Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda sümüksüz ət 11 manata oldu: Haradan gətirilir, hansı təhlükəsi var?

By Vüsal Rafiqoğlu
10.10.2025 3 Min Read

Son vaxtlar paytaxtın müxtəlif ərazilərində açılan yeni ət dükanlarında qiymətlər diqqət çəkir. Yerli bazarlarda ətin kiloqramı 15-17 manat arasında dəyişdiyi halda, xaricdən gətirilən ətlər 11-12 manata təklif olunur. Hətta bəzi dükanlarda sümüksüz ətin də bu qiymətə satıldığı bildirilir.

Təbii ki, ucuz qiymət ilk baxışdan istehlakçı üçün cəlbedici görünür. Lakin bu cür ətlərin mənşəyi, keyfiyyəti və saxlanma şəraiti ilə bağlı ciddi suallar da yaranır.

Dondurulmuş və ya uzun müddət saxlanmış ətin istehlak üçün təhlükə yaratma ehtimalı varmı?
Bu ətlərin keyfiyyətinə və mənşəyinə necə nəzarət olunur?

Mövzu ilə bağlı Publika.az–ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycan istehlakçılarının ağız dadına öyrəşdiyi yerli ətlərlə əhalini tam təmin etmək mümkün deyil:

“Buna görə də Ukrayna, Türkiyə, İran, Monqolustan, Braziliya və digər ölkələrdən ət idxal olunur. Lakin bu ətlər insanların ağız dadına uyğun gəlmir. Dondurulmuş ətlər təhlükəsiz olsa da, keyfiyyət baxımından yerli ətlərdən geri qalır. Bununla belə, onlar Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır, yəni təhlükəli və ya xəstə heyvan ətləri deyil. Məhz bu səbəbdən ət bazarında müəyyən disbalans yaranıb”.

Ekspert əlavə etdi ki, istehlakçıların ucuz və keyfiyyətli ət alması vacib olsa da, yaxın vaxtlarda vəziyyətin düzələcəyi gözlənilmir:

“Əgər azad olunmuş ərazilərdə ciddi işlər görülərsə, böyük heyvandarlıq meqafermaları yaradılarsa, vəziyyət təxminən 8 ilə sabitləşə bilər”.

E.Hüseynovun sözlərinə görə, bu məsələ xarici investorların da diqqətindədir:

“Məsələn, Perudan Malik adlı bir şəxs mənə zəng edərək bildirdi ki, onlar Azərbaycandakı ət bazarını diqqətlə izləyirlər. O, hökumətin qarşıya qoyduğu hədəflərin hələ reallaşmadığını, meqafermaların yaradılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilmədiyini qeyd etdi. Onun fikirləri ilə tam razıyam. Həqiqətən də hökumətin müəyyən etdiyi vəzifələr yerinə yetirilmir”.

Ekspert kənd təsərrüfatı siyasətində ziddiyyətli yanaşmaların olduğunu da diqqətə çatdırdı:

“Guya ət istehsalını artırmaq üçün insanlara “quzu əti yeməyin, beçə əti yeməyin, yaşlı heyvanların ətini yeyin” kimi çağırışlar edilir. Hətta bu fikirlər televiziya efirlərində də səsləndirilir ki, bu da gülünc və məntiqsizdir. Hətta idarə rəhbərlərindən biri kəndə gedəndə “cavan beçə əti yemirəm, qocalmış xoruz əti yeyirəm, o daha qidalıdır” deyə açıqlama verir. Bu, əlbəttə ki, gülünc və qeyri-ciddi mövqedir. Guya belə çıxışlarla kənd təsərrüfatı siyasəti yürüdürlər”.

Eyyub Hüseynovun fikrincə, əsas məqsəd yerli istehsalın gücləndirilməsi olmalıdır:

“İnsanlar onsuz da yerli ətə üstünlük verirlər. Hökumət elə siyasət həyata keçirməlidir ki, heyvandarlıq inkişaf etsin və bazar yerli ətlərlə zənginləşsin”.

Eyyub Hüseynovun sözlərindən aydın olur ki, ölkəyə idxal edilən dondurulmuş ətlərin keyfiyyəti olduqca aşağıdır. İndi isə məsələnin iqtisadi tərəflərinə nəzər salaq.

Maraqlıdır, istehlakçıların ucuz idxal ətə üstünlük verməsi yerli istehsala hansı təsirləri göstərə bilər? Bu vəziyyət yerli bazarda ətin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?

İqtisadçı Razi Abbasbəyli Publika.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycana gətirilən mal ətinin qiymət fərqləri, əsasən, məhsulun keyfiyyət göstəriciləri ilə bağlıdır:

“Azərbaycan əsasən Monqolustandan dondurulmuş heyvan ətləri idxal edir. Bu ətlər aşağı kateqoriyalı və aşağı keyfiyyətli hesab olunur. Həm kalori tutumu, həm də uzun müddət saxlanılması baxımından bu məhsullar o qədər də keyfiyyətli kateqoriyaya aid deyil. Eyni zamanda qocalmış damazlıq heyvanların ətləri olduğuna görə maya dəyəri aşağı olur və bu da bazarda ucuz satışla nəticələnir”.

Ekspertin sözlərinə görə, yerli bazarda ətin qiymətinin ucuzlaşması gözlənilmir:

“Azərbaycan Gürcüstan və Hindistandan da paralel olaraq mal əti idxal edir. Son iki ildə idxal həcmi təxminən 2,5 dəfə artıb. Lakin heyvan yemlərinin, baytarlıq təminatının, aqrar sektorun xərclərinin artması, həmçinin logistika və yanacaq qiymətlərinin bahalaşması ətin maya dəyərini yüksəldir. Bu isə yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan qlobal prosesdir”.

Razi Abasbəyli hesab edir ki, hazırda bazarda müşahidə olunan ucuzlaşma müvəqqətidir:

“Bu, istifadəyə az yararlı, keyfiyyətsiz ətlərin idxalı ilə bağlı olan süni ucuzlaşmadır. İdxal azaldıqdan sonra qiymətlər yenidən bahalaşacaq, hətta daha çox artacaq. Xüsusilə də qarşıdakı qış aylarında ətin qiymətində bahalaşma qaçılmaz olacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SON DƏQİQƏ! Putin AZAL-ın təyyarə qəzasından DANIŞDI

Next

İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları Şuşada – VİDEO

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv