Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Moskva Ermənistanla sülh sazişini “qurdalayır”

By Vüsal Rafiqoğlu
17.10.2025 5 Min Read

Kreml Bakı ilə İrəvan arasında razılaşmalara gedən yola “mina” düzməyə çalışır – şimal ölkəsindən məkan təklifinə Azərbaycandan reaksiyalar

Kreml Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsinin məhz Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə deyib ki, “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkan təklifi qüvvədə qalır”.

M.Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən ziyafətdə daha sonra bunları bildirib: “Bizim Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün məkanın təmin edilməsi təklifimiz qüvvədə qalır”. O əlavə edib ki, Rusiya tərəfi ölkələr arasında münasibətlərin normallaşmasına xüsusi önəm verir.

“Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflər arasında mövcud olan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Rusiya rəsmisinin “aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur. O, Rusiyanın İrəvanla Bakı arasında sülh prosesində mühüm və təsirli rol oynadığını vurğulayıb.

Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan da Rusiya diplomatiyasının sülh prosesinə verdiyi töhfəni xüsusi qeyd edib. Qaluzinin “aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi xüsusi maraq doğurur.

Yada salaq ki, bir həftə əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regionda baş verən dəyişikliklər barədə danışıb. Nazir bir sıra diqqətçəkən məqamlara toxunub və Azərbaycanla bağlı növbəti dəfə manipulyativ bəyanatlar səsləndirib. Mirzoyan iddia edib ki, guya sülh müqaviləsinin imzalanmasına hazırdırlar, lakin Azərbaycan əlavə şərtlər irəli sürür: “Biz bununla razı deyilik. Ancaq proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”. A.Mirzoyan bundan əvvəl də Azərbaycanın irəli sürdüyü əsas şərtə, konstitusiya dəyişiklikləri tələbinə aqressiv reaksiya vermişdi. Amma rəsmi Bakının sülhün imzalanması üçün əsas tələbi məhz Azərbaycana qarşı ərazi iddiasının əksini tapdığı konstitusiyanın, həmçinin normativ hüquqi aktların dəyişdirilməsidir. Baş nazir Nikol Paşinyan da anlayır ki, “ev tapşırığı”na əməl etməyəcəyi təqdirdə, paraflanmış sülh sənədinin imzalanması mümkün olmayacaq. Məhz buna görə də Paşinyan konstitusiya dəyişikliklərini 2026-cı il parlament seçkilərindən sonraya saxlamağa üstünlük verir.

Lakin A.Mirzoyanın yanaşmasından aydın olur ki, sülhə qarşı olanlar təkcə müxalif cəbhədə deyil, hakimiyyətdə də var. Həm də onların Rusiyanın xoşuna gəlməyə çalışması diqqət çəkir. Bu, Ermənistan diplomatiyasının hələ də ikili oyundan tam imtina etmədiyini göstərir. Beləliklə, görünən budur ki, Moskva Ermənistanla sülh sazişini niyə “qurdalayır”. Sülh sazişinin imzalanması üçün öz ərazisini tərəflərə təklif etməklə Kreml şübhəsiz ki, bölgəni təsir altında saxlamağı hədəfləyir. Fakt budur ki, Kreml məkan təklifi ilə Bakı və İrəvan arasındakı razılaşmalara gedən yola “mina” düzməyə çalışır. Bununla həm də Vaşinqton razılaşmalarını arxa plana keçirməyə, Zəngəzur dəhlizi-Tramp marşrutu ilə əlaqədar prosesə zərbə vurmağa çalışır. Ekspertlər necə düşünür, Rusiya sülh prosesini poza bilərlərmi?

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirərkən, qonşu ölkələrə təsir imkanlarının azalmasından narahatdır: “Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır” açıqlaması bundan xəbər verir. Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Qaluzinin “aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur. Birincisi, Qaluzinin iddia etdiyi kimi, İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb”. E.Şahinoğlu ikinci mühüm məqama diqqət çəkdi: “Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıblar. Ukrayna müharibəsinə görə ABŞ-la Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa, Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alaraq Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhədində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər”.

Politoloq qeyd etdi ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sülh müqaviləsi ilə bağlı guya rəsmi Bakının əlavə şərtlər irəli sürməsinə, yeganə şərtimiz Ermənistan Konstitusiyasından Azərbaycan ərazisinə iddia bəndinin çıxarılmasıdır: “Bu baş verərsə, sülh müqaviləsi imzalanacaq”.

İranın dəstək verdiyi Husilər dünyanı təhdid edir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya 8 avqustda Vaşinqtonda əldə olunmuş birgə üçtərəfli bəyannamə və sülh mətninin paraflanmasına özünün regionda geosiyasi təsirinin azalması kimi baxır: “İndi Moskva Qaluzini önə verərək prosesi pozmağa çalışır. Artıq Azərbaycanla Ermənistan arasında problemlərin çoxu həll olunub. Yekun sülh müqaviləsinin Moskvada bağlanmasına Nikol Paşinyan razı olmayacaq. Çünki onun siyasəti tam Moskvadan siyasi cəhətdən qopmaqdır. Həm də Azərbaycan buna getməyəcək. Çünki prosesdə ABŞ var”. M.Əsədullazadə qeyd etdi ki, Rusiya hələ də 2020 və 2022-ci ildə əldə olunmuş razılaşmalara diqqət çəkir: “Amma həmin razılaşmalar qüvvədən düşüb. Rusiyanın Cənubi Qafqazda imkanı var idi ki, prosesləri idarə etsin, regionda qalsın. Məhz üçtərəfli razılaşmalar buna imkan verirdi. Amma Rusiya sülhdə maraqlı deyil, manipulyasiyalar edir. Kreml sülhün əldə edilməsi üçün çalışmadı”. Siyasi şərhçi bildirdi ki, Azərbaycana sülh lazımdır və Cənubi Qafqazda proseslər sürətlə inkişaf edir: “Rusiya isə prosesi tormozlayırdı. Ona görə də geridə qaldı. ABŞ administrasiyası praqmatik yanaşaraq hər iki ölkə ilə normal münasibətlər sisteminə üstünlük verdi. Ona görə də Azərbaycan və Ermənistan ABŞ platformasına üstünlük verdi. Rusiya üçün qatar gedib və bundan sonra Rusiya platforması bitib. Rusiya rəsmiləri bu məsələni gündəmə gətirəndə gülünc doğurur. Ermənistan xarici işlər naziri Mirzoyanın bəyanatına deyil, Paşinyana diqqət etmək lazımdır. Rusiya üçün Cənubi Qafqaz bitib”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ot bahalaşdı, bəs ət? – QİYMƏTLƏR

Next

5 ildir ki, Füzulidə Azərbaycan işığı yanır – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv