbiqinə dair “əmr” verməyin qondarma rejimin “rəhbərliyinin və ordusunun” səlahiyyətində olmadığını bildirib.

Artıq Gəncənin vurulması əmrinin qondarma rejimin yox, Ermənistanın hərbi-siyasi rəhbərliyindən gəldiyi təsdiqini tapıb.

Bundan sonra Bakı İrəvana qarşı iddia qaldıra bilərmi? Təzminat tələb etməliyikmi?

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli 

Tanınmış hüquqşünas, siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a dedi ki, Azərbaycanın bütün bunlarla bağlı beynəlxalq məhkəməyə müraciət etməyə tam haqqı çatır: “Təkcə Gəncəyə raket atılmasına görə deyil, bütün işğal dövründə, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı edilən hərəkətlərə və beynəlxalq xarakterli cinayətlərə görə həm qondarma rejimin hazırda mühakimə olunan rəhbərliyi, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycanın ərazilərini Ermənistan birbaşa Rusiyanın köməyi ilə işğal edib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarı var və qondarma rejim də Ermənistan tərəfindən yaradılıb. Bu rejimin rəhbərləri Ermənistanın hərbi-siyasi rəhbərlərindən asılı vəziyyətdə olub, onların qərarlarını və göstərişlərini yerinə yetiriblər. Vətən müharibəsi dövründə də Azərbaycana qarşı vuruşan hərbi hissələrin əksər hissəsi Ermənistan Silahlı Qüvvələrinə məxsus olub. Əslində qondarma rejimin rəhbərliyi Ermənistanın hərbi siyasi rəhbərliyinin əlaltısı kimi fəaliyyət göstərib, onların qərarlarının və göstərişlərinin icraçıları olublar. Ona görə də Azərbaycana qarşı müharibə cinayətlərinə görə həm qondarma rejimin rəhbərliyi, həm də Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Gəncə şəhərinə bir neçə dəfə raketlərlə hücum edilməsi, dinc mülki əhaliyə qarşı ermənilərin törətdikləri ağır müharibə cinayətlərində bir epizoddur. Ermənilər müharibə bölgəsindən uzaq olan digər şəhərlərimizə də raket hücumları ediblər. O cümlədən Bakı şəhərinə də “İsgəndər” raketi ilə hücum təşkil ediblər. Həmin raket hücumları Ermənistan ərazisindən təşkil edilib. Və göstərişlərin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi şübhə doğurmur. Lakin göstərişlərin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi qondarma rejimin rəhbərlərini məsuliyyətdən azad etmir.

Dinc mülki əhaliyə qarşı raket hücumları beynəlxalq xarakterli ağır müharibə cinayəti hesab olunur. Ona görə də Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı iddia qaldıraraq həm bu cinayəti törədən şəxslərin cəzalandırılması, həm də vurulmuş ziyana görə təzminat tələbini irəli sürməyə tam haqqı çatır. Lakin beynəlxalq bürokratiyanın ləngliyini nəzərə almaqla belə iddiaya yaxın zamanda baxılacağı o qədər də inandırıcı görünmür”.

Rəşad Bayramov: “Bu, Ermənistanda revanşizmi bir qədər də körükləyəcək” -  Azərbaycan Milli İstiqlal Partiyası

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Ermənistana qarşı təzminat davasının açılmasını əsas şərt sayır: “30 il ərzində ərazilərimizi işğal altında saxlayan, infrastrukturu, tarixi-mədəni abidələri məhv edən, bir milyona yaxın insanımızı öz dədə-baba yurdlarından, doğma evlərindən didərgin salan, mülklərini ələ keçirən, Birinci və İkinci Qarabağ savaşında soyqırımlar törədən, Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutaraq mülki insanları hədəfə alan, ərazilərdəki təbii sərvətlərimizi uzun bir dövr ərzində talan edən bir dövlətə qarşı təzminat davasının açılması şərtdir.

Bu, həm erməni cinayətlərinin hüquqi müstəvidə təsdiqi, həm də tarixi ədalətin bərpası üçün vacib addımdır. Ümumiyyətlə, qeyd edim ki, təzminat müharibə nəticəsində dəymiş itkilərin kompensasiyasıdır və təcavüzkar dövlət tərəfindən ödənilir. Təcavüzkarın kim olduğu və haqqında danışılan Gəncə terrorunun kimlər tərəfindən həyata keçirildiyi isə ortadadır.

Məlumdur ki, Gəncəyə ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanmışdı. Daha sonra ayın 8-də üçüncü raket hücumu, oktyabrın 11-də dördüncü raket hücumları oldu və bu hücumlar 10 mülki şəxsin şəhid olması və 40-dan çox insanın yaralanması ilə nəticələndi. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verdi ki, bu zaman 16 nəfər şəhid oldu, 55 nəfər yaralandı. Onu da qeyd edim ki, Gəncəyə edilən terror hücumları zamanı dünyasını dəyişənlərdən 6-sı, xəsarət alanlardan 48-i yetkinlik yaşına çatmayanlardır.

Separatçı rejim rəhbərlərinin də verdiyi ifadələrdən məlum olur ki, Gəncəyə edilən hücumla bağlı əmr birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən verilib. Odur ki, Azərbaycan olaraq bizim təkcə təzminat deyil, həm də müharibə cinayəti ilə bağlı iddia qaldırmaq hüququmuz var.

Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişində tərəflərin bir-birinə qarşı qaldırdıqları məhkəmə iddialarını geri çəkməsi və ya belə iddialarla çıxış etməməsinə dair müddəa da bizə müvafiq məhkəmə iddiası qaldırmağa qadağa qoymur. Sülh sazişinin 15-ci maddəsi qaldırılan iddiaların geri çəkilməsi ilə yanaşı, həmin iddiaların hər hansı formada həll edilməsini də nəzərdə tutur. Odur ki, Azərbaycanın həm öz qanunvericiliyinə, həm beynəlxaq hüquqa, həm də elə Ermənistanla paraflanan sülh sazişinə görə müvafiq məhkəmə iddiası qaldırmaq və təzminat tələb etmək hüququ var”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Next

Azərbaycan dron istehsalına başladı, Ermənistanda təşviş

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv